Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fələq surəsi - Azərbaycan dilinə mənaca tərcümə (Ə.Musayev)

  1. De: “Sığınıram sübhün Rəbbinə!
  2. Məxluqatının şərindən,
  3. çökən zülmətin şərindən,
  4. düyünlərə üfürən (cadugər) qadınların şərindən
  5. və həsəd aparan zaman paxılın şərindən!”