Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

12 xəlifə hədisi

SUAL:
Şiə və sünni hədis mənbələrində qeyd edilir ki, Peyğəmbər salavatullah özündən sonra 12 xəlifənin gələcəyi barədə xəbər vermişdir. Sualım budur ki, bu 12 xəlifə kimdir? Necə ola bilər ki, Peyğəmbər əleyhissalam onların gələcəyini demiş, lakin adlarını bizə söyləməmişdir? Axı bu necə ola bilər? Məgər İslam dini kamil din deyil?
CAVAB:

Bəli Əhli-sünnə mənbələrində bu mənada səhih hədislər mövcuddur. Lakin bu hədislər siz şiələrin anladıqları mənadan tamamilə uzaq və kənardır. Bunu bir neçə yöndən izah etməyə çalışacam:

Əvvala onu qeyd edim ki, həmin hədislərdə söhbət xilafətdən gedir, şiələrin iddia etdikləri "ilahi imamət"dən yox! Çünki hədisdə qeyd edilir ki, onların xilafəti zamanı müsəlmanlar izzətli olacaqdır. Məgər siz şiələrə görə imamların zamanında müsəlmanlar izzətli idi? Elə isə nə üçün sizin təbirinizcə söyləsək Peyğəmbər nəvələrini qətlə yetirdilər? Həmçinin siz şiələrin inancına görə hal-hazırda Mehdinin xilafəti zamanıdır. Məgər günümüzdə müsəlmanlar izzətlidir? Elə isə sual olunur: İmamətinə etiqad etdiyiniz on iki nəfərdən Əli və Həsəndən başqa hansı biri xəlifə olub?

Sualın əsas məğzinə gəldikdə isə onu deyə bilərəm ki, bəzi  əhli sünnət alimləri bu xəlifələrin adlarını qeyd ediblər. Əbu Bəkr, Ömər, Osman, Əli, Muaviyə, Ömər ibn Əbdüləziz və s. 12 nəfərin adını qeyd ediblər. Bəziləri isə deyib ki, 12 nəfərdən bəziləri gəlib, bəziləri isə gələcək və elə on ikinci xəlifə Mehdi olacaq (yəni doğulacaq).
Bir sözlə 12 xəlifənin adını bilmək nə şərtdi, nə də ki dinin əsası. Misal üçün Allah rəsulu (sallallahu aleyhi və səlləm) bir hədisdə qeyd edir ki, məndən sonra 40 yalançı peyğəmbər gələcək (şiə mənbələrində də var). İndi məgər biz bu 40 yalançı peyğəmbərin adını bilirik, yaxud bilməliyik? Təbii ki, xeyr. Məgər bilməsək o zaman din kamil olmur? Məgər bu dinin kamilliyinə xələl gətirir? Əlbətdə ki, xeyr. 
Problem budur ki siz şiələr hədisdə qeyd edilən 12 rəqəminə ilişmisiz. Halbuki şiə firqələri tarix boyunca imamların sayında ixtilaf ediblər. Axırda bir firqə (yəni 12 imamçı rafizilər) gəlib məhz bu hədislərə görə 12 rəqəmi üzərində durub və doğulmamış Mehdini də anasının budundan çıxardıb deyiblər ki, hədisdə qeyd edilən on iki xəlifə məhz bizim  imamətinə etiqad etdiyimiz 12 şəxsdi. Yəni əslində hədis sizin əqidəyə uyğun deyil, əksinə siz əqidənizi hədisə uyğunlaşdırmısız.
Son olaraq:  İmam Müslimin rəvayət etdiyi başqa bir hədisdə deyilir: "Məndən sonra 12 münafiq gələcəkdir".
Bir əhli beyt düşməni nasibi də çıxıb məhz bu 12 rəqəminə görə bu hədisə əsasən onlara tənə edə bilər.
Biz isə deyirik: Onlar bu məsələdə haqdan uzaq düşdükləri kimi siz şiələr də haqdan uzaq düşmüsünüz.

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR