Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ateistlərin "Allah məni yedizdirin" deyir şübhəsinə cavab

1 - "Zəriyət surəsinin 57-ci ayəsi Azərbaycan dilinə belə tərcümə edilib:
" Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm".
Diqqət etsəniz, ateistlərin hiyləsində guya Allah "Məni yedizdirin" deyir, halbuki, hətta, tərcümədə belə Allah bunun əksini deyir. Məşhur təfsir alimi ibn Cərir ət-Təbəri həm də ilk təfsirçilərdən sayılır, o bu ayənin təfsirində belə deyir: مَاۤ أُرِیدُ مِنۡهُم مِّن رِّزۡقࣲ "Mən onlardan ruzi istəmirəm". Yəni: "Mənim yaratdıqlarıma ruzi vermələrini istəmirəm".
وَمَاۤ أُرِیدُ أَن یُطۡعِمُون yəni: Yedirmələrini istəmirəm. Yəni: Mənim yaratdıqlarımı yedirmələrini istəmirəm.

Bu rəy əksər elm əhlinin rəyidir.
Onlar bu hədisi dəlil gətiriblər, hansı ki, bir ilahi hədisdə Uca Allah bir quluna deyir: "Mən yemək istədim, mənə yemək vermədin. O dedi: Sən aləmlərin Rəbbi olduğun halda sənə necə yemək verə bilərdim? Allah deyir: "Mənim filan qulum ac idi, əgər sən ona yemək versəydin, bunun savabını mənim dərgahımda tapa bilərdin". (Səhihi Müslim, .Kitəbul-Birr, bəbu Fadl iyədətul-Mərid, no: 2569).

Bu hədisi gətirən bütün təfsir alimləri deyiblər ki, burada Allah qullarını yedizdirməkdən danışır. Onlar demişlər: Allah burada "Mənim yaratdıqlarımı yedizdirmənizi istəmirəm" ona görə də dərhal növbəti ayədə belə demişdir: "Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir". (əz-Zəriyət, 58). Deməli, ateistlərin 57-ci ayə haqda iddiası necə düz ola bilər ki, Allah növbəti ayədə "Allah ruzi verəndir" deyir, elə öncəki ayə də Allahın ruzi verməsinin kifayət etdiyini, kimdənsə qullarını yedizdirmələrini istəmir, o mənada ki, Allah buna möhtac deyil və hədisdə deyildiyi kimi kim bunu edərsə, Allahın qullarını yedizdirərsə, "bunun savabını Allahın dərgahında tapar".

Ayədən öncəki ayə Qurani-Kərimdə ən əzəmətli ayələrindən biridir: Allahın vəhdaniyyətinə, təkliyinə, Tək Allaha ibadətə çağıran əzəmətli bir ayədir. Həmin ayə və çəkilən misallar bərabərində "mən sizi yalnız mənə ibadət etmək üçün yaratdım, sizdən filan-filan şeyləri istəmirəm, yalnız mənə ibadət etməyinizi istəyirəm" şəklində məna verir.

2 - Bu ayənin təfsiri haqda məşhur təfsir alimlərinin on bir təfsirinə baxdıq. Bu təfsirlərin heç birində Allah demir ki, "məni yedizdirin". Əksinə, izah edilir ki, məna budur: "Mənim qulumu və ya başqasını yedizdirməyinizi istəmirəm". Hətta ayənin zahiri belə bu mənaya dəlalət etmir, əksinə bu mənanı inkar edir.

Gəlin bəzi təfsirçilərin sözlərini qeyd edək:

