Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Duruzlar Kimdir?

Duruzlar 11-ci əsrdə Misirdə Fatimi dövlətində ortaya çıxmışdır. Fatımi xəlifələri şiəliyin İsmaili qoluna mənsub idilər və duruzlar da buradan çıxmışdır.
Onların inan əsasları İslam dininə təmamilə yad bir sistemdir. Onlar 5 əsas prinsipə inanırlar, simvol olaraq beşrəngli ulduzla göstərilir: ağıl, ruh, söz, əvvəlki varlıq, gələcək varlıq.
Duruz inancına görə Allah Fatimi xəlifəsi əl-Hakim bi-Əmrillahdə təcəssüm etmişdi (hülul inancı). Bu, tövhid prinsipinə ziddir və İslamın açıq şəkildə rədd etdiyi şirkdir. Duruzların əsas dini müəllimi Həmzə ibn Əlidir. O, özünü ilahi hikmətin daşıyıcısı kimi təqdim etmiş və yeni dini sistem qurmuşdur. Onların dini kitabları ictimaiyyətə açıq deyil, yalnız “uqqāl” (ağıl sahibləri, yəni dini rəhbərlər) tərəfindən oxunur. Reinkarnasiyaya (ruhların köçünə) inanırlar. Duruzların dini kitabları "Rəsail əl-Hikmə" (Hikmət məktubları) adlanır. Bu kitab: Həmzə ibn Əli və onun ardıcılları tərəfindən qələmə alınmışdır. Duruzlar ərəb mənşəli hesab olunur, lakin onların dini və mədəni fərqlilikləri onları digər ərəblərdən ayırır. Özlərini ayrı bir toplum (millət) kimi də qəbul edirlər. Dinlərini yaymırlar və yeni üzv qəbul etmirlər. Duruz doğulan biri bu icmaya mənsub olur; kənardan birinin duruz olması qəbul edilmir. İctimai həyatlarında çox vaxt yaşadıqları ölkələrin qanunlarına tabedirlər, lakin dini həyatları gizlidir. Hal-hazırda Livanda, Suriyada, İsrail və İyordaniyada yaşayırlar. İsraildə orduya çağırılan yeganə ərəb icmasıdır.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.