Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

LGBT bəlası və İslamın buna münasibəti (2)

Hörmətli həmvətənim, bəziləri İslamın homoseksuallığa qarşı tətbiq etdiyi cəzanın insanın azadlığına, hüquqlarına, şəxsi seçiminə qarşı hörmətsizlik olduğunu bildirirlər, onlara necə cavab vermək olar?
Cavab sadədir. Bu əməl insana və cəmiyyətə vurduğu böyük zərərə görə həm uca Allah tərəfindən qadağan edilmişdir, həm də insanların fitrətlərinə bu əmələ nifrət etmək yerləşdirilmişdir. Zərərin dəf edilməsi əslində insanların seçimlərinə və şəxsiyyətlərinə hörmətdir.

Homoseksuallığın fərdlərə və cəmiyyətə zərərləri:

Homoseksuallığın ən çox səbəb oduğu xəsəliklərdən bəziləri: AİDS (QİÇS), müxtəlif psixoloji və sinir pozuntuları, cinsi yolla keçən siflis xəstəliyi, arxa qalın bağırsaqda əmələn gələn herpes virusu (herpes simplex virus), insan dərisini yeyən bakteriyaların vücudda yayılması, arxa dəliyin xərçəngi (lubricants), herpes virusunun (HHV-8) yaratdığı xərçəng növü (kaposi sarkoma), cinsi orqana yara salan, qaşındıran, ağrı verən mikrop (Gonorrhea), cinsi yolla keçən şişlər (Lymphogranuloma venereum), ürək və müxtəlif mədə-bağırsaq xəstəlikləri(1) və s. kimi bir çox digər xəstəlikləri misal çəkmək olar.
QİÇS xəstəliyi ilk dəfə məhz homoseksuallar arasında meydana çıxmışdır. Bu xəstəliyin digər bir ümumi adı isə "Gey Xərçəngi" idi.
Hətta, bu xəstəliyə homoseksualların xəstəliyi kimi baxılırdı. Abdullah ibn Ömərdən rəvayət olunur ki, peyğəmbərimiz Muhəmməd ﷺ buyurmuşdur ki:
"Əxlaqsızlığın yayıldığı və açıq-aşkar edildiyi elə bir qövm yoxdur ki, onların əcdadlarının başlarına gəlməyən ağrı-acılı xəstəliklər və (kütləvi) taun xəstəlikləri onların başına gəlməsin"(2).

Bu hədis həqiqətən də Muhəmməd ﷺ peyğəmbərin sözlərinin nə qədər doğru olduğunu göstərir. Dünyada yayılmış əxlaqsızlıq nisbəti artdıqca əvvəllər görülməmiş xəstəliklər də artır.
"Respublika QİÇS-lə Mübarizə Mərkəzi"nin yaydığı məlumata əsasən BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV virusu ilə yaşayan insan var(3).

Homoseksuallıq insanın yaradılış fitrətinə və qayəsinə ziddir. Belə olduğu halda necə ola bilər ki, homoseksuallıqla məşğul olan şəxslər müxtəlif xəstəliklərə yoluxmasınlar?! İnsan burnu ilə nəfəs aldığı kimi, ağzı ilə də yemək yeyir. Bunların yeri dəyişdikdə cismdə həlak baş verər. Eləcə də öz cinsini yaradılış məqsədinə zidd istiqamətdə istifadə edən şəxs də özünə fiziki və psixoloji zərər vermiş durumda olar.

Bunlar yalnız homoseksuallığın bəzi tibbi zərərləri haqda bilgilərdir. Homoseksuallığın ən böyük zərərləri isə onun mənəvi və ya psixoloji zərərləridir. İnsanın fitrətinə zidd olan bu cür çirkin əməllərdən insan nə qədər uzaq olarsa, o qədər öz ruhunu və mənəviyyatını qorumuş olar.

