Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənnətdə hər kəs valideynini görəcəkmi?

SUAL:
Sual belədir ki qiyamət günü hər hansı bir insan valideyinlərini cənnətdə görəcəkmi? Allah razı olsun
CAVAB:

Bəli, Cənnət əhli Cənnətlik olan qohum-əqrabasını, valideynlərini və s. görəcək, Cənnətdə onlarla görüşəcək. Bu Quran və Sünnət ilə sabit olan və bilinən bir məsələdir. Buna dəlalət edən ayələrdən birisi Uca Allahın bu kəlamıdır: "Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur." (ət-Tur/21)