Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

On iki xəlifə haqqında.

SUAL:
Siz sünnilər bu məqalənizdə 12 imam etiqadının batil olduğunu və şiəlikdə imanın ən əsas şərti olduğunu vurğulamısız. Ancaq bu səhvdir. Çünki 12 xəlifə hədisi sizin kitabda da var: حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي صلى الله عليه وسلم يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني ابن عبد الله الطحان عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على النبي صلى الله عليه وسلم فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش Bizə Kuteybə ibn Səid rəvayət etdi. (Dedi ki): Bizə Cərir, Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi. Mən Peyğəmbəri belə buyurarkən eşitdim, deyib : Bizə Kifəa ibn Heysəm əl-Vasiti də rəvayət edib. Lafiz onundur. (Dedi ki): Bizə Xalid Hüseyndən, o da Cabir ibn Səmurədən nəqlən rəvayət etdi. Cabir belə deyib: Atamla birlikdə Peyğəmbərin yanına daxil oldum. Və onu: "Həqiqətən bu iş onların aralarında on iki xəlifə gələnə qədər bitməyəcəkdir!" buyurarkən eşitdim. Sonra mənə gizli qalan bir sözü danışdı. Həmən atama: -Nə dedi? deyə soruşdum. - "Hamısı Qureyşdəndir" dedi. Mənbə: Səhih Müslim, Əmirlik kitabı, İnsanların Qüreyşə tabe olması və xilafətin Qüreyşdə olması babı, hədis 1821. Ancaq ola bilər ki, deyəsiz ki, "həmin 12 xəlifə Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən, Müaviyə və s.-dir. Ancaq bu nağıl da cavablandırılıb: وفي فرائد السمطين بسنده عن مجاهد عن ابن عباس رضي الله عنهما قال : قدم يهودي يقال له نعثل فقال : يا محمد أسألك عن أشياء تلجلج في صدري منذ حين ، فإن أجبتني عنها أسلمت على يديك . قال : سل يا أبا عمارة . فقال : يا محمد صف لي ربك . فقال ﷺ : لا يوصف إلا بما وصف به نفسه . وكيف يوصف الخالق الذي تعجز العقول أن تدركه ، والأوهام أن تناله ، والخطرات أن تحده ، والأبصار أن تحيط به ؟! جل وعلا عما يصفه الواصفون ، ناء في قريه وقريب في نأيه ، هو كيف الكيف وأين الأين فلا يقال له أين هو ، هو منزه عن الكيفية والأينونية فهو الأحد الصمد كما وصف نفسه ، والواصفون لا يبلغون نعته ، لم يلد ولم يولد ولم يكن له كفواً أحد . قال : صدقت يا محمد ! فأخبرني عن قولك : إنه واحد لا شبيه له ، أليس الله واحداً والإنسان واحدا ؟ فقال ﷺ : الله عز وعلا واحد حقيقي أحدي المعنى ، أي لا جزء ولا تركب له . والإنسان واحد ثنائي المعنى ، مركب من روح وبدن . قال : صدقت ! فأخبرني عن وصيك من هو ؟ فما من نبي إلا وله وصي ، وإن نبينا موسى بن عمران أوصي يوشع بن نون فقال : إن وصني علي بن أبي طالب ، وبعده سبطاي الحسن والحسين ، تتلوه تسعة أئمة من صلب الحسين . قال : يا محمد فسمهم لي . قال : إذا مضى الحسين قابنه علي ، فإذا مضى علي فايته محمد ، فإذا مضى محمد فابنه جعفر ، فإذ مضى جعفر فابنه موسى ، فإذا مضى موسى فابنه علي ، فإذا مضى علي فابنه محمد ، فإذا مضى محمد فابنه علي ، فإذا مضى علي فابنه الحسن ، فإذا مضى الحسن فابنه الحجة محمد المهدي ، فهؤلاء اثنا عشر . قال : أخبرني عن كيفية موت علي والحسن والحسين ! قال ﷺ : يقتل علي بضربة على قرنه ، والحسن يقتل بالسم ، والحسين بالذبح . قال : فأين مكانهم ؟ قال : في الجنة في درجتي قال : أشهد أن لا إله إلا الله وأنك رسول الله ، وأشهد أنهم الأوصياء بعدك ولقد ( Bu hədisi ) Fəraidus - Simtəyndə İbn Abbas ( r.a ) Mücahiddən nəql edilmişdir : Athəl adlı bir yəhudi gəlib dedi : " Ey Muhəmməd , səndən bir müddət ağlımı qarışdıran şeylər soruşmaq istəyirəm . Dedi : " Soruş , ey Əbu Əmmarə " . Dedi : Ey Muhammad , mənim üçün Rəbbini vəsf et . Həzrət ( s.ə.a. ) buyurdu : " O , ancaq özünü vəsf etdiyi ilə vəsf oluna bilər . Ağılların dərk edə bilmədiyi Yaradanı , Onu məhdudlaşdıran təhlükələri , Onu əhatə edən görüntüləri necə təsvir etmək olar ?! Cənabi - Haqq təsvirçilərin təsvir etdiklərinin uzaqdır , öz - özlüyündə keyfiyyəti , harada olması , xarici görünüşü deyilmir . O təkdir , Özünün də dediyi kimi əbədidir və təsvirçilərin dedikləri onun ucalığına çatmır , nə doğulmayıb , nə doğulmayıb , nə də heç kimlə şərik deyildir . Dedi : Düz deyirsən , ey Muhəmməd ! ( Daha sonra yəhudi ) " O təkdir , heç bir bənzəri yoxdur , yaxşı , Allah birdir , insan bir deyilmi ? " sözünü mənə dedi . O həzrət ( s ) buyurdu : " Qüdrətli və əzəmətli Allah birdir , yəni nə hissə , nə də birləşmədir . İnsan isə ikihissəli varlıqdır , ruh və cismin birləşməsidir . Dedi: Düz deyirsən! Odur ki, vəlin haqqında danış, o kimdir? Heç bir Peyğəmbər yoxdur ki , onun vəlisi olmasın. Bizim peyğəmbərimiz Musa ibn İmranın (ə.s.) vəlisi də Yuşa ibn Nun idi. O (Rəsulullah) dedi: Mənim vəlim Əli ibn Əbu Talib, ondan sonra isə iki nəvəm Həsən və Hüseyn, ardınca isə doqquz imamdır. (Yəhudi) Dedi: Ey Muhəmməd, onları adları ilə say. Buyurdu: Hüseyndən sonra oğlu Əli, Əlidən sonra Muhəmməd, Muhəmməddən sonra oğlu Cəfər, Cəfərdən sonra onun oğlu Musadır. Musadan sonra onun oğlu Əli, Əlidən sonra oğlu Muhəmməd, Muhəmməddən sonra oğlu Əli, Əlidən sonra oğlu Həsən, Həsəndən də sonra oğlu Höccətullah Muhəmməd əl-Məhdidir, bunlar 12 nəfərdirlər. (Yəhudi) Dedi: Mənə Əli, Həsən və Hüseynin necə öləcəyini söylə! Peyğəmbər (s.ə.a.) dedi: Əli başına (qılınc zərbəsi ilə) vurularaq öldürüləcək, Həsən zəhərlənərək , Hüseyn isə başı kəsilərək öldürüləcək. Dedi: Onlar haradadırlar? Buyurdu: "Mənim dərəcəmdə (məqamımda), Cənnətdə." O (yəhudi) dedi:" Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və sən Allahın elçisisən və şahidlik edirəm ki, onlar səndən sonra vəlilərdir. Şeyx Süleyman Qunduzi Hənəfi, Yənabiul-Məvəddə kitabı, 76-cı fəsil – 12 imamın adları ilə izah edilməsi, səhifə 499. İndi buna cavab verin görək!
CAVAB:

Allahın salamı olsun hidayət əhlinə!

Birincisi: Şiəlikdə olan 12 imam etiqadı başqa bir şeydir, Əhli-sünnətin hədis kitablarında sözü gedən 12 xəlifə ilə əlaqəli hədislərin məğzi tamam ayrı bir şeydir.

Bu barədə saytımıza gələn bir sualı geniş bir şəkildə cavablandırmışıq. Həmin cavabı oxumağı sizə məsləhət görürük.

12 xəlifə hədisi

İkincisi: 12 xəlifənin və ya sizin təbirinizcə desək 12 imamın adları ilə əlaqəli qeyd olunan rəvayətlərə gəldikdə isə, onların hamısı kəzzab, oyunbaz rafizi raviləri tərəfindən uydurulmuş rəvayətlərdir. Əgər doğrudanda 12 imamın adı ilə əlaqəli Peyğəmbərin sözü, vədi, müjdəsi var idisə və bu bəlli bir məsələ idisə, nə üçün (şiələrin iddiasına əsasən!) hər imam vəfat etdikdən sonra onun tələbələri növbəti imamın təyinində ixtilafa düşür və parçalanırdılar?! Zürarə ibn Əyun kimi şiə ravisi belə 12 imam etiqadında olmadan, zamanının imamını tanımadan vəfat edir. Bu barədə şiənin rical kitablarına müraciət edə bilərsiz. Beləcə imamların təyini ilə əlaqəli onlarla şiə firqəsi əməli gəldi. Bu barədə elə təkcə qədim və mötəbər şiə alimlərindən biri olan ən-Növbəxtinin "əl-Firəq əş-Şiə" kitabına baxmaq kifayət edər.

Üçüncüsü: Peyğəmbər tərəfindən 12 imamın adının sırası ilə bir-bir qeyd edilməsinə dair heç şiə mənbələrində belə səhih rəvayət mövcud deyildir. Üsul əl-Kafidə bu barədə 20 rəvayət qeyd olunmuşdur ki, Üsul əl-Kafinin mühəqqiqlərindən olan əl-Behbudi "Səhih əl-Kəfi" əsərində bu rəvayətlərin hamısının zəif olduğunu qeyd etmişdir. Seyyid əl-Xoinin "Sirat ən-Nəcət" kitabında imamların adlarının Peyğəmbər tərəfindən qeyd edilməsinin sadəcə olaraq zənni bir məsələ olduğu ilə əlaqəli məşhur sözünü hər halda bilməmiş olmazsız. Əgər bilmirsinizsə, o zaman gərək bilməlisiz və Əhli-sünnət kitablarından öncə öz kitablarınıza da ara-bir gərək göz gəzdirəsiz.

Dördüncüsü: Əhli-sünnət mənbəsi adı altında qeyd etdiyiniz rəvayətə gəldikdə isə həmin rəvayət də uydurma rəvayətlər silsiləsindən sadəcə olaraq bir həlqədir. Nə qeyd etdiyiniz kitab əhli-sünnət kitabı, nə də ki, müəllif əhli-sünnət alimi deyil. Süleyman Qunduzi sünni adı ilə öz kitablarını müsəlmanlara sırımaq istəyən xəbis bir rafizi olub və o bu çirkin meydanda tək olmayıb. Bu barədə geniş məlumat istəyirsizsə, aşağıda qeyd etdiyim dərsi dinləyin!

Əhli-Sünnət adından istifadə edən şiə kələkbazları

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR