Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dünyada 5000, yoxsa 22 din var?

Çoxunuz dinsizlərin yer üzündə 4000, bəzən isə 5000 din olduğunu iddia etmələri ilə tanışsınız! Əslində isə yer üzündə araşdırmalara görə 22 böyük din var. Bu dinlərin tərəfdarları 150.000-dən çox olanlardır. Qalanları isə ya böyük dinlərin firqələri, ya o dinlərdən əmələ gələn tayfalar, ya da fəlsəfələrdir. Hər fəlsəfə, fikir və ya ideologiya din sayılmır. Mənbədə qeyd olunub ki, yer kürəsinin 6 milyard 400 milyon əhalisi 22 dinə inanır. 1-ci yerdə xristianlıq, 2-ci yerdə İslam, 3-cü yerdə hinduizmdir. Hər fəlsəfə və fikir din sayılmır. Qeyd etdiyimiz məlumat "Dünyanın dinlər və tanrılar" xəritəsində qeyd olunub. Həmçinin, "Beynəlxalq xristian ensiklopediya" sında da bu məlumat tam dəqiqliyi ilə öz əksini tapıb. 4200 din kimi qələmə verilən məlumat əslində yer üzündə olan bütün ideologiyaların eyni fikirdə olsa belə kiçik fərqliliyi olan fikirlər, fəlsəfələr, məzhəblər, tayfalar və s. hər şeyi bu siyahıya daxil ediblər. Təkcə xristianlıqdan yüzlərlə məzhəb qeydə alınıb. İslama da bu cür yanaşılıb. Baxmayaraq ki, sonuc etibarilə hamısı xristian və ya müsəlman sayılır.

Əgər bu cür bölgünü düzgün hesab etsək, onda gərək ateistləri də bir neçə kateqoriyaya bölüb sonra onların "ixtilaf etdikləri üçün" düzgün fikirdə olmadıqlarını özlərinə deyək. Qeyd etdiyimiz kimi dünyanın əksər dinə inanan təbəqəsinin 6.4 milyardı 22 dinə inanır. Bunlar böyük ensiklopediyalarda təsdiqlənmiş məlumatlardır. İnsanların hətta ateizm üzrə bir fikirdə olmadığı, ateizm fəlsəfələrinə düşdükləri bir dünyada dinlərin yalnız bir olması qətiyyən mümkün deyil. Bu isə insanların müxtəlifliyi ilə əlaqədardır.

Uca Allah buyurur: "Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar". (Hud, 118).

Allah qatında haqq din isə yalnız İslamdır.

Həmçinin, buyurmuşdur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir". (Ali İmran. 19).

Başqa bir ayədə isə: "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir". (əl-Ənam, 159). deyə buyurmuşdur.

Yazdı: Sahib Əsədov