Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
LGBT bəlası və İslamın buna münasibəti (1)
Əziz həmvətənlərimiz! Haqqında danışacağımız mövzu müxtəlif qrup cinsi azlıqlar haqqındadır. Bu mövzuda çox danışılsa da, biz məsələni Quran, mötəbər hədislər, həmçinin müasir elmin və sağlam ağlın tələbi çərçivəsində bəhs və təhlil edəcək, eyni zamanda da cinsi azlıqlara və bəzi əxlaqi pozuntulara İslami çözümləri təqdim edəcəyik.
LGBT sözünün mənası nədir?
"LGBT" nədir? Bu termin cinsi azlıq növlərindən dörd növün (lezbiyan, gey, biseksual, transseksual və ya transgender) adlarının baş hərflərindən götürülmüşdür. “LGBT” ifadəsi bütün cinsi azlıqlar haqqında fikri izah etmək üçün 1980-ci illərdən sonra məhşurlaşdırılmağa başlamışdır. Çünki, bir çox cəmiyyətlərdə onlara verilən cinsi məzmunlu adlar heç də xoş qarşılanmır. Lakin, "LGBT üzvü" deyildikdə ilkin olaraq insanlarda həmin qədər qəzəb yaranmır, bəzi insanlar heç bu sözün mənasını anlamırlar, yaxud bu termini eşitdikdə və ya oxuduqda insanların diqqəti başqa yerə yönəlir ki, bu başlığın (adın) termin olaraq seçilməsinin əsas məqsədlərindən biri də budur.
LGBT üzvləri xəstə sayılırlarmı?
Bu mövzu ən geniş müzakirə mövzularından biridir. Bu mövzu LGBT üzvlərinə qarşı istər ölkəmizdəki, istər də dünyadakı mənfi münasibətin müsbətə doğru dəyişilməsi ilə bir başa əlaqə vardır. İndi qeyd edəcəyimiz bəzi iddiaları sui istifadə edərək, bu əməllərə haqq qazandırmağa çalışılır.
Birinci iddia: "Homoseksuallıq psixoloji bir xəstəlikdir və sonradan yad təsirlərlə yaranır"(1).
İkinci iddia: "Homoseksuallıq hormon pozğunluğu və ya hormon düzənindəki dəyişiklik səbəbilə ortaya çıxır".
Üçüncü iddia: Homoseksuallıq sadəcə şəxsi seçimdir və xəstəlik deyil - deyənlərin iddiasıdır. Onlar cinsi sapmaların xəstəlik olması fikirlərini qətiyyətlə inkar edirlər.
Biz isə homoseksuallığın sonradan yaranma pis, əxlaqsız bir vərdiş olduğu qənaətindəyik. Əgər insan iradə və əzmkarlıq nümayiş etdirərsə, Allahın iznilə bu pis əməldən, pis vərdişdən qurtula bilər.
İndi qeyd etdiyimiz üç iddiaya və bu barədə deyilənlərə münasibət bildirək;
"Homoseksuallığın xəstəlik olmadığı 1974-cü ildə Amerika Psixiatriya Assosasiyası tərəfindən açıqlanmışdır". Maraqlı fakt odur ki, elə homoseksuallar özləri etdikləri əməllərin psixoloji xəstəlik olmasına şiddətlə qarşı çıxırdılar. Xüsusən də 1971-ci ildə "Geylərin hüquqları uğrunda hərəkat"ın fəallarının həlledici hücumu baş vermişdi. Amerikanın Psixiatrik Assosiasiyasının (APA) iclası zala daxil olan nümayişçilər tərəfindən dağıdılmışdı. Lakin burada bir məkrli plan da vardı ki, müəyyən qüvvələr homoseksualların müalicə və ya digər yolla islah olunmasını yox, onların elə homoseksual qalmasını və dünya ictimaiyyətinə bunu qəbul etdirmək istəyirdi.
Hormon pozğunluğu məsələsi artıq elmi cəhətdən sübutlarla inkar edilir. Homoseksualizm müdafiəçilərinin bu azğınlığı normal göstərmək üçün irəli sürdükləri ən məşhur iddiaları, guya, hormonal pozğunluqdur. Onlar “Testestoron çoxdur, estrogen azdır, bu yazıq insanlar nə etsinlər?” kimi iddialar irəli sürərək, homoseksuallara dəstək verməyə çalışırlar, ancaq bu iddiaların heç bir elmi əsası yoxdur. Bu hormonların az və ya çox olması insanın cinsi seçiminə və əxlaqına əsla təsir göstərmir.
Estrogen miqdarının çox olması bir insanın əxlaqsızlığına səbəb deyil. Qadınlarda estrogenin miqdarı kişilərdən qat-qat çoxdur, ancaq bu hal qadınları əxlaqsızlığa aparıb çıxarmır. Bir sözlə, bu əxlaqsızlığın günahkarı hormon deyil.
Şəxsi seçim məsələsi: Hormon məsələsi də son zamanlar artıq bir çox LGBT üzvləri tərəfindən də inkar edilir. Artıq onlar bunu öz istəkləri ilə etdiklərini dilə gətirirlər.
Xüsusən də Avropada çılğın azadlıq şüarlarına aldanmış bir çox LGBT mənsubları cinsi sapıqlıqların bir çox metodlarını yoxladıqdan sonra fərqlilik axtarışları ilə eynicinsli əlaqələrə üstünlük verirlər..
Bu arada Səhabə alim İbn Abbasın – “Qadına qadağan formada yaxınlaşmaq Homoseksuallığa aparan yoldur” sözlərini xatirlamaq yerinə düşür.
Şüurlu saydıqları şey isə əslində bir çox səbəblərin nəticəsidir. Bu səbəblər vaxtında aradan qaldırıldığı təqdirdə, bu cür seçim qarşısında olmağa iş gəlib çatmazdı. Özlərindən asılı olan və olmayan müəyyən yalnışlıqlar nəticəsində daha yaxşı seçimləri itirərək, dalana dirənən, geri qayıda bilməyən şəxsin şüurlu seçimi, intihara öncəsi, götür qoy edərək, nə etdiyini başa düşənin seçiminə bənzəyir.
Əxlaqsız filmləri izləmək, sonra da orada göstərilən şeyləri həyata keçirmək üçün əxlaqsız həyat tərzi seçmək get gedə insanı şəhvətinin və şeytanın quluna çevirir, şəhvəti isə yenilikləri, son hədd əxlaqsızlıqları əmr edir.
Şəhvətinin qulu olmuş kəsin seçimi də əslində şüurlu seçim deyildir.
Bu zaman belə sual yaranır ki, əgər onlar bu əməlləri şüurlu şəkildə edirlərsə, deməli bu əməlin qeyri-əxlaqi olduğunu onlara başa salaraq onlara bu əməlləri tərgizdirmək mümkün deyilmi?
Həmçinin, özünü homoseksual hesab edən şəxslərin formalaşmasında görəsən ailənin və tərbiyənin rolu nə qədərdir? Şəkk yoxdur ki, tərbiyənin rolu mühümdür. Araşdırıldığı zaman onların içində ciddi ailə problemləri yaşamış, qızların içində böyümüş oğlanlar, hətta az yaşlarında cinsi təcavüzə məruz qalmış hər iki cinsdən olan şəxslərin də az olmadığının şahidi ola bilərik. Bütün bunların mənəvi müalicəsi mümkundür və ikinci hissədə buna aydınlıq gətiriləcək.
