Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli-sünnətə məzhəbində 12 imam inancı

SUAL:
Əs-sələmu əleykum. Əhli sünnətdə on iki imam varmı ? Əgər varsa, onları qəbul etməyən əhli sünnətdən çıxmış sayılır ya necə?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Xeyr, əhli-sünnətə görə 12 imam inancı yoxdur və belə bir inancı inkar edən yox, əksinə, belə bir inanca sahib olan kəs əhli sünnət məzhəbindən xaric olmuş olur. Həmçinin onu da qeyd edək ki, 12 imam inancı nəinki əhli sünnətə, habelə digər islami məzhəblərə də yad bir etiqaddır. Bu etiqadda olanlar yalnız şiələr, daha doğrusu məhz cəfəri məzhəbi mənsublu şiələrdir. Çünki digər şiə firqələri də, məsələn Zeydilər, İsmaililər və s.ləri kimi onlar da 12 imam inancını rədd edirlər. Daha geniş məlumat üçün aşağıdakı mövzulara nəzər yetirin!

12 imam etiqadı nədir?

Şiələrin iddiası: "12 imamın birbaşa Allahdan elm aldıqlarının isbatı!"

Şiəlikdə 12 imam nağılı

12 İmam yoxsa 13 ?

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR