Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Qiblənin Petra şəhərinə tərəf olması şübhəsi və bunun cavabı.
Əvvəlcə qısa bir cavab verib sonra təfsilata keçmək niyyətindəyik:
1 - Məkkədə də, Mədinədə də bütün tarixi yerlər xırda detallarına kimi məlumdur. Necə olur ki, bu tarix kitablarında yazılmış yerlər Məkkədə mövcud ola-ola relyevi və coğrafi mövqeyi fərqli bir yerdə qiblə mövcud olsun? Ən dəhşətlisi isə bu 14 əsr müsəlmanlardan gizli qalsın, sonra da bir şərqşünas çıxıb bir neçə il öncə yeni qiblə tapdığını, guya, əsil qiblə tapdığını elan etsin? Bu şübhə özü müsəlmanlara təhqirdir. Ona görə ki, şübhəni çıxaran İslamdan cahil olan şəxs14 əsrdir müsəlmanların hara tərəf namaz qıldıqlarını bilmədiklərini iddia etmiş sayılır.
2 - Müsəlmanların hətta 14 əsrdən bu yana öz nəsəblərini (əsil-nəcabətlərini, soy-köklərini) belə yazıb qoruduqları halda bir qibləni minlərlə müsəlmanların gözü önündə dəyişilməsini nə oldu heç kim bilmədi? Bu dərəcədə böyük yalanı və xutafatı müsəlmanlara yeridənlər dinini bilən müsəlmanları deyil, dinini öyrənmək yerinə başını teleseriallarla, filmlərlə qatan, ildə bir iki dəfə əlinə quran alan müsəlmanları aldada bilərlər. Dinlərini öyrənib Allaha dəvət etmək, belə yalanların ayaq tutub yeriməsinə qarşı çıxmaq əvəzinə dünya başımızı qatarsa, əlbəttə ki, yalanlar ayaq tutub yeriyər. Şərqşünaslar ildə İslam əleyhinə minlərlə səhifələr, şübhələr yazıb hazırladıqları İslam tarixini bizə yeni çərçivədən təqdim etməyə çalışırlar. İslamı yoxsun bir mədəniyyət kimi təqdim etməyə çalışanlar İslamın mədəniyyətlərin beşiyi olmasını insanlara unutdurmağa çalışırlar. Ən qədim universitet və ən qədim kitabxana müsəlmanlara aid olduğu halda müsəlmanların bu irsini yaddan çıxarmağa çalışırlar.
İndisə keçək şübhənin təfsilatına:
Şübhə belədir: "Dan Gibson iddia edir ki, hicrətin 1-ci əsrinə aid araşdırdığı məscidlər ya məscidin öz istiqaməti, ya da mehrabının istiqaməti Petra şəhərinə doğru olub". Məlumat üçün bildirək ki, Petra şəhəri ərəb diyarı olan Ənbatların dövlətinin (B.e.ə 400-cü ildən bizim eranın 106-cı miladi ilinə kimi)
paytaxt şəhəri olmuşdur. Ərazisi indiki ərəb dövləti İordaniyanın torpaqlarına aiddir. Xülasə, Dan Gibson gətirdiyi şübhədə iddia edir ki, hicrətin ikinci əsrində tikilmiş məscidlərdə qiblənin istiqaməti bu məscidlərin 12 faizinin Petra şəhərinə, yarısının Məkkəyə, geridə qalan 38 faizinin isə Məkkə və Petra arasına, yaxud da arasındakı paralel xəttə doğru yönəlmişdir. Sonra isə iddia edir ki, 3-cü hicri əsrdə inşa edilmiş məscidlərin hamısının istiqaməti Məkkə şəhərinə tərəfdir.
O bəzi Quran ayələrindən və rəvayətlərdən başa düşdüyünə görə öz-özünə belə nəticəyə gəlib ki, müsəlmanların ilk qibləsi Petra şəhəridir və guya bizim qibləmiz olaraq bildiyimiz həqiqi qibləmiz, həcc etdiyimiz yer isə Abdullah ibn Zubeyrin inşa etdiyi qiblədir. Fikirlərini əsaslandırmaq üçün, daha yaxşı əlaqələndirmək üçün o bu hadisənin birinci hicri əsrdə baş verməsi fikrini irəli sürmüşdür.
Sonra isə yalan olması ortada olan arqumentlərini bu şəkildə irəli sürür; O iddia edir ki, Abdullah İbniz-Zübeyr Petra şəhərindən hökmranlıq edib, Əməvilər isə Dəməşq şəhərindən hökmranlıq etmişlər. Tarixdə Abdullah ibn Zubeyr ilə Əməvilər arasında baş vermiş döyüşü də öz iddiasına uyğun təhrif etmişdir; Sonra Dan Gibson iddia edir ki, hicrətin 64-cü ilində Əməvilər öz qoşunlarını (Məkkəyə deyil) Petra şəhərinə göndərmiş, Petra şəhərini iki ay boyunca mühasirədə saxlamış, sonra Yezidin vəfat etməsilə Dəməşqə geri qayıtmışdılar. Bundan sonra guya hicri 65-ci ildə İbn Zübeyr iddia edir ki, o İbrahimin tikdiyi Kəbənin təməllərinin qalıqlarını Məkkə şəhərində tapıb və orada Kəbəni inşa edir. Hicrətin 70-ci ilində xeyli sayda adam Petra şəhərindən Məkkəyə köçür. Guya sonra Petra şəhərində olan qara daşı götürüb Məkkədəki "yeni Kəbə"yə yerləşdirir. Guya ki, bundan sonra insanlar ixtilaf edirlər. Bəziləri Petra şəhərinə tərəf, Bəziləri də Məkkəyə tərəf həcc edirlər. (Petra şəhərində Quran və hədislərdə vəsf olunan yerlər olmadığı halda, yenə Dan Gibson öz iddiasını irəli sürməyə çalışıb).
Daha maraqlı bir yalan da guya Əməvilər hicrətin 73 və 74-cü illərində Petra şəhərinə hücum edərək oranı mühasirəyə alaraq mancanaqlarla vurublarmış. Burada sual yaranır ki, müsəlmanlar öz kəbələrini nə üçün dağıtmalı idilər ki? Axı hər iki tərəf müsəlman idi. Baxmayaraq ki, tarix kitablarında ibni Zübeyrin Petrada deyil, Məkkədə gizlənməsi qeyd olunmuşdur.
Dan Gibsonun iddiasına görə 94-cü hicri ildə zəlzələ nəticəsində Petra şəhərinin qalan hissəsi dağılır. İnsanlar elə düşünürlər ki, zəlzələ Allah tərəfindəndir - və guya Allahdan əmr gəlib ki, onlar Məkkəyə köçməlidirlər. (çox qəribə iddialardır). Lakin, Əməvilər öz məscidlərini Petraya tərəf tikirlər. Guya bu hal Abbasilərin Əməvilərə qarşı üsyan edib hicrətin 132-ci ilində (miladi 750-ci il) hakimiyyəti ələ keçirmələrinə qədər belə davam edir. Onun izah etmədiyi hansısa bir səbəbə görə guya Abbasilər Kəbəni özlərinə qiblə təyin edirlər. İddiada keçir ki, guya Əməvilər Petradakı Kəbəni, Abbasilər isə Məkkədəki Kəbəni üstün sayıblar. Əgər həqiqi Kəbə Petra şəhərində olsaydı və iddia etdikləri kimi guya Petra şəhəri Muhəmməd peyğəmbərin vətəni olsaydı, o zaman Abbasilərin özləri peyğəmbərin qohumları olduqları və peyğəmbərin əmisi Abbasın nəslindən olduqları halda nə üçün saxta Kəbəni üstün görməli idilər?
Yenə Dan Gibsonun hekayəsinə qayıdırıq; Onun iddiasına görə guya Abbasilər həqiqi Kəbənin Petra olması haqqında olan bütün kitab və sənədləri məhv etmişdilər. Beləliklə də onlar guya bütün müsəlmanların yaddaşından Petra şəhərini silmişdilər ki, buna da guya Dan Gibsonun iddia etdiyi kimi 746-cı miladi tarixlə - Əməvilərin süqutundan iki il öncə - Petrada baş vermiş zəlzələ kömək etmişdi. Guya ki, Əməvilərdən sonra hakimiyyətə gələn Abbasilər də tarixi saxtalaşdırmaqla məşğul olub Kəbəni Hicazdakı Kəbə kimi təqdim ediblərmiş. Biz bilmirik ki, Abbasiləri İslam tarixini saxtalaşdırmağa və müsəlmanların Kəbəsini dəyişdirməyə böyük səy göstərmələrinə vadar edən hansı amil idi və görəsən onlar bundan nə əldə edəcəkdilər ki? Xüsusən də əgər onlar bunu qələbə çaldıqdan və dövlətlərinin qurulmasından sonra etmişdilərsə, bunda nə maraqları ola bilərdi ki?!...
Dan Gibson iddia edir ki, guya Peyğəmbərə vəhy Petra şəhərində gəlmişdir. Qureyş qəbiləsi isə guya Petradan 27 mil məsafədə yerləşən "Xamimə" kəndinin sakinləri imiş və İslamın yayıldığı ilk vaxtlar bütün hadisələr Petrada cərəyan etmişdi, Məkkədə yox.