Xəstəlik mövzusunda bir məsələyə də cavab vermək istərdik. Ümumiyyətlə homoseksualların anadangəlmə bu cür olmasını iddia etmək, Allahı ittiham etməyə qapı açır və dinsizlərin "Allah onları niyə belə yaradıb onlara əzab verir?!" kimi batil suallarına səbəb ola bilir. Halbuki, həqiqət bunun əksidir. Bu cür eynicinsli münasibətlərə meyillər sonradan yaranır. Bunun səbəbləri də izah edildi. Tərbiyədəki boşluqlar, şəxsi seçim və s. amillər demək olar ki, əsas amillərdir. Allah heç kəsi əzab vermək üçün yaratmayıb, əksinə Özünə ibadət edilməsi üçün yaradıb. Allah bir qulu günaha məcbur edib sonra da buna görə ona əzab verəcək deyil, nə də bu Allahın ədalətinə uyğun deyil. Əksinə, insanlar özləri bu yolu seçirlər.
Uca Allah buyurur: "Rəbbin heç kəsə haqsızlıq etməz!" (Kəhf surəsi 49-cu ayə). Başqa bir ayədə belə buyurmuşdur: "De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?" (Əraf surəsi 28-ci ayə). Deməli, Allah onu belə yaradıb deyənlər yanılırlar. Allah hər kəsə yaramaz əməlləri qadağan edir
Gizli bir səbəb (cinlər):
Şeytan cinlərin də müəyyən günahlarına görə insana müsəllət olması, bu işi bəzəmələri, əlavə haram ehtiras yaratmaları da bu münkər əmələ düşməyin səbəblərindəndir.
Bəzi insanların ilk dəfə homoseksual meyillərinin ya yuxuda, ya da digər bənzər formalarda yaranmasını etiraf etmələri bu səbəb üzərində düşünməyi gərəkdirir. Bu isə bizə Allahın bu ayəsini xatırladır: “Şeytan sizin açıq-aşkar düşməninizdir" (Əraf surəsi 22-ci ayə).
Onlardan qorunmağın ən əsas yolu isə, Allahın kitabından möhkəm yapışmaq, namaz qılmaq və Allaha sığınmaqdır.
Bir şübhəyə cavab: Bəziləri heyvanlarda olan homoseksual davranışları bəhanə gətirib deyirlər ki, görürsünüzmü heyvanlarda da bu hal baş verir? Buna cavab odur ki:
Birincisi: İnsan heyvan deyil. Çünki, insan bu hislərə qalib gələ biləcək ağıl və iradəyə sahibdir. Heyvanlar isə ağıl sahibi deyillər. Üstəlik də heyvan nəyin yaxşı, nəyin pis olduğunu anlamır.
İkincisi: Heyvanlarda baş verən bu kimi halların heç də məhz cinsi istək səbəbilə baş vermədiyini iddia edən qərbli araşdırmaçılar da az deyil. Onlardan Sara Hartvil, Dr. Çarlis Sokeraydis, Simon Levay və s. kimi araşdırmaçıları göstərmək olar. Onlar itlər, meymunlar, delfinlər, bəzi həşəratlar və s. canlılar arasında bu kimi halların baş verməsinin əsl səbəbini tam başqa amillərlə əlaqələndirmişlər. Belə misallar çoxdur. Bunlardan biri heyvanların özlərini dişi heyvan qarşısında güclü göstərmək cəhdidirsə, digər amil isə bəzi heyvanlarda dişi ilə münasibətdə olan erkək heyvana dişidən xüsusi iyin hopmasıdır ki, erkək heyvan məhz digər erkək heyvana hopmuş bu iydən dolayı ehtiraslanıb ona qarşı bu hərəkəti edir(2). Bu və digər iddialar göstərir ki, heyvanlar arasında baş verən homoseksual əlaqələr heç də heyvanların homoseksual istəklərindən əmələ gəlmir.
LGBT üzvlərinə İslami münasibət necə olmalıdır?
