Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kafirun surəsi - Azərbaycan dilinə mənaca tərcümə (Ə.Musayev)

  1. De: “Ey kafirlər!
  2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
  3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
  4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
  5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
  6. Sizin dininiz sizə, mənim dinim də mənədir!”