Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Allahdan qeyrisinə and içmək barədə (şiə mənbələrində)
عوالي اللئالي - ابن أبي جمهور الأحسائي - ج 1 - ص 158
( 138 ) وقال صلى الله عليه وآله : " من حلف بغير الله فقد أشرك " .
Peyğəmbər (s.a.s) buyurmuşdur:
“Kim Allahdan qeyrisinə and içərsə artıq şərik qoşmuş olar”.
Mənbə: əl-Əhsəi, ”Avalil-Ləəli” 1/158, 3/444, ət-Tusi, “əl-Məbsut” 6/192, ət-Tabərsi, “Mustədrakul-Vasəil” 16/50, əl-Cəvahiri, “Cəvahirul-Kələm” 40/227, əl-Brucerdi, “Cəmiu Əhədisiş-Şia” 19/460, əl-Lənkərani, “Təfsiluş-Şəria” səh. 229.
الكافي - الشيخ الكليني - ج 7 - ص 438
باب ( انه لا يحلف الا بالله ...) 1 - عن علي بن الحسين عليهما السلام قال : قال رسول الله صلى الله عليه وآله : لا تحلفوا إلا بالله ...
Şeyx Kuleyni demişdir: “Fəsl: Yalnız Allaha and içilir...”
1-Əli bin Huseyn (a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir:
“Yalnız Allaha and için...”
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 7/438, ət-Tusi, “Təhzibul-Əhkəm” 8/284, əl-Amili, Vasəiluş-Şia” 23/211, ət-Təbərsi, “Mustədrakul-Vasəil” 16/41.
الكافي - الشيخ الكليني - ج 7 - ص 449
2 - عن أبي عبد الله عليه السلام قال : لا أرى أن يحلف الرجل إلا بالله ...
Əbu Abdullah (a) demişdir:
“Kişinin yalnız Allaha and içməsini (icazəli) görürəm...”
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 7/449, ət-Tusi, “Təhzibul-Əhkəm” 8/278, əl-Amili, “Vasəiluş-Şia” 22/343, ət-Təbərsi, “Mustədrakul-Vasəil” 16/65, əl-Hilli, “Muxtələfuş-Şia” 8/142.
الكافي - الشيخ الكليني - ج 7 - ص 451
2 - عن سماعة ، عن أبي عبد الله عليه السلام قال : سألته هل يصلح لاحد أن يحلف أحدا من اليهود و النصارى والمجوس بآلهتهم ( 1 ) قال : لا يصلح لاحد أن يحلف أحدا إلا بالله عز وجل .
Səməa deyir ki, Əbu Abdullahdan soruşdum ki, yəhudilərdən, nəsranilərdən və məcusilərdən (atəşpərəst) olan kimisə ilahlarına and içdirmək olarmı? Dedi: “Heç bir kəsin heç bir kəsi Allahdan başqasına and içdirməsi düzgün deyildir”.
Mənbə: əl-Kuleyni, “əl-Kəfi” 7/451, ət-Tusi, “əl-İstibsar” 4/39, “Təhzibul-Əhkəm” 8/279, əl-Amili, “Vasəiluş-Şia” 23/267, ət-Tabərsi, “Mustədrakul-Vasəil” 16/69, 17/406.
من لا يحضره الفقيه - الشيخ الصدوق - ج 4 - ص 3
4968 - عن أمير المؤمنين علي بن أبي طالب ( عليه السلام ) قال : " نهى رسول الله ( صلى الله عليه وآله )... أن يحلف الرجل بغير الله وقال : من حلف بغير الله عز وجل فليس من الله في شئ ...
Möminlərin əmiri Əlidən (a) belə dediyi rəvayət olunur...Rəsulullah (s.a.s) kişinin Allahdan qeyrisinə and içməsini qadağan edərək dedi:
“Kim Allahdan qeyrisinə and içərsə Allahın (rəhmətinin) ona heç bir aidiyyatı olmaz...”
Mənbə: əs-Saduq, “əl-Fəqih” 4/3, “əl-Əməli” səh. 512, əl-Amili, ”Vasəiluş-Şia” 23/259, əl-Kəşəni, “əl-Vafi” 5/1072.
وسائل الشيعة ( آل البيت ) - الحر العاملي - ج 23 - ص 259
30 - باب أنه لا يجوز الحلف ولا ينعقد إلا بالله وأسمائه الخاصة ...
( 29519 ) 1 - محمد بن علي بن الحسين بإسناده عن علي بن مهزيار قال : قلت لأبي جعفر الثاني ( عليه السلام ) : في قول الله عز وجل : ( والليل إذا يغشى * والنهار إذا تجلى ) وقوله عز وجل : ( والنجم إذا هوى ) وما أشبه هذا ، فقال : إن الله عز وجل يقسم من خلقه بما شاء وليس لخلقه أن يقسموا إلا به عز وجل .
Şeyx Hurr əl-Amili demişdir:
30- Fəsl: Allahdan qeyrisinə and içmək olmaz. And yalnız Allahla və Onun xüsusi adları ilə bağlanır...
Əli bin Mehziyar rəvayət edir ki, ikinci Əbu Cəfərdən (a) Allah-Təalanın bu ayəsi “And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə! And olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!” , bu ayəsi “And olsun batmaqda olan ulduza!” və bu kimi ayələr barəsində soruşdum. Dedi: “Uca Allah yaratdıqlarından istədiyinə and içir. Yaratdıqları isə yalnız Ona and içməlidirlər”.
Mənbə: əl-Amili, ”Vasəiluş-Şia” 23/259, əl-Kuleyni, “əl-Kəfi” 7/449, əs-Saduq, “əl-Fəqih” 3/376, ət-Tusi, “Təhzibul-Əhkəm” 8/277,ət-Tabərsi, “Mustədrakul-Vasəil” 16/66.
Böyük şiə alimi şeyx Tusi (ö.h.460) demişdir:
“Allahdan qeyrisinə and içmək bəyənilmir. Yaratdıqlarına: Peyğəmbərə (s.a.s), Kəbəyə və onlara oxşarlara, həmçinin atalara, bəzilərinin dediyi kimi “atamın haqqına and olsun”, “atalarımın haqlarına and olsun” və o kimi sözləri deyərək and içmək bəyənilmir. Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunmuşdur: “Nə atalarınıza nə də ki, Allaha qoşulan şəriklərə and içməyin. Allahdan başqasına and içməyin. Allaha da yalnız sadiq olduğunuz halda and için...” Həmçinin Peyğəmbərdən (s.a.s) rəvayət olunan hədisdə “Kim Allahdan qeyrisinə and içərsə artıq şərik qoşmuş olar” digər rəvayətlərdə isə “Allaha küfr etmiş olar” deyilir” (ət-Tusi, “əl-Məbsut” 6/191).
Şiənin böyük təfsir alimi olan Şeyx Təbərsi (ö.h.548) demişdir:
“Fironun izzətinə and içdilər. O and (İslamdan öncə olan) cahiliyyət andlarındandır. İslamda isə yalnız Allah-Təalaya yaxud da bəzi ad və sifətlərinə and içmək doğrudur. Hədisdə varid olmuşdur ki, “Yalnız Allaha and için. Allaha da yalnız sadiq olduğunuz halda and için” (ət-Tabərsi, “Cəvamiul-Cəmi” 2/675, əl-Kəşəni, “Zubdətut-Təfəsir” 5/21).
Şiə alimi şeyx Fadil əl-Hindi (ö.h.1137) demişdir:
“Uca Allahdan qeyrisinə nazil olmuş kitaba, göndərilmiş rəsula, imama, hörmətli məkana yaxud da ata-anaya and içdirmək olmaz. Məşhur rəyə uyğun olaraq hədislərdən aydın olana görə. İmam Baqirin (a) Muhəmməd ibn Muslimə “əl-Həsən” kitabında dediyi kimi: “Həqiqətən Uca Allah yaratdıqlarından istədiyinə and içir. Yaratdıqları isə yalnız Ona and içməlidirlər” (əl-Hindi, “Kəşful-Lisəm” 10/110).
Şeyx əl-Ənsari (ö.h.1310) demişdir:
“Kim Allahdan qeyrisinə and içərsə artıq şərik qoşmuş olar”. Yəni Allaha əks olaraq Ona asi olar. Yaxud da and içdiyini Allahın adı kimi and içilən etmiş olar. Hansı ki, and içmək Allahın adı ilə olur” (ət-Təbrizi-əl-Ənsari, “əl-Lumuatul-Beyda” səh. 543).
Əhli-Beyt imamlarının bu qədər hədis və fətvalarından sonra yenə də bir çox Əhli-Beyt “davamçılar”ı olduğunu iddia edənlər bütün kainatın yaradanı olan Allah-Təaladan qeyrilərinə and içməkdə davam etməkdədirlər…
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
SON ƏLAVƏLƏR