Homoseksuallıq dinlərdən kənar olan bir çox insanların belə qəbul etmədiyi bir anlayışdır. Təəssüflər olsun ki, müasir dünya düzənində bu kimi cinsi oreintasiyaların təbliğatı gedir və bu əməlləri yaxşı göstərməyə çalışır, dünya müstəvisində homoseksuallığın normal qəbul edilməsinə, şəxsin azadlıq kriteriyalarına daxil edilməsinə cəhd edirlər. LGBT üzvlərinə İslami münasibətə gəldikdə isə, şəkk yoxdur ki, bu əməl böyük günahlardan hesab olunur. Bu əməl Uca Allahın buyurduğu kimi Lut peyğəmbərin qövmünün çirkin əməllərindən sayılır. Bu çirkin əməlləri tarixdə ilk dəfə Lut qövmü etmişdir.
Uca Allah Qurani-Kərimdə buyurmuşdur: "Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu". (Əraf surəsi 80-84 –cü ayələr)
Homoseksuallıq İslam dinində zinadan daha betər günah hesab edilir. İslamda lutiliyin (homoseksuallığın) cəzası ölümdür. Lakin, bu cəza açıq-aydın bu işləri görənlərə verildiyi kimi, bu cəzanı da kimsə özbaşına vermir, bu cəza İslam dövlətində, şəriətin tətbiq olunduğu bir dövlətdə rəhbər və ya onun təyin etdiyi məsul şəxs tərəfindən verilə bilər. Sıravi müsəlmanlar bu cəzanı tətbiq etmirlər. Bu əməl adətən Gizlində edildiyi üçün, digər gizlin cinayətlər kimi şahid və ya dəlil-sübutla isbat olunmalıdır. Yenə də İslam dini bütün günah sahibləri kimi bu günahı edən şəxsləri də tövbəyə dəvət edir. Kim ki, Rəbbi ilə səmimi olub tövbə edərsə, bu günahdan tamamilə sıyrılar, peşman olar və bir daha qayıtmazsa, Allah onu bağışlayar. Necə ki, Uca Allah buyurmuşdur: "Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi 53-cü ayə)
İbn Abbasdan rəvayət olunur ki, Allah Elçisi buyurmuşdur: "Lut qövmünün əməlini edən kimsəni Allah lənətləmişdir. Lut qövmünün əməlini edən kimsəni Allah lənətləmişdir. Bunu üç dəfə dedi"(3).
Həmçinin, İbn Abbasdan rəvayət olunur ki, o dedi: Allah Elçisi buyurdu: "Hər kimi ki, Lut qövmünün əməlini edən görsəniz bunu edəni və əməli etdiyi şəxsi də öldürün"(4)
Ümumən homoseksualın qətlindən məqsəd bu çirkin əməldən çəkindirmək, bu əmələ qarşı nifrət yaratmaq və cəmiyyəti bu rəzil əxlaqdan qorumaqdır. İbnul-Qeyyim (rahimahullah) demişdir: "Lutilik (homoseksuallıq) ən böyük fəsadlardan biri olduğu üçün, onun cəzası da dünya və axirətdə ən böyük cəzalardandır"(5).
Homoseksuallığın fərdlərə və cəmiyyətə vurduğu zərər barədə ikinci hissədə danışılacaqdır. Habelə, ikinci hissədə cins dəyişdirilmə məsələsinə, homoseksuallıqdan islami və mənəvi müalicə yollarına aydınlıq gətiriləcəkdir.
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
(1) Bu yad təsirlər haqda qarşıda söhbət açacağıq.
(2) Məqalə: "Doğurdan da heyvanlarda homoseksuallıq halları varmı?" هل فعلا يوجد شذوذ جنسي في الحيوانات؟! Dr. Heysəm Talat. Misirli həkim, ateizm məsələləri üzrə mütəxəssis. (ərəbcə).
(3) Əhməd, 2915; Şueyb əl-Arnavut "Müsnəd"in təhqiqində "həsən" hesab etmişdir.
(4) Tirmizi, 1456. Əbu Davud, 4462. İbn Macə, 2561; şeyx Albani "Səhih ət-Tirmizi"də bu rəvayəti "səhih" hesab etmişdir).
(5) "Cavabul-Kəfi" kitabından.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR