Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Fatihə surəsi - Azərbaycan dilinə təfsiri - 1-ci ayənin təfsiri
Əuzu billəhi minəş-şeytanir-racim
Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram
İstiazə(1):
Allah buyurur: “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (“əl-Əraf”, 199-200).
“Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (“əl-Muminun”, 96–98).
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O Eşidəndir, Biləndir”. (“Fussilət”, 34–36).
Bu üç ayədir və Quranda mənaca bu üç ayəyə oxşar dördüncü bir ayə yoxdur. Allah bu üç ayədə insanlardan olan düşmənin rəğbətini qazanıb, ona yaxşılıq etməyi əmr edir ki, insanın əsl xisləti olan bu gözəl təbiəti sayəsində pis əməldən daşınıb səmimilik və dostluğa meyil etmiş olsun. Şeytanlardan olan düşmənindən isə mütləq Ona (Allaha) sığınmağı əmr edir, çünki bu düşmən insanın rəğbətini və yaxşılığını qəbul etmir və əvvəllər onunla Adəm arasında baş vermiş düşmənçilik səbəbindən yalnız Adəm övladının həlak olmasını istəyir. Allah buyurur: “Ey Adəm oğulları! Şeytan əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın” (“əl-Əraf”, 27), başqa bir ayədə: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (“Fatir”, 6), digər bir ayədə isə: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (“əl-Kəhf”, 50). Şeytan bir zamanlar atamız Adəmə “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”, – deyə yalandan and içmişdi. Şeytan (Allaha): “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (“Sad”, 82-83), – dediyi halda və Allahın U da onun barəsində bizə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (“ən-Nəhl”, 98-99) – dediyi halda ondan bizə qarşı hansı münasibəti gözləmək olar? Əksər alimlərin məşhur rəylərinə görə, şeytanın vəsvəsəsini dəf etmək üçün istiazə (“Əuzu billəhi minəş-şeytanir-racim” – Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) Quran oxunuşundan əvvəl olmalıdır. Allahın : “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!” (ən-Nəhl, 98) ayəsinin mənası, yəni “Quran oxumaq istədikdə” deməkdir. Necə ki (dəstəmaz ayəsində) “Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun...” (“əl-Maidə”, 6) deyilir, yəni “namaza durmaq istədikdə”. Peyğəmbərdən ﷺ bu mövzuda gələn hədislər də buna dəlalət edir. İmam Əhməd Əbu Səid əl Xudridən y rəvayət etdiyi hədisdə deyir: “Peyğəmbər ﷺ gecə yuxudan oyanıb namaz qılarkən təkbir edib (“Allahu Əkbər” deyib) açılış duasını deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa haqq məbud yoxdur1”, sonra üç dəfə – “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur), – deyər, daha sonra isə “Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi” (Lənətlənmiş şeytan dan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şeirlərindən Allaha sığınıram), – deyərdi”2. Bu hədisi “Dörd Sunnə”3 kitablarının müəllifləri rəvayət etmişlər. ət-Tirmizi S bu hədis barədə: “O bu mövzuda gələn ən məşhur hədisdir”, – demiş və hədisdəki “həmz” sözünü “mutə”4, yəni boğulma xəstəliyi kimi, “nəfx” sözünü təkəbbürlük kimi, “nəfs” sözünü isə batil şeir kimi izah etmişdir. Həmçinin Əbu Davud və İbn Məcənin S rəvayət etdikləri hədisdə Cubeyr ibn Mutim deyir: “Allah Elçisinin ﷺ namaza daxil olarkən üç dəfə: “Allah Ən Böyükdür (Allahu Əkbər Kəbi:ran), üç dəfə: – “Allaha çox həmd olsun (Əlhəmdulilləhi Kəsi:ran), üç dəfə: – “Səhər-axşam Allahın şəninə tərif olsun (Subhən-Allahi bukratən və asi:lən)”, sonra isə: “Allahım, şeytandan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şeirlərindən Sənə sığınıram” (Alla:hummə inni əuzu bikə minəş-şeytan, min həmzihi və nəfxihi və nəfsihi), – deyərdi. Amr ibn Murra deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfxihi” – şeytanın insanın köksünə üfürdüyü təkəbbürlük, “nəfsihi” isə batil şeir deməkdir”5. İbn Məcənin S Abdullah ibn Məsuddan t rəvayət etdiyi hədisdə Allah Elçisi r: “Allahım, lənətlənmiş şeytandan, onun (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şeirlərindən Sənə sığınıram!” (Allahummə inni əuzu bikə minəş-şeytanir-racim va həmzihi və nəfxihi və nəfsihi), – deyərdi. Abdullah ibn Məsud t deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfsihi” – batil şeir, “nəfxihi” isə şeytanın insanın köksünə üfürdüyü təkəbbürlük deməkdir”6.
Əbu Yəalə əl-Movsuli Ubeyy ibn Kəabdan rəvayət edir ki, iki kişi Allah Elçisinin yanında bir-birlərini söydülər, hətta iş o yerə gəlib çatdı ki, qəzəbdən birinin burnundan qan açıldı. Allah Elçisi (onların bu halını görüncə) dedi: “Mən elə bir şey bilirəm ki, kim onu desə, qəzəbi soyuyacaq. Bu, “Lənətlənmiş şeytandan Allaha sığınıram” (Əuzu billəhi minəş-şeytanir-racim) zikridir”.1 ən-Nəsəi “Əməlul-Yəumi vəl-Leylə” kitabında da belə rəvayət etmişdir. Həmçinin İmam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi “ƏməlulYəumi vəl-Leylə” kitabında Muaz ibn Cəbəldən rəvayət etdikləri hədisdə deyilir: “İki kişi Allah Elçisinin yanında bir-birlərini söydülər. Onlardan biri çox qəzəbləndi, hətta mənə elə gəldi ki, onlardan birinin burnundan qəzəbdən qan açılıb. Allah Elçisi dedi: “Mən elə bir zikr bilirəm ki, kim onu desə, qəzəbi soyuyacaq”. (Səhabələrdən biri) dedi: “O hansı zikrdir, ey Allahın Elçisi?” Peyğəmbər : “Qoy (həmin adam) Allahummə inni əuzu bikə minəş-şeytanirracim” (Allahım, lənətlənmiş şeytandan Sənə sığınıram!), – desin”. Muaz qəzəblənən kişiyə bu zikri deməyi əmr etməyə başladı. Kişi isə imtina etdi və qəzəbi daha da şiddətləndi”2 . Hədisin mətni Əbu Davuda aiddir. ət-Tirmizi isə hədisin “mursəl”3 olduğunu bildirmişdir. Yəni Abdur-Rahmən ibn Leylə Muaz ibn Cəbəli görməmişdir, çünki o (Muaz ibn Cəbəl ) hicri təqvimi ilə 20 ildən əvvəl vəfat etmişdir. Mən deyirəm: “Ola bilsin ki, Abdur-Rahmən ibn Leylə bu hədisi əvvəlki rəvayət kimi Ubey ibn Kəabdan eşitmiş, o da onu Muaz ibn Cəbəldən rəvayət etmişdir, çünki bir çox səhabə bu hadisənin şahidi olmuşdur”. İmam əl-Buxari Suleyman ibn Suraddan rəvayət etdiyi hədisdə demişdir: “(Bir dəfə) mən Peyğəmbərin yanında ikən iki nəfər bir-birilə söyüşməyə başladı. (Qəzəbdən) onlardan birinin üzü qızardı. Peyğəmbər (ona baxıb) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər o həmin kəlməni desə, qəzəb hissi ondan gedər! Əgər o: “Əuzu billəhi minəş-şeytanir-racim!” (Lənətlənmiş şeytandan Allaha sığınıram) desə, qəzəbi soyuyar”. Əshabələr həmin adama dedilər: “Peyğəmbərin (sənə) nə dediyini eşitmirsən?” Adam dedi: “Mən dəli deyiləm?!”4 Həmçinin bu hədisi Muslim, Əbu Davud və ən-Nəsəi də rəvayət etmişlər.
Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası “Əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin mənası “lənətlənmiş şeytanın dinimə və dünyama zərər verməsindən, əmr olunanları yerinə yetirməyə mane olmasından və qadağan olunan əməllərə sövq etməsindən Allahın məni himayə etməsini istəyirəm” deməkdir. Həqiqətən, insanı şeytandan yalnız Allah qoruya bilər. Bu səbəbdən (“Fussilət”, 34–36 ayələrdə) Uca Allah insanlardan olan şeytanların rəğbətini qazanıb, onlara yaxşılıq etməklə könüllərini ələ almağı əmr edir ki, bu əməl onların əsl təbiətinin (kökslərində olan) pisliyi dəf etməsinə səbəb olsun. Cinlərdən olan şeytanlardan isə Allaha sığınmağı əmr edir, çünki onu ələ almaq və yaxşılıq etməklə ona təsir etmək olmur. Onun təbiətinin əsli şərdir və səni ondan yalnız onu yaradan Allah qoruya bilər. Bu da Quranda üç ayənin mənasıdır və bu üç ayəyə oxşar dördüncü bir ayə olduğunu bilmirəm1 . “Şeytan” sözü ərəb dilində َ َن شطَ] şətana] – yəni “uzaq olmaq” feilindən düzəlmişdir. Təbiətinin insan təbiətindən və hər bir xeyirdən uzaq olmasına görə belə adlanmışdır. Başqa bir rəyə görə اط َ شَ] şə:ta] “yanmaq” feilindən düzəlib, oddan yarandığına görə belə adlandırılmışdır. Bəzi alimlər məna baxımından hər iki rəyin doğru olduğunu söyləyirlər. Lakin birinci rəy2 daha doğrudur. Ərəblərin danışığı da buna dəlalət edir. Sibaveyh3 deyir: “Ərəblər danışıqda bir kəs şeytana xas olan əməl etdikdə نٌ َ ُال َ ف َن ْط َ َشي ت] təşəytana fulə:n] “filankəs şeytanlıq etdi” deyirlər. Əgər bu söz اط َ شَ] şə:ta] “yanmaq” feilindən düzəlmiş olsaydı, bu zaman (nun hərfini pozaraq) طَ َّشيَ َ ت] təşəyyata] deyərdilər. Beləliklə, doğru rəy budur ki, “şeytan” sözü “uzaq olmaq” feilindən düzəlmişdir. Bu səbəbdən (ərəblər) üsyankar cin, insan və heyvanları “şeytan” adlandırırlar. Uca Allah buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər” (“əl-Ənam”, 112). İmam Əhmədin “Musnəd” əsərində Əbu Zərdən rəvayət olunan hədisdə deyilir: “Peyğəmbər dedi: “Ey Əbu Zərr, insan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “(Ey Allahın Elçisi) İnsanlardan da
şeytanlar olurmu?” Peyğəmbər dedi: “Bəli”.1 Muslimin Səhih əsərində yenə Əbu Zərdən rəvayət olunan hədisdə Peyğəmbər demişdir: “(Namaz qılanın qarşısından) qadın, eşşək və qara itin keçməsi namazı batil edər”. Mən dedim: “Qara itin qırmızı və ya sarı itdən fərqi nədir?” Peyğəmbər dedi: “Qara it şeytandır”.2 ət-Təbəri rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xəttab yük atına mindi. At sağa-sola meyil edib əyilərək getdi. Ömər atı vurmağa başladı. Vurduqca at sağa-sola daha çox meyil etdi. Ömər atdan endi və dedi: “Siz məni şeytana mindirdiniz. Atdan düşdükdən sonra özüm özümü tanımadım”. Rəvayətin sənədi səhihdir.3 “Racim” “lənətlənmiş” sözü “fail” formasında olub “məful” (keçmiş zaman feli sifət) mənasını verir. Yəni o xeyirdən tamamilə uzaqlaşdırılmış, qovulmuşdur. Belə ki Uca Allah buyurur: “Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıbyaxan od əzabı hazırlamışıq” (“əl-Mulk”, 5). Həmçinin buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və onu hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb-yaxan alovlar yağdırılar və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər” (“əs-Saffət”, 6–10). Başqa bir ayədə: “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb-yaxan alov təqib edər” (“əl-Hicr”, 16–18) və s. bu mənada ayələr var.
“Bismilləhir-Rahmənir-Rahim” 1. “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” Səhabələr Allahın Kitabını (Quranı) “Bəsmələ”4 ilə başlamışlar. Alimlər yekdilliklə qəbul etmişlər ki, “Bəsmələ” ən-Nəml surəsinin bir ayəsidir.5 Daha sonra fikir ayrılığına düşmüşlər ki, “Bəsmələ” hər surənin əvvəlində müstəqil ayədir, yoxsa surənin bir hissəsi olub əvvəldə yazılmışdır? Yaxud da ilk ayənin bir hissəsidirmi? Yoxsa bu deyilənlər “əl-Fatihə” surəsinə aid olub, digər surələrə aid deyildir? Yoxsa “Bəsmələ” ayə deyil, sadəcə, surələri bir-birindən ayırmaq üçün yazılmışdır? Bu barədə əvvəlki və indiki alimlərin bir çox rəyləri vardır. Bu mövzudan başqa yerdə geniş danışılacaqdır. Əbu Davudun “əs-Sunən” əsərində səhih sənədlə İbn Abbasdan rəvayət
olunur ki, “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) nazil olmayana qədər Peyğəmbər surələri bir-birindən ayıra bilmirdi”.1 Hədisi həmçinin əl-Həkim “əl-Mustədrək” kitabında rəvayət etmişdir. İbn Xuzeymənin “əs-Səhih” kitabında Ummu Sələmədən rəvayət olunan hədisdə deyilir: “Bir dəfə Peyğəmbər namazda ikən “Bəsmələ”ni “əl-Fatihə” surəsinin əvvəlində oxudu və onu bir ayə saydı”. Lakin bu hədis Ömər ibn Harun əl-Bəlxinin rəvayətidir və onun İbn Cureycdən, onun da İbn Əbu Muleykədən, onun da Ummu Sələmədən rəvayəti zəif sayılır. əd-Dəraqutni Ömər ibn Harun əl-Bəlxinin rəvayətini Əbu Hureyranın Peyğəmbərdən rəvayətini gücləndirmək üçün gətirib. O bu hədisin eynisini Əlidən, İbn Abbasdan və başqalarından da rəvayət edib. “Bəsmələ”nin “Bəraət” (Tövbə) surəsi istisna olmaqla2 digər surələrin hər birinin ayəsi olması səhabələrdən: (İbn Abbas, İbn Ömər, İbn əz-Zubeyr, Əbu Hureyra, Əli, tabiinlərdən isə: Əta, Tavus, Səid ibn Cubeyr, Məkhul, əz-Zuhridən rəvayət olunur.) Həmçinin Abdullah ibn Mubərak, əş-Şafii, Əhməd ibn Hənbəldən gələn bir rəvayətdə, İshaq ibn Rahaveyh, Əbu Ubeyd əl-Qasim ibn Səlləm də bu rəyi demişlər.3 Malik, Əbu Hənifə və onların davamçıları demişlər: “Bəsmələ” nə “əl-Fatihə” surəsi, nə də başqa surələrin ayəsi deyildir”. Davud demişdir: “O hər surənin əvvəlində müstəqil ayədir, lakin surədən deyildir”. Bu rəy həmçinin İmam Əhməddən rəvayət olunan bir rəydir. Əbu Bəkr ər-Razi bu rəyi Əbul-Həsən əl-Kərxidən rəvayət etmişdir. Onların hər ikisi Əbu Hənifənin böyük davamçılarıdır. Bu, “Bəsmələ”nin “əl-Fatihə” surəsindən olub-olmaması ilə əlaqəli idi. “Bəsmələ”nin (namazda) səslə deyilib-deyilməməsi məsələsinə gəlincə isə, bu da əvvəlki məsələdən şaxələnir. “Bəsmələ”ni “əl-Fatihə” surəsindən saymayanlar hesab edirlər ki, o səslə deyilməməlidir. Həmçinin “Bəsmələ”ni hər surənin əvvəlində müstəqil ayə hesab edənlər də bu rəydədirlər. Lakin “Bəsmələ” surələrin əvvəlidir deyən alimlər özləri fikir ayrılığına düşmüşlər. İmam əş-Şafiinin rəyinə görə, “Bəsmələ” “əl-Fatihə” və digər surələrlə birlikdə səsli oxunmalıdır. Bu rəy həmçinin səhabə, tabiin, bir çox keçmiş və indiki alimlərin rəyidir. Səhabələrdən Əbu Hureyra, İbn Ömər, İbn Abbas və Muaviyə “Bəsmələ”ni səslə oxumuşlar. Həmçinin əl-Xatib əl-Bağdadi bu
rəyi Səid ibn Cubeyr, İkrimə, Əbu Qiləbə, əz-Zuhri, Səid ibn əl-Museyyib, Əta, Tavus, Mucahid, Ömər ibn Abdul-Əziz və başqalarından nəql etmişdir. Əbu Davud və ət-Tirmizi İbn Abbasdan rəvayət edirlər ki, Peyğəmbər namazı “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) başlayardı. Hədisin ardından ət-Tirmizi deyir: “Hədisin sənədi o qədər də güclü deyil”. Həmçinin əl-Həkim “əl-Mustədrək” kitabında İbn Abbasdan rəvayət etmişdir ki, Peyğəmbər “Bismilləhir-RahmənirRahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümləsini səslə deyərdi. Hədisin ardınca “Səhihdir” demişdir. Səhih əl-Buxaridə rəvayət edilən hədisdə Ənəs ibn Məlikdən Peyğəmbərin Quran oxuması barədə soruşulduqda Ənəs: “Uzadaraq!”– deyə cavab verdi, sonra da: “Bismillahir-Rahmənir-Rahim” ayəsini – “Bismilləh”, “ər-Rahmən” və “ər-Rahim” kəlmələrinin (hər birini) uzadaraq oxudu”. İmam Əhmədin “Musnəd”, Əbu Davudun “əs-Sünən”, İbn Xuzeymənin “əs-Səhih”, əl-Hakimin “əl-Mustədrək” kitablarında Ummu Sələmədən rəvayət olunan hədisdə “Peyğəmbər (“əl-Fatihə” surəsini oxuyarkən) fasilə verərək oxuyardı: “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!). Əlhəmdu lilləhi Rabbil aləmin. Ər-Rahmənir-Rahim. Məliki yəumiddin. ...”