Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Nümunəvi İslam ölkəsi yoxdur" şübhəsi

Şübhə belədir: «İslam ərəb mədəniyyəti olduğu üçün örnək şəriət ölkəsi olmadığı kimi örnək müsəlman cəmiyyəti imkansızdır.»

Şübhənin cavabı: Bu cümlədə də yenə İslamı ərəb mədəniyyəti adlandıranlara yuxarıdakı «Ərəbin dini, yoxsa, bütün dünyanın dini?» adlı məqaləni oxumağı tövsiyə edirəm. Sonra isə demək istəyirəm ki, dünyada mütləq örnək ölkə tapmaq sadəcə xəyaldır. Görəsən ateistlər örnək deyəndə nəyi qəsd edir? Çox maraqlıdır? Həqiqətləri təhrif edən, İslama qərəzli yanaşan şəxslərə nə qədər örnəklər göstərsən, necə bir mız qoyacaqlar. Əslində "örnəkdən" danışan ateistlər özləri örnəkləri görmək istəmirlər. Adicə İslamın gözəlliklərindən danışanda və ya hansısa İslam ölkəsindəki örnək hallardan danışanda bunu həzm etməyən şəxslər, bizə "nümunəvi ateist ölkə" göstərə bilmədikləri halda özləri bizdən kamil örnək cəmiyyət təqdim etməyimizi istəyirlər. Kamil və xətasız cəmiyyət tarix boyu olmayıb. Lakin, İslam tarixində (istər indi, istər də keçmişdən misallar çəkmək olar) çoxlu örnək İslam dövlətləri, həmçinin, örnək hadisələr və örnək şəxsiyyətlər olmuşdur ki, bunlar barədə danışmaq üçün bir yazara kiçik bir yazı bəs etməz, cildlərlə kitablara ehtiyac duyular. Səhabələrin deyil, bəzən bircə səhabənin həyatından danışmaq, öyrənmək üçün bir kitab ancaq bəs edir. Görün indi peyğəmbərin zamanından sonra gələn İslam dövlətləri, onların nailiyyətləri, islahatları, Əməvilər, Abbasilər, Məmlukilər, (Eyyubilər), Osmanlılar və s. kimi İslam dövlətlərinin zəngin tarixləri, bəşər tarixinə böyük xidmətləri necə? İndiki dövlətlərin isə 60-70 il əvvəl işığı belə olmayan Səudiyyə Ərəbistanının sürətlə iqtisadi və ictimai ikişaf etməsi, İslam şəriətininin qanun olması, İslami cəzaların qüvvədə olması, sağlam İslam əqidəsinin olması və s. çoxlu amillər, həmçinin, tamamilə İslam şəriətilə idarə olunan Bruney ölkəsini misal çəkmək olar.

Komor adalarında İslami idarə 1912-ci ildə Fransız işğalçıları tərəfindən aradan qaldırıldı. İyirminci əsrin əvvəllərində Şimali Afrikada olan bir çox İslam şəriəti ilə idarə olunan ərazilər Fransız və başqa qərb orduları tərəfindən sıradan çıxarıldı. Bir sözlə İslam şəriətinin aradan qalxması üçün əsrlərdir qərb ölkələri əllərindən gələni edirlər. Elə Osmanlı imperiyasının 5 ölkə tərəfindən təklənərək dağıdılması da bu planın tərkib hissəsi idi.

Bu gün isə Pakistan, Əfqanıstan, İndoneziya, Misir, Türkiyə, Sudan, Efiopiya və başqa bir çox müsəlman torpaqlarında şəriətin sıradan çıxarılması üçün görülən uzun illərin tədbirləri və fikir müharibəsi öz nəticəsini verməkdədir. Bunlar bu fikir müharibəsini görməyən, hər bir vəchlə İslamla vuruşan, İslam torpaqlarından Suriya, İraq və neçə-neçə əraziləri viran qoyan, torpağını işğaldan işğala salan, xalqını qətl edən, şəriətə düşmən kəsilən böyük güclərin islama qarşı müasir siyasətidir. Bu müasir siyasət bütün müsəlman torpaqlarında münaqişə ocaqları yaradaraq müsəlmanları məşğul etməyə hesablanmışdır. Myanmar, Borma, Uyğur müsəlmanlarının başına gətirilən xarici işgəncə və əzablar, ölüm və təhdidlər, həbslər unudulmamış və unudulmayacaqdır. Liviya, Misir və bir çox müsəlman ölkələrində böyük ölkələrin təxribatı ilə böyük mitinqlər və inqilabların olması, bütün İslam ölkələrində oyunların çıxarılması, Türkiyə kimi iqtisadi və siyasi cəhətdən güclü bir dövləti bir gecədə uğursuz inqilaba qaldıranlar da kimlər olduğu bəllidir. Bütün dünyanın "ədalət, azadlıq, birlik" şüarları qaldıran yalançı demokratları, liberalları, secularistləri, humanistləri və s. kəsimlərin bu zülmlər önündə susmaqdan başqa əllərindən bir şey gəlmir. Ateistlər isə dünyanın bu halına, müsəlmanların başına gələnlərə sevinərək "humanistliklərini" unudurlar. Sonra isə bütün dinsizlərin və hətta bütün dinlərin oxlarının yönəldiyi müsəlman ölkələrinin niyə kamil şəriətlə idarə olunmamasından danışırlar. Müsəlman ölkələrini dağıtmaq, əxlaqını korlamaq üçün Mason lojalarının ələ aldıqları müsəlman övladları, İslamı dağıtmaq üçün, İslamın zəif yerlərini öyrənmək üçün İslam ölkələrində qurulan, bir əsrdən çox tarixi olan şərqşünaslıq mərkəzlərinin fəaliyyətləri, bu fəaliyyətlərin nəticəsi olaraq böyük güclərin ortaya çıxardıqları "İşid", "əl-Qaidə", Həşdi Şabi"," Hizbullah" və s. terror qruplaşmalarını silah-sürsatla təmin edib İslama və müsəlmanlara ləkə etmələri, dünya mediasının İslamofobiya təbliğatından geniş istifadəsi və s. amillər İslam şəriətinin birdəfəlik aradan qaldırılması üçün nə qədər işlər görülməsinin kiçik bir misaldır.

Topladı və tərtib etdi: Sahib Əsədov.