Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nəs surəsi - Azərbaycan dilinə mənaca tərcümə (Ə.Musayev)

  1. De: “Sığınıram insanların Rəbbinə,
  2. insanların Hökmdarına,
  3. insanların məbuduna!
  4. Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən.
  5. (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır,
  6. cinlərdən də (olur), insanlardan da!”