Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazdan sonra oxunan zikr və dualar
Peyğəmbər ﷺ namazdan sonra bu zikrləri edərdi:
Üç dəfə “əstəğfirullah” (mənası: Allahdan bağışlanma diləyirəm) demək;
Sonra “Allahummə əntəs-sələmu va minkəs-sələmu təbəraktə yə zəl-cələli val-ikram” (mənası: “Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan”) demək.(1)
“Allahummə əinni zikrikə və şukrukə və husni ibadətikə” (mənası: “Allahım! Səni zikr edə bilməyim, Sənə şükr edə bilməyim və gözəl bir şəkildə Sənə ibadət edə bilməyim üçün mənə yardım et!”) (2)
“Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illəllahu, va lə nə'budu illə iyyəhu. Ləhun-ni'mətu va ləhul-fədlu va ləhus-sənəul-həsənu. Lə iləhə illəllahu muxlisınə ləhud-dinə va ləv kərihəl-kəfirunə” (mənası: “Allahdan başqa haqq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa haqq məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa haqq məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!”) (3)
“Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cəddu” (mənası: “Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz” 4).5
Ayətül-Kürsünü oxumaq. Peyğəmbər ﷺ demişdir: “Kim hər (fərz) namazından sonra Ayətül-Kürsünü oxusa, onunla Cənnətə girməsi arasında yalnız ölüm durar”.(6)
33 dəfə “Subhanəllah”, 33 dəfə “Əlhəmdulilləh”, 33 dəfə “Allahu əkbər”, sonda isə bir dəfə “Lə iləhə illəl-lahu vahdəhu lə şərikə ləhu. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir” (mənası: “Allahdan başqa haqq məbud yoxdur, O, təkdir və Onun heç bir şəriki yoxdur. Mülk və həmdü-sənalar yalnız Ona məxsusdur. O hər şeyə Qadirdir”) deyilir. Peyğəmbər ﷺ demişdir: “Kim bunların hamısını deyərsə, onun günahları hətta dənizin köpükləri qədər olsa belə, yenə də bağışlanar”.(7)
(1) Müslim, 591.
(2) Əbu Davud, Nəsai, Hakim (1/273) rəvayət etmiş, səhih olduğunu demiş, Zəhəbi də onunla razılaşmışdı.
(3) Buxari və Müslim.
(4) Yəni “mal-mülk sahibinə mülkü fayda verməyəcəkdir. Onlara yalnız imanları və ibadət-itaətləri fayda verəcəkdir” (bax: İbn Əsir “Kitab ən-Nihəyə” 1/244).
(5) Buxari, 6330.
(6) Nəsai bir çox sənədlə rəvayət etmişdir ki, onlardan da biri etibarlı sənəddir. Bax: Silsilə əs-səhiha 2/697.
(7) Buxari və Müslim.
SON ƏLAVƏLƏR