Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ramazanla bağlı səhih olmayan, məşhur bilinən hədislər

▪Birinci hədis:

"Ramazanın əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəmdən qurtuluşdur".

Zəif hədislər silsiləsi (1569)
Şeyx Albani hədisə münkər demişdir.

▪İkinci hədis:

"Oruc tutun ki, sağlam olasınız".

Zəif hədislər silsiləsi (253)
Şeyx Albani hədisə zəif demişdir.

▪Üçüncü hədis:

"Kim Ramazandan bir gün üzrsüz, xəstəlik olmadan orucunu açarsa, bir il oruc tutsa belə, həmən orucu ödəmiş olmaz".

Daifut-Tirmizi. (723).
Şeyx Albani hədisə zəif demişdir.

▪ Dördüncü hədis:

"Əgər qullar Ramazanda nələrin olduğunu bilsəydilər ümmətim bütün ilin Ramazan olmasını istəyərdilər. Xuzaə qəbiləsindən bir nəfər kişi dedi: ey Allahın Elçisi! Bizə bu haqda danış. Rəsulullah ﷺ dedi: Cənnət Ramazan ilə başdan ayağa qədər bəzənər....".

Daifut-tərğib. (596).


▪ Beşinci hədis:

"Allahım, Şaban və Rəcəbi bizim üçün bərəkətli et və bizi Ramazana yetişdir".

Daiful-Cə'mi. (4395).
Şeyx Albani hədisə zəif demişdir

▪ Altıncı hədis:

"Rəsulullah ﷺ iftar edəndə deyərdi: Allahım, Sənin üçün oruc tutdum və Sənin verdiyin ruzi ilə iftar etdim".

Daiful-Cə'mi. (4394)
Şeyx Albani zəif demişdir

▪Yeddinci hədis:

"Ramazan ayına Ramazan deməyin, çünki, Ramazan Uca Allahın adlarındandır, lakin Ramazan ayı deyin".

Zəif hədislər silsiləsi. (6768).
Şeyx Albani hədisə batil demişdir.

Hazırladı: Nail Paşayev