Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ziyarətgah

SUAL:
Salam Aleykum, şiə qohumum deyir ziyarətgahlarda heç bir dua etmədikcə pirlərdə basdırılanların sırf hörmətlərini saxlamaq baxımından şəhidləri, övliyaları ziyarət etməkdə Qurana qarşı nə qəbahət var? Bu qohumum həmdə quraniliyə meyilli şiədir, yəni öz hədislərinin çoxunu qəbul etmir, həmçinin qubriyyəliyidə qəbul etmir. Allah bu işinizin bərəkətini bol etsin. Əmin.
CAVAB:

Vaaleykum salam va rahmatullah

İslam dini qəbir ziyarətini qadağan etmir, əksinə qəbir ziyarətinin müstəhəb (yəni bəyənilən bir əməl) olduğunu deyir. Lakin hər hansısa bir qəbri ziyarətkaha çevirməyi qadağan edir. Çünki bu əməl şirkə bir qapıdır, bizdən əvvəl ki ümmətlərin və elə Muhəmməd ümmətinin də şirkə düşmə səbəblərindən birisi və ən böyüyüdür.İslam dini isə şirkə səbəb olacaq hər bir qapını bağlamışdır.Yəni adi bir halda və normal bir şəkildə olan qəbir ziyarəti ilə, hər hansısa bir qəbiri ziyarətkaha döndərmək arasında fərq var. Deməli qəbir ziyarəti başqa, bir qəbri xüsusi bir şəkildə ziyarətkaha çevirmək başqadır.

Bu dərsi dinləməyi tövsiyə edirəm:

PİRpərəstlərin şübhələrinin dağıdılması