Dan Gibsonun bu fikirləri əslində öz ixtira etdiyi fikirlər deyil və də özünün deyil. Bu şübhə 70-ci illərdə ortaya atılmışdı. Patrisiya Kroun və Maykıl Kuk'un 1977-ci ildə İslamın yaranması haqqında qələmə aldıqları "Hagarism" kitabında guya İslam dininin Məkkədə deyil, Ərəbistan yarımadasının şimal-qərb istiqamətində meydana çıxması fikrini irəli sürmüşdülər. Onlar deyirdilər ki, guya Hicazdakı Məkkə haqqında 7-ci əsrdən öncə heç bir məlumat yoxdur. Onların fikrinə görə Məkkə şəhəri guya ticarət qafilələri olan yolların üzərində yerləşmirdi. Orada bitki, ağaclar və meyvələr yox idi. Nə də ora böyük bir şəhər deyildi. Lakin, bu kitab tez bir müddətdə akademik səviyyədə rədlərə məruz qaldı və nəhayətdə kitabın müəllifləri Kroun və Kuk yazdıqları bu kitabdan geri döndülər. Hətta, Kroun belə demişdi: "Biz uşaq idik, (bu barədə) heç nə bilməmişik!"
Bu şübhəni gıtirənlərin bəzi fərziyələri var:
1 - Onlar deyirlər ki: "Məkkə şəhəri ümumiyyətlə mövcud olmayıb, çünki, Məkkə sözü İslami mənbələrdən başqa 7-ci əsrdən əvvəl heç bir mənbədə keçməmişdir.
Cavab: bu doğru deyil. Ptolomey "Majestik" əsərində"Makroba" adlı bölgənin adını və oranın Ərəbistan yarımadasının, Yəsribin (indiki Mədinənin) cənubi şərqində yerləşən bu bölgənin durumu haqda qeydlər etmişdi. Baxmayaraq ki, bu gün Məkkənin yeri Yəsribin (Mədinənin) cənubuna düşür. Bunu ehtimal etmək və qəbul etmək mümkündür. Çünki, Ptolomey İskəndəriyyə şəhərində yaşayırdı və o öz məıumatlarını xəta etməsi az ehtimal olunan səyahətçilər və dənizdə üzən gəmilər vasitəsilə alırdı. Ptolomey miladın ikinci əsrində yaşamışdır.
İslami araşdırmalar üzrə tarixçi mütəxəssis Ayan David Mauris "Məkkə İslamdan öncə" mövzusunda demişdir: "Əgər fərz etsək ki, Makroba Məkkədir, bu zaman onun ortaya çıxmasında bəsit problemlər yaranır. Ptolomey bu bölgəni Yəsribin cənubi şərqi tərəfinə qoyur, Məkkə isə cənubi qərbdədir. 1800-cü dən qabaq Konrad Menrit diqqətini cəlb edir ki, Makroba şəhəri sahildən olduqca uzaqdır və o belə bir həll yolu təqdim edir: "Ptolomeyin məlumat aldığı mənbələr Məkkəni quru qafilələrin yoluyla tanıyırdılar, mütləq şəkildə həmin bölgəyə sahil tərəfdən yaxınlaşmamışdılar. Təbii ki, son olaraq Ptolomeyin məlumatlarının haradan gəldiyini bilmirik". Hətta, bu həll yolu da daha çox qarışıq ola bilər. Çünki, ümumi şəkildə görünür ki, Ptolomey öz xəritəsində uzunlamasına olan xətlərin hesablanmasıbda eninə olan xətlərə nisbətdə daha çox əmək sərf etmişdir. Bu isə o deməkdir ki, onun xəritəsində qeyd etdiyi şəhərlər şərq və qərbə nisbətdə şimal və cənub tərəfdə daha dəqiq işlənmişdir.
Əgər Ptolomeyin xəritəsinə baxsaq, orada ərəb-fars körfəzinin real durumdakından dəfələrlə enli şəkildə qeyd olunduğunu görəcəyik. Halbuki, Ərəbistan yarımadasının eni reallığa baxanda olduqca dardır. Ona görə də Makroba şəhərinin bir azca şərq istiqamətinə çəkilməsi gözlənilməsi və qəbul edilməsi mümkün bir şeydir. Dr. Amal Robi "Məkkə ticarəti və İslamın zühuru" adlı kitabın müəllifi Patriça Krona qarşı yazdığı rəddiyyəsində demişdir: "Makroba" sözü "Məkkətur-Rabb" sözündəndir. Çünki, sözün kökü babil dilində "ev" mənası verən "makk - مك" sözündəndir ki, sükunlu hərflərdən ibarətdir. "Rabə" (roba) sözü isə "Rabb" (Rəbb) sözündən törəyib ki, bu da cənub ərəblərinin dilində "beytulllah" (Allahın evi) mənasındadır. Doktor Amal əlavə olaraq deyir ki: "Bir çox qədim ölkə və şəhərlərin adları öz dillərində deyil".
Yazdı: Sahib Əsədov
Ardı var....
SON ƏLAVƏLƏR