. əd-Dəraqutni demişdir: “Hədisin sənədi səhihdir”. İmam əş-Şafii və əl-Hakimin “əl-Mustədrək” kitabında Ənəsdən rəvayət edilir ki, bir dəfə Muaviyə Mədinədə namaz qılarkən “Bəsmələ”ni səssiz oxudu. (Namazdan sonra) iştirak edənlər bunu ona irad tutdular. Növbəti dəfə namaz qılanda “Bəsmələ”ni səslə oxudu”. Qeyd etdiyimiz hədislər və rəvayətlər bu rəyin digər rəylərdən daha üstün olmasına kifayətdir, lakin rəyə etirazlara və bu mövzuda qəribə rəvayətlərə, bu rəvayətlərin araşdırılması və rəvayətlərin zəif olduğunu bildirən səbəblərin bəyan edilməsinə gəlincə, bu məsələlər öz yerində gələcək. Digər alimlər imamın namazda “Bəsmələ”ni səssiz oxuması rəyindədirlər. Bu rəy dörd xəlifədən,1 Abdullah ibn Muğəffəldən və sair sələf tabiinlərdən və onlardan sonra gələnlərdən varid olmuşdur. Həmçinin bu rəy Əbu Hənifənin, əs-Səurinin və Əhməd ibn Hənbəlin məzhəbidir. İmam Malikə görə isə imam, ümumiyyətlə, “Bəsmələ” oxumur. İstər səssiz, istərsə də səsli olsun. Bu rəyi deyənlər dəlil olaraq Səhih Muslimdə Aişədən gələn hədisə əsaslanırlar. Hədisdə Aişə deyir: “Allah Elçisi namazını təkbir (Allahu Əkbər) gətirib aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı”. Bu rəydə olanların həmçinin istinad etdikləri hədislərdən biri də əl-Buxari və Muslimin Ənəs ibn Malikdən rəvayət etdikləri: “Mən Peyğəmbərin , Əbu Bəkrin, Ömərin və Osmanın arxasında namaz qılmışam. Onların hamısı namazlarını aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı” hədisidir. Muslimin rəvayətində isə: “Qiraətin nə əvvəlində, nə də sonunda “BismilləhirRahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!) deməzdilər”. Bu mənada hədislər həmçinin “əs-Sünən” kitablarında Abdullah ibn Muğaf
fəldən varid olmuşdur. Əhli-Sünnə imamlarının bu məsələdə istinad etdikləri mənbələr bunlardır. Onların rəylərinin hamısı bir-birinə yaxındır, çünki onların hamısı “Bəsmələ”- ni istər səsli, istərsə də səssiz oxuyanın namazının səhih (düzgün) olduğunu yekdilliklə bildirmişlər.
Fəsil: “Bəsmələ”nin fəziləti İmam Əhməd “Musnəd” kitabında Asimin belə dediyini rəvayət etmişdir: “Əbu Təmimənin Peyğəmbərlə eyni miniyin tərkində olan bir səhabədən belə rəvayət etdiyini eşitdim: “Peyğəmbərin miniyi büdrədi və mən dedim: “Bədbəxt olsun şeytan!” Peyğəmbər dedi: “Bədbəxt olsun şeytan!” – demə. Sən: “Bədbəxt olsun şeytan!” – dedikdə, şeytan get-gedə böyüyər və deyər: “Gücümlə onu yıxdım”. Əgər “Bismillah” desən, şeytan milçək boyda olana qədər get-gedə kiçilər”. İmam Əhmədin rəvayətində belə varid olub.1 ən-Nəsəi “əl-Yəum vəl-Leylə” kitabında və İbn Mərdəveyh Usamə ibn Umeyrdən rəvayət etdikləri hədisdə o demişdir: “Peyğəmbərlə eyni miniyin tərkində idim...” sonra bu hədisi rəvayət etdi. Sonra Peyğəmbər dedi: “Elə demə! Belə dedikdə o, ev boyda olana qədər böyüyər, lakin “Bismilləh” de. Belə desən, o, milçək boyda olana qədər kiçilər”.2 Bu, “Bismilləh” sözünün bərəkətinin təsirindəndir. Bu səbəbdən hər bir əməlin və sözün əvvəlində “bismilləh” demək müstəhəbdir. Həmçinin Peyğəmbərin “Bismilləhir-Rahmənir-Rahim” ilə başlamayan hər bir iş naqisdir” hədisinə görə hər xütbənin əvvəlində demək müstəhəbdir. Həmçinin ayaqyoluna daxil olarkən də “bismilləh” demək müstəhəbdir. Bu barədə hədislər sabit olmuşdur. Dəstəmazın əvvəlində də “bismilləh” demək müstəhəbdir. Bu barədə İmam Əhmədin “Musnəd” əsərində və Sünnə kitablarında Əbu Hureyra, Səid ibn Zeyd və Əbu Səiddən Peyğəmbərə isnad edilərək rəvayət olunur: “Dəstəmaza başlayarkən Allahın adını çəkməyənin dəstəmazı yoxdur”.3 Bu hədis dərəcə etibarilə “həsən”dir.4 Bəzi alimlər yada düşdüyü halda bunu vacib saymış, bəziləri isə istənilən halda vacib saymışlar. Həmçinin İmam əş-Şafiinin məzhəbinə və bir çox alimlərin rəyinə görə, heyvan kəsərkən deyilməsi müstəhəbdir. Digər alimlər yada düşüldüyü halda vacib görmüşlər. Bəziləri isə hər bir halda vacib saymışlar. Allahın izni ilə bu mövzu lazım olan yerdə ətraflı qeyd olunacaq