Ümumiyyətlə, bu insanların zərərləri təkcə azyaşlılara pis örnək olmaqdan ibarət deyil, homoseksuallar yetişkin, böyük sayılan insanlara da mənfi təsir göstərirlər. Hətta onlardan bəziləri pedofiliya (uşaqbazlıq) ilə də məşğul olurlar!

İctimai zərərlərə gəlincə, Homoseksuallıq evliliyin qarşısını alır ki, bu da bir cəmiyyətin, bir millətin yox olmasına aparan ən təhlükəli yoldur.

İslamda cinsi dəyişməyin hökmü nədir?

Təssüflər olsun ki, bəzi fırıldaq, savadsız din xadimləri, cinsi dəyişməyin icazəli olmasını söyləyərək bir növ homoseksuallığa haqq qazandırmış olurlar. Qonşumuz İran homoseksualların cinslərini dəyişmək məsələsində dünya ölkələri arasında liderlərdəndir və hətta bu barədə Xomeyninin fitvası belə vardır. İranın təsirində olan bəzilərinin belə danışması təəccüblü deyildir.
İslam dinində cərrahiyyə əməliyyatı vasitəsilə cinsiyyəti dəyişmək icazəli deyildir. Bu Allahın yaratdığını dəyişməkdən hesab edilir və şəriətin mütləq dəlillərinə əsasən bu cür cinsi dəyişmək haram hesab edilir. Qurani-Kərimin Nisə surəsində şeytanın Allaha bu sözləri deməsi qeyd olunmuşdur: "və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”(4).

Peyğəmbər ﷺ buyurmuşdur: "Allah özünü qadınlara bənzədən kişilərə və kişilərə bənzədən qadınlara lənət etmişdir"(5).

İslamda insanın sonradan yaranan daxili meyilləri deyil, şəxsin yaradılışı və bu yaradılışla əlaqəli təməl təşkil edən daxili meyilləri əsas götürülür. Məsələn, əgər Allah bir insanı kişi cinsində yaradıbsa, o şəxsdə sonradan öz cinsinə qarşı meyil yaranarsa, bu günaha meyil, yanlış mühit və s. bir çox səbəblərdən ola bilər ki, bu haqda artıq birinci hissədə danışıldı. İnsan sonradan onda əmələ gələn cinsi meyillərə qarşı əzmkarlıqla mübarizə apararaq bu hislərə qalib gəlməli və bu meyilləri öz cinsini dəyişmək üçün bəhanə etməkdən uzaq durmalıdır. Madam ki, onun cinsi orqanı kişidir, deməli o insanda kişi cinsi və kişilik hissi mövcuddur və sonradan yaranmış daxili meyillərə qalib gəlmək mümkündür. Çünki, insanda hansı orqanlar yaranıbsa, o fiziki quruluşa əsasən də insanın hisləri formalaşır. Həmin hislərin sonradan müxtəlif təsirlərlə dəyişikliyə uğraması cinsi dəyişməyə bəhanə ola bilməz.

Hermafroditlərə-doğuşdan iki cinsiyyət orqanı olan şəxslərə gəlincə, Əgər mütəxəssis həkimlər onun kişi olduğunu təsdiqləsə, ikinci cinsiyyət orqanı olan qadın cinsiyyət orqanının yararsız olacağı üçün onu cərrahiyyə əməliyyatı ilə aradan götürmək icazəlidir. Qadın üçün də bu məsələ eynidir. Çünki, bu həmin şəxsin gələcəkdə evlənməsinə maneəçilik törədə bilər və bunda şəriətin istədiyi bir məsləhəti vardır. Nadir hallarda rastlanan bu hallarda ikinci orqanın inkişafdan qalması və ya yararsız olduğu faktları elm sahəsində kifayət qədər məlum bir məsələdir.


LGBT probleminə qarşı İslami həll yolu.

Bütün dinlər kimi İslamın da buna qarşı olması, heç bir LGBT üzvünə əsas vermir ki, İslama qarşı çıxış etsin. Əksinə, belə bir şəxs anlamalı, başa düşməlidir ki, İslam onu xilas olmağa səsləyir.

Bu cür əməllər İslamda günah və çirkin əməllərdən hesab olunur. İnsan öz nəfsinə hakim olmağa çalışmalı, öz nəfsinin çirkin istəklərinə və tamahlarına boyun əyməli deyil. Həqiqətən də nəfs insana çirkin işlər görməyi əmr edər. Uca Allah buyurur: "Həqiqətən də nəfs insana pis işləri əmr edər". (Yusuf surəsi 53-cü ayə) Başqa bir ayədə Uca Allah buyurur: "Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır". (Şəms surəsi 9-10-cu ayələr)

Bu çirkin əməli edənlərin bir çoxu özündə günah hissi keçirdir və tez-tez bu çirkin əməldən qurtulmaq istəyi duyurlar. Ən pis durumda olanlar isə artıq bu hislərə yenik düşən, öz halları ilə barışan, mübarizəni tərk edənlərdir. Deməli öz halından razı olanlar (Ego syntonic) və öz halından razı olmayanlar (Ego dystonic) var. Mütəxəssislər deyirlər ki, bu əməli edənlərin əksəriyyəti bu çirkin əməldən qurtulmaq istəyində olanlardır. Onlar bu hislərə görə daimi əzab çəkir və narahatlıq keçirirlər. Sadəcə onların çoxusu qurtulmaq üçün müxtəlif səbəblərdən dolayı mütəxəssislərə müraciət etməkdən çəkinir, ya da laqeyd yanaşırlar.

Homoseksuallıq problemini dörd aspektdən müalicə etmək mümkündür: dini, əxlaqi, ailəvi, psixoloji.

1 - Dini aspektə gəldikdə: demək olar ki, bütün dinlər bu əməlin bir çirkin əməl olduğunu bildirmişlər;
O kəslər ki, homoseksuallıqla məşğul deyillər, lakin bu cür meyilləri var. Onlar da öz daxilində olan hislərə sahib çıxmalı və o hislərin şərrindən Allaha sığınmalıdırlar.
Bu işi edənlərə gəlincə, İslam dini isə bütün günahlardan xilas olmağın mümkün olduğunu bəyan edir. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (Zumər surəsi 53-cü ayə). İnsan artıq "geriyə dönüş yoxdur" deyə fikirləşməli deyil. Əksinə, bilməlidir ki, Allah belə buyurur: "Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır". (Hud surəsi 114-cü ayə). Səmimi bir tövbə, içdən bir yönəlmə, Allahdan bağışlanma diləmək təmizlənmə yolunun başlanğıcı ola bilər.

İslam dini günahdan birdəfəlik qurulmağın yollarını bəyan edir. Təkcə günah deyil, o günaha aparan bütün yollardan uzaq durulmalıdır. Ona görə də Uca Allah Qurani-Kərimdə zina etməyin yox, "zinaya da yaxınlaşmayın"(6) deyə buyurmuşdur. Çünki, zinaya haram baxış da apara bilər, zinakar dostlar da apara bilər. Zinadan qurtulmaq üçün bu səbəblərdən uzaq olmalısan. Homoseksuallıq da bunun kimidir. İlk növbədə haram baxışlardan, ehtiras yaradacaq səbəblərdən qorunmaq, cinsi ehtiyacı halal yolla ödəmək üçün evlənmək lazımdır. Evli adam bu işləri görürsə, tövbə edib Allahdan kömək və çıxış yolu istəməlidir. Həmçinin əsas məsələlərdən biri də homoseksual dostlardan, yaxud rəfiqələrdən uzaq durmaqdır. Çünki, bu əməli bir müddət tərk edən insanı homoseksual dostlar və yaxud rəfiqələr yenidən bu bataqlığa salacaqlar.


