Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
İmam Əşari
Vaaleykum salam va rahmatullah
Əbul-Həsən əl-Əşari qırx yaşına qədər Mötəzilə məzhəbində olub. Daha sonra isə bu əqidəsindən dönüb və nəhayətdə minbər üzərində və hər kəsin gözü önündə İmam Əhmədin etiqadına (yəni, Əhli-Sünnət etiqadına) döndüyünü elan edib. Tövbə etdikdən sonra isə "əl-İbanə", "Risalə ilə əhlis-sağr" və "Məqalətul-İsləmiyyin" əsərlərini qələmə alıb. Bu kitablar hal-hazırda da mövcuddur və kitablarda olan etiqad indiki "Əşari" etiqadı ilə daban-dabana ziddir.
Əlavə məlumat üçün bura baxın!