Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əşarilər kimlərdir və onlar əhli sünnətdəndirlərmi?

SUAL:
Əşarilər kimlərdir, onlar əhli sünnətdəndirlərmi və həqiqətənmi bir çox alimlər əl-Əşarinin mənhəcinə tabe olublarlar, məsələn İmam Nəvəvi kimi?
CAVAB:

Əvvəla onu deyək ki, əşarilər Əbi əl-Həsən əl-Əşariyə (Allah ona rəhmət etsin) nisbət olunan bir firqədir. Əbu əl-Həsən əl-Əşari bir çox mərhələlərdən keçib. İlk mərhələdə motəzili əqidəsində idi və təxminən qırx il bu əqidədə qalıb. Sonra motəzili əqidəsindən Abdullah ibn Səid ibn Kulləbin rəyinə keçir və ondan təsirlənir. Bu da ikinci mərhələ. Əhməd ibn Hənbəl Abdullah ibn Səid ib Kulləbə və onun əshabından olan əl-Həris və digərlərinə qarşı ən şiddətli mövqedə olan insanlardan idi. Necə ki, bunu İmam ibn Xuzeymə ondan xəbər verib. Bu haqda "Siyər aləm ən-nubələ" (14/380) və İbn Teymiyyənin "Dəru ət-təarud" (2/6) kitabına baxa bilərsən.

Alimlər İmam əl-Əşarinin ibn Kulləbin rəyindən dönüb tam şəkildə əhli sünnənin rəyinə qayıtması ilə ibn Kulləbinin rəyində qalması arasında ixtilaf ediblər. Bəzi alimlər deyiblər ki, o əhli sünnənin rəyinə qayıdıb. Bunu ibn Kəsir və müasir alimlərdən olan Hafiz əl-Həkəmi qeyd ediblər. Dəlil olaraq da onun son yazdığı kitab olan "əl-İbənə"də dediyi sözünü gətirirlər. əl-Əşari bu kitabda belə deyib: "Söz olaraq dediyimiz və din olaraq etiqad etdiyimiz budur: Rəbbimiz olan Allahın kitabından və peyğəmbərimizin sünnətindən, seyyidlər olan səhabə, tabein və əhli hədisin rəvayət etdiklərindən tutunmaqdır. Biz bunlardan bərk yapışmışıq və Əbu Abdullah Əhməd ibn Hənbəlin-Allah onun üzünü nurlandırsın, dərəcəsini yüksəltsin və savabını artırsın-dediklərini deyirik, onun sözünə müxalif olanlara müxalifiq. Çünki o fəzilətli imamdır, kamil bir rəhbərdir. Allah onunla haqqı bəyan etdi, zəlaləti dəf etdi, minhəci aydın etdi, bidətçilərin bidətini, azğınların azğınlığını və şəkk edənlərin şəkkini əngəllədi." [əl-İbənə, səh. 20]

Bu onun tərəfindən İmam Əhmədin təmsil etdiyi sələfin məzhəbinə qayıtmağının, İmam Əhmədin sözlərini deməsinin, sözünə müxalif olanlara müxalif olmasının açıq bəyanıdır. İmam Əhməd özü də kulləblərə qarşı çox şiddətli idi. Buna görə də əl-Həris əl-Muhəsibini kulləbi olduğu üçün tərk etmiş, hicr etmişdir.

İkinci rəy odur ki, əl-Əşari kulləbin məzhəbindən tam olaraq dönməyib. Lakin bir çox məsələlərdə əhli sünnə və camaata yaxınlaşıb. Bu rəyi ibn Teymiyyə, ibn Qayyim və digərləri tərcih görüblər. əl-Əşari bir çox məsələlərdə əhli sünnətin məzhəbinə yaxınlaşsa da ibn Kulləbin məzhəbindən onda bəzi şeylər qalmışdı.

İbn Teymiyyə demişdir: "əl-Əşari mötəzilələrin tələbələrindən olsa da sonra tövbə etdi. O ibn əl-Cəbəinin tələbəsi idi və ibn Kulləbin yoluna meyl edirdi. Bəsrədə Zəkəriyyə əs-Səcidən hədisin üsullarını götürmüşdür. Sonra Bağdada gəldiyi zaman Bağdad hənbəlilərindən bəzi şeylər götürdü. Bu da onun son halı idi, necə ki, bunu özü və əshabı öz kitablarında qeyd etmişlər." [Məcmu əl-fətəva, 3/228]

Son mutəəxir əşarilərin əksəriyyəti Əbu əl-Həsən əl-Əşarinin məzhəbinə uymadılar, əksinə məzhəblərini cəhmilərin və mötəzilələrin üzulları ilə qarışdırdılar. Hətta fəlsəfəçilərin üsullarıyla belə. Bunula əl-Əşarinin bir çox sözlərinə müxalif oldular. Onlar istifa, uluv, nuzul, əl, göz, ayaq və kəlam kimi Allahın özünə yaraşan şəkildə olan sifətlərini inkar edirlər. Bu sifətlərin hamısında əl-Əşariyə müxalif olublar.