Ümümən Günahdan qurtulmaq iki cürdür:
- Günaha meyli olsa belə, günahı tərk etmək.
- Günahı tərk etmək və günaha nifrət etmək. İkinci əməl daha xeyirli və daha faydalıdır.

2 - Əxlaqi aspektə gəldikdə isə: Bu, insanın daxilində bu günaha qarşı olan nifrət, ürpərmə və peşmançılıq hisləridir ki, bu hislər müalicə və qurtuluş üçün əsas amillərdən hesab olunur. Çünki, insan qurtulmaq istəməsə qurtulmayacaq, bu yola can atmayacaq. Bu hislər insanın daxilində olan salamat fitri hislərdir ki, cəmiyyətdə, ətrafda belə çirkin əməllər edənlər olsa belə bu hislərin silinməməsi, insanda mövcud olması o insanda müalicə və qurtuluşun mümkünlüyünə işarədir. Yetər ki, həmin şəxs niyyətində sadiq olsun və bu pis əxlaqdan qurtulmağa çalışsın. Belə bir insan bilməlidir ki, yüksək əxlaqa nail olmaq üçün pis əxlaqlı şəxslərin tərk olunması kifayət etmir, həmçinin, yüksək əxlaqlı şəxsləri insan özünə dost seçməlidir ki, daha gözəl olan əxlaqı sevsin. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun". (Tövbə surəsi 119-cu ayə)

3 - Ailəvi aspekt: Bu müalicə ən mühüm tövsiyə olunan müalicələrdən biridir; Çox zaman homoseksuallıq meyilləri gənc yaşlarda yaranır. Ona görə də bu meyilləri olanların çoxusu subay gənclər olur, çox azsaylı şəxslər evlilikdən sonra da bu pis adətlərinə davam edirlər, bu adətlər onlardan evli olanların evlilik həyatını da əzaba çevirir. Bu isə ayrı bir mövzudur. Lakin subay olduğu halda homoseksuallığa bulaşan kimsələrin evlənməklə bu pis adətdən qurtulmaları və cinsi ehtiyaclarını düzgün, halal yolla ödəmələri mümkündür. Muhəmməd peyğəmbər ﷺ buyurmuşdur:
"Sizlərdən birinin halal cinsi münasibətdə olması sədəqədir. (yəni, sədəqə vermək kimi savabdır). Dedilər: Ey Allahın Elçisi, bizdən biri öz (həyat yoldaşına) şəhvətlə yaxınlaşır və o buna görə savabmı qazanır!? Dedi: Məgər o öz şəhvətini (cinsi ehtiyacını) haram yolla ödəyərsə, günah qazanırmı? Bu da onun kimidir, onun öz ehtiyacını halal yolla ödəməsinə görə o savab qazanar"(7). Homoseksual meyilləri olan insan əks cinsdən evlənməlidir ki, öz cinsinə qarşı maraqları olmasın, əgər varsa yoxa bu meyillərin çıxmasına bir səbəb olsun.

4 - Psixoloji aspekt: Psixoloji aspektə gəldikdə bu çox mühüm amildir. Əgər homoseksual vərdişləri olan kimsə az yaşlarında ikən təcavüzə məruz qalmışdırsa, onların daha çox mənəvi dəstəyə ehtiyacları olur. Xüsusən də təcavüzdən sonra daxili aləmi alt-üst olmuş bu şəxslər məcburən düşdükləri bu günahı sonradan istəyə bilirlər. Əgər qurtulmaq istəyi varsa və bu əmələ nifrət varsa, az öncə qeyd olunduğu kimi bu qurtuluş üçün əsas amillərdəndir. Keçmişdə nələrin baş verməsindən asılı olmayaraq insan bir sözlə yeni bir həyata başlamağa qərar verməlidir. Yenə İslamın gözəl yol göstərməsi ilə belə bir insan qəlb rahatlığı tapır və ruhu sakitləşir. Peyğəmbərin ﷺ bu kəlamı belə bir şəxsə stimul verir: "İslam özündən əvvəlkiləri (günahları) silir"(8). Əgər insan bir günaha səmimi tövbə edərsə, o günahı heç etməmiş kimi olar. Bundan da böyük nə təsəlli ola bilər ki?! İslam dini bunu homoseksuallara da vəd edir, bir şərtlə ki bir daha bu əmələ qayıtmasınlar, həyatlarının axırına kimi təmiz yaşasınlar, cinsi ehtiyaclarını halal yolla ödəsinlər. Bu cür insanlar İslama gəlməklə Allahın əmr və qadağalarına riayət etməklə güclü bir iradə və əzmkarlıq əldə edə bilərlər. Keçmişdə olanla deyil, gələcəkdə olanla yaşamaq lazımdır. Əgər keçmiş əməllərə bir daha qayıtmayacaqsansa, deməli həyatında yeni bir mərhələ başlamışdır. Belə bir insanın İslamla həyatı elə gözəlləşə bilər ki, İslamda tapdığı mənəvi, psixoloji ləzzəti heç bir yerdə tapmadığına özü şahidlik edəcəkdir!

Sonda qeyd edək ki, bu gün müxtəlif qərb dairələri cəmiyyətdə əxlaqsızlığın adiləşməsi üçün əllərindən gələni edirlər. Onlar ictimai şüurda əxlaqsızlığa, hətta fahişəliyə belə "normal həyat tərzi", "azad seçim" kimi yanaşmaların yayılmasında maraqlıdırlar. İlk öncə bilmək lazımdır ki, homoseksuallığa normal baxış Azərbaycan cəmiyyətinin ictimai şüurundan uzaq bir anlayışdır. Üstəlik dinimiz İslam da, digər dinlər də bu cür cinsi sapıqlıqları normal qəbul etmir. Azərbaycanda "LGBT" üzvlərinə cəmi 2% vətəndaşın tolerant yanaşdığı haqda statistikanın şahidi oldum. Bu faiz, digər ölkələrə nisbətdə yaxşı göstəricidir. Türkiyədə 4%, Gürcüstanda 27%, Ermənistanda 8%, digər Avropa ölkələrində isə daha yüksək faiz göstəriciləri var idi.


Qərb dünyası, "LGBT" haqda tolerantlıq təbliğatını geniş şəkildə edərək, xüsusən də şərq dünyasının əxlaqi dəyərlərinə yad olan yeni təfəkkürünü onlara şiddətlə propoqanda edirlər. Bu propoqanda qərbin şərq aləminə qarşı iqtisadi üstünlüyünün eyni zamanda əxlaqi təsirlə qorunmasının yollarından biridir. Onlar öz düşmənlərini özlərinə oxşatmaqla özlərindən asılı vəziyyətə salmağı hədəfləmişlər. Bəli, "LGBT"-yə tolerant münasibət elə məhz bu asılılığın yaranmasına xidmət edir.

Allahdan xalqımızı və bütün müsəlmanları bu bəladan qorumasını istəyir və bu hiyləni müsəlmanlara quranları öz hiylələrində həlak etməsini diləyirik. Amin

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

(1) Məqalə: Arxa yolla keçən cinsi xəstəliklər. webteb.com saytı. الأمراض المنقولة بالجنس الشرجي Anal sexually transmitted diseases. Həmçinin bax: Məqalə: Eynicinsliləri təhdid edən xəstəliklərlə tanışlıq. m.youm7.com (اليوم السابع) saytı. (ərəbcə). تعرف على الامراض التى تهدد المثليين
(2) Səhih əl-Cami, 7970.
(3) Məqalə: Dünyada HİV-lə yaşayan 38 milyon insan var. e-tibb.az saytı.
(4) (Nisə surəsi. 119).
(5) (Səhih əl-Buxari, 5886).
(6) İsra surəsi. 32.
(7) Səhih əl-Buxari. 1005.
(8) İrvaul-Ğalil, 1280.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.