Artıq təfsirçilərin böyüyü ibn Cərir ət-Tabərinin sözü qeyd olundu. O təxminən 12 əsr bundan öncə yaşayıb. Qədim təfsirçilərdən Muqatil ibn Süleyman demişdir: لم أسألهم أن يرزقوا أحدا - Yəni: Onlardan kimisə yedirmələrini istəmirəm. Digər təfsirçi əs-Səmərqəndi "Bəhrul-Ulum" kitabında eyni ayənin "Onlardan ruzi istəmirəm" hissəsinin təfsirində deyir: ما خلقتهم لأن يرزقوا أنفسهم Onları özlərinin ruziləndirmələri üçün yaratmadım (yəni, ruzilərini mən verirəm), Ayənin ikinci hissəsindəki "yedirtmək" məsələsi haqda isə deyir: لا أكلفهم أن يطعموا أحدا من خلقي "Mən onları yaratdıqlarımdan kimisə yedirtməklə mükəlləf etməmişəm".
Başqa bir təfsir alimi əl-Vahidi özünün "əl-Vasit" adlı təfsirində demişdir:
أن يرزقوا أحدا من خلقي ولا أن يرزقوا أنفسهم
qullarımdan kiməsə, nə də özlərinə ruzi vermənizi istəmirəm, ayənin digər hissəsini isə belə təfsir edir: "أن يطعموا أحدا، فقد أطعمه "Kimisə yedizdirmənizi istəmirəm. Onu mən yedizdirirəm. Məşhur təfsirçi əl-Bəğavi öz təfsirində bu ayə haqda deyir: أن يرزقوا أحدا من
خلقي ولا أن يرزقوا أنفسهم yəni, qullarımdan kiməsə, nə də özlərinə ruzi vermələrini istəmirəm. Sonra sözünə davam edərək deyir: "ولا أريد أن يطعمون، أي: أن يطعموا أحدا من خلقي" Onlardan yedirmələrini istəmirəm, yəni: Qullarımdan kimisə yedirmələrini istəmirəm. Sonra deyir: O, yedizdirməyi yalnız öz nəfsinə nisbət etmişdir. Çünki, Çünki, Allahın yaratdıqları Allahın əyalıdır. Kim başqasının əyalını yedizdirmiş sayılarsa, o artıq onun özünü yedizdirmişdir" Xülasə, buna görə Allah qullarını yedizdirməyi belə istəməmişdir. Başqa təfsir alimlərindən İbn Atiyyə, Beydavi, əl-İzz ibn Abdis-Sələm, İbnul-Covzi "Zədul-Məsir"də, ən-Nəsəfi "Mədərikut-Tənzil" əsərində, Əbül-Həyyan "Bəhrul-Muhit" əsərində və s. bir çox təfsirçilər nədənsə Quranı anlamayan ateistlərdən fərqli olaraq bu ayəni eyni şəkildə başa düşmüşlər və mənasında ixtilaf etməmişlər. Daha çox təfsirə baxmaq imkanımız var idi, on bir təfsirdə eyni məna ilə qarşılaşdıqdan sonra bununla kifayətləndik.

3 - Əslində ateistlər bu ayənin onların əleyhinə dəlil olduğunu bilib susmalı idilər. Çünki, məlum olduğu kimi Qurani-Kərimin bəlağəti də ecazkardır. Geniş mənaları əhatə edir. Bildiyimiz kimi bəzi bütpərəstlər öz bütlərinin qarşısına yemək və s. ruzi sayılan şeyləri gətirib qoyurdular. Allah isə özünün əzəmətli olmasını, onların düşündükləri bütlərdən deyil, yeməyə və maddəyə ehtiyacı olan deyil, ibadətə layiq olan tək Allah olmasını xatırladır, bu misalları çəkib heç bir şeyi deyil, yalnız Özünə ibadət olunmasını istədiyini deyir. Ateistlər birdən desələr ki, kim deyir ki, bütlərə yemək gətirirdilər, cavab bu ayədədir: "O, (İbrahim) xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?" (Saffət, 91) Tarix boyu bütpərəstlərin bu adəti olmuşdur. Bu gün də Hindistanda və s. yerlərdə mövcuddur. Allah isə özünün elə saxta, yemək yeyən tanrı olmadığına işarət edir, əvvəlki və sonrakı ayədə yalnız Özünə ibadət olunmasını istəyir, başqa bütlər kimi yeməyə ehtiyacı yoxdur, əksinə, O ruzi verən olduğunu xatırladır.

4 - Həmçinin, uca Allah özü yemək yeyən birinin ilah ola bilməyəcəyini digər bir Quran ayəsində ifadə etmişdir: "Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar haqdan necə döndərilirlər". (əl-Maidə, 75). Əgər Allah yemək yeyənin ilah ola bilməyəcəyini İsanın ilahiləşdirilməsinin düzgün olmadığına dəlil gətirirsə, necə ola bilər ki, özü ateistlərin iddia etdiyi kimi kimdənsə yemək istəsin? Bu son iki ayəni oxuyan ateistlər özlərinə Quran ayələri ilə cavab verildikdən sonra görəsən yenə söz oyunu oynamaq istəyəcəklərmi?

Yazdı: Sahib Əsədov.