Həmçinin yemək yeyərkən də “Bəsmələ” demək müstəhəbdir. Səhih Muslimdə gələn hədisdə Peyğəmbər oğulluğu Ömər ibn Əbu Sələməyə demişdir: “Bismilləh” de, sağ əllə və qarşından ye!”1 Bəzi alimlər bu halda “Bəsmələ”ni vacib hesab etmişlər. Həmçinin cinsi əlaqə zamanı da “Bəsmələ” demək müstəhəbdir. Bu barədə əl-Buxari və Muslimdə Abdullah ibn Abbasdan gələn hədisdə Peyğəmbər demişdir: “Bilin ki, əgər biriniz ailəsi ilə yaxınlıq etməzdən əvvəl: “Allahın adı ilə! Allahım, məni şeytandan uzaqlaşdır, şeytanı da bizə bəxş etdiyin övladdan uzaqlaşdır!”2 – desə və əgər onların qismətində varsa, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz”.3 Buradan aydın olur ki, ərəb dilçiləri arasında ِ ِم َّ الل ْ ِس ب” Bismilləh” kəlməsindəki بـ” bə” (ilə) önqoşmasının aid olduğu sözün feil və ya isim olması bir-birinə yaxın rəydir. Hər iki rəyin ifadə etdiyi məna Quranda öz əksini tapmışdır. Bu önqoşmanın aid olduğu sözün isim olduğunu deyənlərin rəyinə görə, məna ِي ِ ابتدائ ِم َّ الل ْ ِس ب” Başlamağım Allahın adı ilədir”. Uca Allahın bu ayəsinə görə: “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Hud, 41). Bu önqoşmanın aid olduğu sözün feil olduğunu deyənlər isə Uca Allahın bu ayəsinə əsaslanırlar: “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq, 1). Hər iki rəy doğrudur, çünki hər bir feilin məsdəri var. Nəzərdə tutulan sözü həm feil, həm də cümlənin əvvəlində qeyd etdiyin feilə uyğun məsdər edə bilərsən. Əgər edilən əməl, məsələn, qalxmaq, oturmaq, yemək, içmək, oxumaq, dəstəmaz almaq, namaz qılmaq və s. olarsa, şəriətə uyğun olan budur ki, xeyir-bərəkət ummaq və əməlin tamamlanması və qəbul olunmasında yardım diləmək üçün bu əməllərə başlayarkən Allahın adı çəkilsin. Allah ən yaxşı Biləndir. ُ الل َّ” – Allah” kəlməsi Xeyirxah və Uca Rəbbin adıdır. Bildirilir ki, Yaradanın Ən əzəmətli adı məhz budur, çünki bu adla bütün sifətlər vəsf olunur. Necə ki Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (“əl-Həşr”, 22–24). Bu ayələrdə digər adlar Allahın sifətləri olaraq qeyd edilmişdir. Necə ki Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin” (“əl-Əraf”, 180). Başqa bir ayədə: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (“əl-İsra”, 110). əl-Buxari və Muslimdə Əbu Hureyradan gələn hədisdə Allah Elçisi demişdir: “Allahın doxsan doqquz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar”.4 ət-Tirmizi və İbn Məcənin rəvayətlərində bu
adların sadalanması öz əksini tapmışdır. İki rəvayət arasında əlavə və azaltma olmaqla ixtilaf vardır. Bu adla Allahdan başqa heç kəs adlanmamışdır. Bu səbəbdən ərəb dilində həmin ُ َل ْفع َ َ يـ َل ع َ فـ] fəalə-yəfəlu] formasından törənən buna oxşar başqa bir söz yoxdur. Bəzi dilçilər isə bu sözün dəyişməz olub, törənmədiyini deyirlər. əl-Qurtubi əş-Şafii, əl-Xattabi, İmamul-Harameyn,1 əl-Qazəli və başqalarından nəql etməklə, əl-Xalil və Sibəveyhdən isə rəvayət etməklə bildirmişdir ki, “Allah” sözündəki “əlif” və “ləm” hərfləri sözün kökündəndir. əl-Xəttabi demişdir: Məgər sən هللا َ ي” Ey Allah” dediyində görmürsənmi?!2 الرمحن َ Ey “ي ər-Rahmən” isə deyə bilməzsən. Əgər bu hərflər kökdən olmasaydı, َ xitab ي ədatını “əlif” və “ləm” ilə başlayan sözə daxil edə bilməzdin. Bəzi dilçilər isə bu sözün törəmə olması rəyindədirlər. Buna dəlil kimi Rubə ibn əl-Əccəcin bu sözlərini qeyd etmişdir. ي ُّ َل ْ ت ِن َ م ْن َع ْج ر َ َاستـ َ و َ ْحن ب َ ُ َّده س َ ِ ات الْم ي ِ َان ر الغ ُّ َ ِ د للَّ Tərifəlayiq gözəl qadınların etdikləri necə də yaxşıdır! İbadətlərini görən isə: “Subhən-Allah, İnnə lilləhi və innə ileyhi raciun”, – deyər.3 Bu beytdə şair ٌ ُّه َ ل ت” ibadət etmək” məsdəri işlətdi. Bu məsdər ً ُّا َل َت ً و َة ُ إَله ْلَه َ َ – ي أَلَه [təəlluh] “ibadət etdi” feilindəndir. Belə ki (Uca Allahın “əl-Əraf” surəsi, 127-ci ayəsi) İbn Abbasdan “həm səni, həm də sənə ibadət etməyi bir kənara atsınlar”4 kimi də rəvayət olunur. İbn Abbas demişdir: “Sənə ibadət etməyi” – yəni o (Firon), ibadət olunurdu özü isə ibadət etmirdi”. Həmçinin Mucahid və başqaları da belə demişlər. ُ الل َّ” Allah” kəlməsinin əsli ُ هَاإلل” əl-İlah” sözüdür. Burada sözün birinci kökü olan “həmzə” hərfi pozulmuşdur. Bu zaman sözün ikinci kökü olan “ləm” hərfi sözün əvvəlinə müəyyənlik üçün əlavə olunan “ləm” hərfi ilə birləşmişdir. Nəticədə – eyni hərflər qoşalaşmış və sözdə bir şəddəli “ləm” hərfi əmələ gəlmişdir. Təzim səbəbindən qalınlaşmış5 və ُ الل َّ” Allah” olaraq deyilməkdədir. ِ ِيم َ ِن َّ الرح حْالر َّ” – Mərhəmətli və Rəhmli” Uca Allahın rəhmət sifətindən düzəlmiş və mübaliğə vəznində olan iki adıdır. نِ َ حْالر َّ” ər-Rahmən” – “Mərhəmətli” ِ ِيم adı الرح َّ” ər-Rahim” – “Rəhmli” adından daha çox mübaliğə bildirir. İbn Cərir ət-Tabərinin sözündən belə başa düşülür ki, alimlər bu barədə yekdil rəydə
dirlər. əl-Qurtubi deyir: “Bu adların sifətdən düzəlmə olmasına dəlil ət-Tirmizinin səhih görərək Abdur-Rahmən ibn Aufdan rəvayət etdiyi hədisdir. Bu hədisdə o, Peyğəmbərin belə dediyini eşitmişdir: “Mən ər-Rahmənəm. Rəhmi (qohumluq əlaqələrini) Mən yaratdım və ona adlarımdan birini ayırdım. Onu birləşdirəni birləşdirərəm, kəsəni də kəsərəm”.1 əl-Qurtubi demişdir: “Bu hədis adın törəmə olduğuna dəlildir və bu barədə ixtilaf edib fikir ayrılığına düşməyin mənası yoxdur. O ki qaldı ərəblərin ər-Rahmən adını inkar etmələrinə, bu onların Allah və Allaha qarşı üzərilərinə düşən vacibləri bilmədiklərinə görə idi”. Sonra əl-Qurtubi deyir: “Buna iki adın eyni məna daşıması deyilir. Necə ki “nədmən” və “nədim” sözləri kimi2 . Bu rəyi Əbu Ubeyd3 ْ ُالن .demişdir ع َ فـ “fələn” formasının يلِ َع ف” fəil” formasından mənaca fərqləndiyi də deyilir. النُ ْ ع َ فـ “fələn” formasının feilin mübaliğə mənasını bildirdiyi deyilir. Buna misal ٌ ُل َج ر َ ُ ان َ ْضب غ” raculun ğadbənu” (qəzəbli kişi) qəzəblə dolmuş kişiyə deyilir. يلِ َع “fəil “ف forması isə “fail” (indiki zaman feili sifəti) və ya “məful” (keçmiş zaman feili sifəti) mənasını verə bilər. Əbu Əli əl-Farisi4 َ ِن :demişdir – “Rahmən-ər “َّ الرْح “Mərhəmətli” bütün rəhmət növlərini ehtiva edir və bu ad Uca Allaha xas olan ِ ِيم .addır الرح َّ” ər-Rahim” – “Rəhmli” isə möminlərə qarşıdır. Uca Allah buyurur: “Allah möminlərə qarşı Rəhmlidir” (“əl-Əhzab”, 43). İbn Abbas deyir: “Onlar (“ər-Rahmən” və “ər-Rahim” adları) iki zərif adlardır. Biri digərindən daha zərifdir. Yəni rəhmət baxımından daha genişdir”. Sonra əl-Xəttabi və başqalarından rəvayət etmişdir ki, onlar İbn Abbasın işlətdiyi bu sifət (zərif) barədə tərəddüd etmişlər və demişlər: “Ola bilsin ki, burada “daha zərif” dedikdə “daha mülayim” qəsd olunur. Necə ki hədisdə gəlmişdir: “Həqiqətən, Allah mülayimdir və hər işdə mülayimliyi sevir. Sərtlikdən dolayı vermədiyi mükafatı mülayimliyə görə verir”.5 İbn əl-Mubərak6 demişdir: “ər-Rahmən” – “Mərhəmətli” istədikdə verəndir. “ər-Rahim” – “Rəhmli” isə istənilmədikdə qəzəbi tutandır. Necə ki ət-Tirmizi və İbn Məcanın Əbu Hureyradan rəvayət etdikləri hədisdə Peyğəmbər demişdir: “Allahdan istəməyənə Allah qəzəblənər”.7 Bəzi alimlər deyirlər: “Bu səbəbdən Uca Allah buyurur: “Sonra da Ərşə ucaldı. O, Mərhəmətli olan Allahdır” (“əl-Furqan”, 59), həmçinin buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (“Taha”, 5). Bu ayələrdə ucalmağı “ərRahmən” – “Mərhəmətli” adı ilə qeyd etmişdir ki, rəhməti ilə bütün məxluqatı əhatə etsin. “Allah möminlərə qarşı Rəhmlidir” (“əl-Əhzab”, 43) ayəsində isə möminləri “ər-Rahim” – “Rəhmli” adı ilə xüsusiləşdirdi. Alimlər deyirlər: “Bu dəlalət edir ki, rəhmət baxımından “ər-Rahmən” – “Mərhəmətli” adı həm bu dünyada, həm də Axirətdə bütün məxluqatı əhatə etdiyinə görə “ər-Rahim”
– “Rəhmli” adından daha geniş məna bildirir. “ər-Rahim” – “Rəhmli” isə möminlərə xasdır, lakin Peyğəmbərdən gələn bir duada deyilir: “Ey dünya və axirətin Mərhəmətlisi və Rəhmlisi!”1 Uca Allahın “ər-Rahmən” – “Mərhəmətli” adı Özünə xas olan addır. Allahdan başqası bu adla adlanmaz. Belə ki Uca Allah buyurur: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (“əl-İsra”, 110). Həmçinin buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (“əz-Zuxruf”, 45). Yalançı Museylimə2 özünü “Rahmənul-Yəməmə” (Yəməmə xalqının Mərhəmətlisi) adlandırmaqla həddini aşdığı zaman Allah ona yalan libası geyindirib bu adla onu məşhur etdi. Bu səbəbdən adı çəkiləndə ona yalnız Museylimə əl-Kəzzəb (yalançı) deyilir. Həm yerli, həm də köçəri ərəb xalqları arasında yalançılıqda onu misal çəkirlər. Amma “ər-Rahim” – “Rəhmli” adına gəlincə, Uca Allah bu adla Özündən başqasını vəsf etmişdir. Belə ki Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (“ət-Tövbə”, 128). Həmçinin digər adlarından bəziləri ilə də Özündən başqalarını vəsf etmişdir. O buyurur: “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik” (“əl-İnsan”, 2). Nəticə: Uca Allahın adlarından eləsi var ki, onunla Allahdan başqaları da adlandırıla bilər, elələri də var ki, bu adlarla Allahdan başqaları adlandırıla bilməz. Məsələn, Allah, ər-Rahmən (Mərhəmətli), əl-Xaliq (Yaradan), ərRazzəq (ruzi verən) və s. buna bənzər adlar kimi. Buna görə də Uca Allah (Kitabını) Allah adı ilə başladı, ardınca isə “ər-Rahmən” – “Mərhəmətli” adı ilə vəsf etdi. Çünki bu ad “ər-Rahim” – “Rəhmli” adından daha xüsusi və daha tanınandır. Adlandırma ən çox məşhur olan adlarla olur. Bu səbəbdən daha xüsusi olanlarla başladı. Bəziləri elə düşünür ki, ərəblər “ər-Rahmən” adını tanımırdılar. Bu səbəbdən Allah onlara bu ayə ilə cavab vermişdir: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur” (“əl-İsra”, 110). Məhz buna görə Hudeybiyyə sülhü bağlanan gün Peyğəmbər Əliyə “(Ey Əli!) “Bismilləhir-Rahmənir-Rahim” – “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” yaz”, – dedikdə Qureyş kafirləri dedilər: “Biz nə ər-Rahməni, nə də ər-Rahimi tanımırıq”.3 Bu hədisi əl-Buxari rəvayət etmişdir. Hədisin bəzi rəvayətlərində isə “Biz Rahmənul-Yəməmə”dən4 (Yəməmənin Mərhəmətlisindən) başqa ər-Rahmən tanımırıq” varid olmuşdur. Uca Allah bu xüsusda buyurur: “Onlara: “Mərhəmətli Allaha səcdə edin!” – deyildikdə:
“Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. Bu da onların nifrətini artırar” (“əl-Furqan”, 60). Görünən budur ki, onların (Qureyş kafirlərinin) bunu (ər-Rahmən adını) inkar etmələri haqqı danmaq və küfrlərində inadkarlıq etməklərindən irəli gəlirdi, çünki cahiliyyə şeirlərində Uca Allahı ər-Rahmən adı ilə adlandırmalarına rast gəlinir. İbn Cərir deyir: “Cahiliyyə dövrünün bəzi cahilləri oxuyurdu: َا ِه ِين ََب َ ي ُ ر َ َض َب َّ الرْحن َ ق َا أَال ه َ ِجينـ َ ُ ه َاة ْل َك الَْفت ِ َ ْت ت ب َ أَ َ ال ضر Kaş ki o gənc qız atını qamçılayardı Kaş ki Rəbbim ər-Rahmən onu sağ əlindən yaxalayardı.1 ُق ِ ُطْل ُد وي ِ ْق ع َ ُ يـ َن َ َش َّ أ الرْح َا ي َم ْ و ْ ُكم َي َل َا ع ن ْ يـ َ ِجْلتـ َ َا ع ن ْ َيـ َل ُم ع ِجْلت َ ع Siz bizə tərəf tələsdiz, biz də sizə tərəf ər-Rahmən istədiyini saxlayır, istədiyini isə azad edər. 2. “Həmd olsun aləmlərin Rəbbi Allaha” Əbu Cəfər İbn Cərir2 deyir: “Həmd olsun Allaha” cümləsinin mənası: “Tərif Allahdan başqa ibadət olunanlara deyil, yaratdıqlarına deyil, qullarına saysız nemətlər bəxş etdiyinə görə xalis Allaha aiddir. Bu nemətlərin sayını Ondan başqa heç kəs bilə bilməz. Mükəlləf olanların Ona itaət etməsi üçün əzalarını sağlam etməsi, fərz ibadətləri yerinə yetirmələri üçün onlara bacarıq verməsi, habelə üzərində heç bir haqq olmadan dünyada onları ruziləndirməsi, dünya ləzzətləri ilə bəsləməsi nemətdir. Bütün bunlarla bərabər, qullarını tükənməz nemətləri olan əbədi Axirət həyatında əbədi qalmaları üçün səbəblərə yönəltmiş, xəbərdar etmiş və bu həyata çağırmışdır. Bütün bu nemətlərə görə əvvəlində də, sonunda da Rəbbimizə həmd olsun!” İbn Cərir deyir: “Həmd olsun Allaha” cümləsi tərifdir. Allah bununla Özünü tərifləyir, eyni zamanda qullarına da Ona tərif deməsini əmr edərək sanki deyir: “Həmd olsun Allaha”, – deyin!” Bəziləri deyir: “Bir kəsin “Həmd olsun Allaha” deməsi Allahı gözəl ad və sifətləri ilə tərifləməsi deməkdir. “Şükür olsun Allaha” demək isə Allaha Onun nemətlərinin və lütfünün qarşılığında tərif deməsidir”. Sonra (İbn Cərir) bunu deyənlərə rədd cavabı verməyə başlamış və xülasə olaraq qeyd etmişdir ki, bütün ərəb dilçiləri “həmd” və “şükür” sözlərindən hər birini digərinin yerinə işlədirlər, lakin (İbn Cəririn) bu iddiası gözdən keçirilməlidir. Çünki bir çox keçmiş alimlərin sözlərindən məşhur olan budur ki, “həmd” təriflənəni təsirsiz3 və təsirli4 sifətlərinə görə sözlə tərifləməkdir. “Şükür” isə yalnız təsirli sifətlərə görə həm qəlblə, həm dillə, həm də əzalarla olur. Necə ki şair demişdir:
ا َ َ َّجب ُح ُ الْم ِري ِان َّ والضم َ ِس ِي ول َد ٌ ي َة َالث ّن ِ ث ِ َ م َاء ْم ْ ُكم النـَّع ت َ َاد أَف Sizin mənə olan nemətlərinizə mən üç şeylə – Əlimlə, dilimlə və qəlbimlə qarşılıq verdim.1 Alimlər hansı daha ümumidir – “həmd”, yoxsa “şükür” məsələsində iki rəy olmaqla fikir ayrılığına düşmüşlər. Təsdiqini tapan budur ki, bu iki söz arasında ümumilik və xüsusilik vardır. Təriflənən sifət baxımından “həmd” sözü “şükür” sözündən daha ümumidir. Çünki “həmd” həm təsirli, həm də təsirsiz sifətlərə görə olur. Məsələn, deyirsən: “Gözəl at çapmağına görə ona həmd etdim” və “səxavətinə görə ona həmd etdim”. Digər tərəfdən “həmd” sözü yalnız sözlə olduğuna görə daha xüsusidir. “Şükür” isə həyata keçirilmə baxımından daha ümumidir, çünki o əvvəl qeyd etdiyimiz kimi, həm sözlə, həm əməllə, həm də niyyətlə ola bilir. Həmçinin yalnız təsirli sifətlərə görə istifadə olunduğu üçün “şükür” sözü daha xüsusidir. Məsələn, “Gözəl at çapmağına görə ona şükür etdim” deyilmir. Amma “mənə qarşı olan səxavətinə və yaxşılığına görə ona şükür etdim” deyilir. Bu, keçmiş alimlərin qeyd etdiklərinin xülasəsi idi. Ən doğrusunu isə Allah bilir! əl-Covhəri demişdir: “Həmd” sözü “pisləmək” sözünün əksidir. Deyirsən: “Kişiyə həmd etdim”. “Həmd etmək” feilinin məsdərləri: ً ْدا [həmd [َح və ً َ َدة ممَْ] məhmədə] formalarındadır. Həmd edilən insan isə يدِ حَ] həmi:d] və ودُ َْمم [məhmu:d] adlanır. يدِ حمْ َّالت] təhmid] sözü “həmd” sözünün mübaliğə formasıdır. “Həmd” sözü “şükür” sözündən daha ümumidir. “Şükür” barəsində isə demişdir: “O yaxşılıq edəni yaxşılığına görə tərifləməkdir. َ şükür] “şəkəra [َش َكر etmək” feilini həm ِ لـ” ləm” önqoşmasız, həm də önqoşma ilə işlətmək olar. Məsələn: ُ ُه ت ْ ُ və] şəkərtuhu [َش َكر ْ ُت لَه كرَ شَ] şəkərtu ləhu] hər ikisi “ona təşəkkür etdim” deməkdir. Lakin ِ لـ” ləm” önqoşması ilə işlətmək daha doğrudur. İmam Əhməd ibn Hənbəlin rəvayət etdiyi hədisdə əl-Əsvəd ibn Sərid demişdir: “(Bir dəfə) mən Peyğəmbərə dedim: “Ey Allahın Elçisi, Uca və Xeyirxah Rəbbimə dediyim təriflərlə şeirlərimdə səni də tərifləyimmi?” Peyğəmbər buyurdu: “Həqiqətən sənin Rəbbin tərifi sevir”.2 Hədisi ən-Nəsəi rəvayət etmişdir.3 ət-Tirmizi, ən-Nəsəi və İbn Məcənin Cabir ibn Abdullahdan rəvayət etdikləri hədisdə deyir: “Peyğəmbər demişdir: “Ən fəzilətli zikr “Lə İləhə İlləllah” zikridir (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur). Ən fəzilətli dua isə “Əlhəmdulilləh” (Həmd olsun Allaha) duasıdır”.4 ət-Tirmizi hədisi “həsən ğarib” adlandırmışdır.
İbn Məcənin hədis kitabında İbn Ömərdən rəvayət olunan hədisdə Peyğəmbər belə buyurmuşdur: “Bir dəfə Allahın qullarından biri duasında “Ey Rəbbim! Sənə Həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Bu zikr iki mələyə ağır gəldi. Onu necə yazacaqlarını bilmədilər. Onlar göyə yüksəlib dedilər: “Ey Rəbbimiz! Sənin qulun bir zikr dedi. Onu necə yazacağımızı bilmirik”. Allah qulun dediyini bildiyi halda: “Qulum nə dedi?” – soruşdu. Onlar dedilər: “Ey Rəbbimiz, o qul dedi: “Ey Rəbbim! Sənə həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Allah onlara dedi: “Qulum dediyi kimi yazın ki, Mənimlə qarşılaşdığı zaman mükafatını verim”1 . ْ ُد َم ال ْ” əl-Həmdu” sözündəki əlif və ləm hərfləri təriflərin bütün növ və siniflərinin Allaha aid olduğunu bildirir. Necə ki hədisdə gəlib: “Allahım, təriflərin hamısı Sənədir. Mülk bütünlüklə Sənindir. Xeyir bütünlüklə Sənin əlindədir və hər işin dönüşü Sənədir”.2 “Rəbb” – Sahib olan və idarəedəndir (hökmdardır). Lüğəti mənada ağaya və islah etmək məqsədilə idarə edənə də deyilir. Bu mənaların hamısını Allah haqqında demək düzgündür. “Rəbb” sözü nisbət olunmadan yalnız Allah üçün işlədilə bilər. Allahdan başqaları üçün yalnız nisbət olunmaqla işlənir. Məsələn, deyirsən: “Evin rəbbi”, “bunun rəbbi” və s. Amma tək “Rəbb” sözü yalnız Allah üçün işlənir. Bəziləri bu adın Allahın ən əzəmətli adı olduğunu deyirlər. “Aləmlər” – “aləm” sözünün cəmidir. Allahdan başqa hər şey nəzərdə tutulur. “Aləm” sözü cəmdədir, təki yoxdur. ُ ِ َوال ع] Əva:lim] sözü isə yerdə, göydə, quruda və dənizdə yaşayan məxluqat növlərinə deyilir. Hər bir əsr və dövrdə yaşayanlar da “aləm” adlanır.
1 “İstiazə” sözünün hərfi mənası “sığınacaq istəmək” deməkdir. Şəriətdə isə “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) deməklə şeytanın şərindən Allaha sığınmaq nəzərdə tutulur.
SON ƏLAVƏLƏR