İkincisi, əhli sünnət ləqəbi məna etibarı ilə iki şeyə aid edilir:

Birinci: Rafizilərin müqabilində. Onlara əks olaraq. Bu etibar ilə əşarilər və maturudilər əhli sünnəyə daxil edilir.

İkinci: Əhli sünnə ləfzi bidətin müqabilində deyilir, əhli sünnə deyildikdə məhz əhli sünnə qəsd olunur. Belə olduğu halda bura sələfin və əhli hədisin səhih etiqadını daşımayanlar bu adın altına daxil edilmir, aid olunmur. Bu etibar ilə, nə əşarilər, nə də kəlamiyyə üsulları ilə bidət üsullarını qarışdıran bu və digər müxaliflər əhli sünnətə bir çox üsul və məsələlərdə müxalif olduqları üçün bu ləqəbə daxil edilmirlər, ona aid olmurlar.

Son mütəəxir əşarilər qədərdə cəbri, imanda murciyə, sifətlərdə muattilədirlər, yeddi sifətdən başqa digər sifətləri isbat etmirlər. Çünki belə güman edirlər ki, ağıl bu yeddi sifətə dəlalət edir. Allahın ərşin üzərinə istifa etməsini, məxluqatın üzərində olmaslnı inkar edirlər və deyirlər ki, Allah aləmin nə daxilindədir, nə xaricində, nə üzərindədir, nə də aləmin altında və sair bu kimi müxalifətlər. O zaman necə onları əhli sünnətdən hesab edək?!

İbn Teymiyyə demişdir: "Əhli sünnət ləfzi deyildik də üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) xilafətini isbat edənlər nəzərdə tutulur. Bu ada rafizilərdən başqa bütün tayfalar aid edilir.

Bəzən də əhli sünnət deyildikdə, əhli hədis və sırf sünnət əhli nəzərdə tutulur. Bu adın altına ancaq Allahın sifətlərini isbat edənlər daxil edilir. [Minhəc əs-sünnə, 2/221]

İbn Useymin demişdir: "Əhli sünnət dedik də bura mötəzilələr, əşarilər, bidət əhlindən təkfir olunmayan hər kəs daxil edilir. Bunu da əgər rafizilərin müqabilində deyiriksə.

Lakin əgər ıhli sünnəti bidirmək istəyiriksə, deyirik ki: həqiqətdə əhli sünnət sünnət üzərində cəm olub onu götürən saleh sələflərdir. Belə olduğu halda əşarilər, mötəzilələr, cəhmilər və digərləri bu məna etibarı ilə əhli sünnətdən hesab olunmurlar. [Şərh əl-mumti, 11/306]

Üçüncüsü, əqidədə əşarilərinin mənhəcinə uymayanları əşari məzhəbinə nisbət etmək doğru deyil. Amma kim ki, bəzi məsələlərdə əşariliyə müvafiq olub, bəzilərində isə, müvafiq olmazsa, beləsi əşarilərə nisbət olunmur.

İbn Useymin İmam ən-Nəvəvi və İmam ibn Həcər haqqında danışarkən belə deyib:

"Bu iki imamı və bunların mislində olanları əşariliyə nisbət edib, onlar əşarilərdəndir deməyimiz doğrudurmu? Cavab olaraq deyirik ki, xeyr. Çünki əşarilərin müstəqil məzhəbi var. Bu məzhəbin isim və sifətlərdə, iman və axirətin halları məsələlərində öz əsasları vardır. Qardaşımız Səfər əl-Həvalinin onların məzhəbi haqqında bilinənləri yazdığı nə gözəldir?! Çünki bir çox insanlar elə bilirlər ki, onlar əhli sünnətə isim və sifətlər babında müxalifdirlər. Lakin onların müxalif olduqları məsələlər çoxdur. Əgər bir şəxs sifət məsələlərindən bir məsələdə onlara müvafiq bir söz desə, onun haqqında: o əşaridir - demirik. Əgər hənbəlilərdən olan  bir insan şafilərin bir sözünü seçsə, onun əşari olduğunu deyirikmi?" (Əlbətdə ki, xeyr) ["Qırx hədis" kitabının şərhindən, səh. 290]

Həmçinin başqa yerdə Şeyx ibn Useymin belə deyib:

"Bu iki kişi qədər peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədisləri babında islama xidmət etdikləri kimi kiminsə bunların mislində xidmət etdiyini tanımıram. Buna dəlil Allahın qüvvətilə - Allahın adından da danışmıram - bunların təqdim etdiklərini qəbul etməsini demək olar. Çünki onların yazdıqları insanlar tərəfindən, elm tələbələri, habelə siravi avam insanlar tərəfindən qəbul olunub. İndi görürsən ki, "Riyadus salihin" kitabı hər məclisdə, hər məsciddə oxunur. İnsanlar bu kitabdan əzəmətli şəkildə faydalanırlar. Ümid edirəm ki, Allah mənim üçün də hər bir insanın evində və məscidində faydalandığı bir kitab qismət edər." [Liqaət əl-bəb əl-məftuh, görüş nömrə 43]

Doğrusunu Allah bilir.

https://islamqa.info/ar/226290

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR