Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Aybaşı olmamaq üçün dərman qəbul etmək

SUAL:
Bəzi qadınlar orucu qəzaya qoymamaqdan ötrü qəsdən Ramazan ayında heyzin (aybaşının) qarşısını almaq üçün xüsusi dərmanlardan istifadə edirlər. Bu nə dərəcədə doğrudur? Və bunun müəyyən bir çərçivəsi varmı?
CAVAB:

Sizə bu barədə şeyx İbn Useyminin (Allah rəhmət eləsin) bu barədə verdiyi cavabının tərcüməsini yazırıq.

Belə ki şeyx bu barədə demişdir:

Mənim fikrimcə qadınlara bunu etmək məsləhət deyil. Onlar Allahın qəza və qədəri ilə razılaşmalıdırlar. Çünki bu aylıq adətin öz hikməti vardır. Müəyyən dərmanlarla onun qarşısını almaq qadınların sağlamlıqlarına zərərlidir. Ona görə də belə əməllərdən çəkinmək lazımdır