Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli Sünnə Əqidəsinin hanısı məshəbi Muhəmməd s.a.s'in həyatına sünnəsinə hak yoluna islam şəriətinə daha yaxındı? və uyğundu?

SUAL:
Salamun alekum Əhli Sünnə Əqidəsinin hanısı məzhəbi Muhəmməd s.a.s'in həyatına sünnəsinə hak yoluna islam şəriətinə daha yaxındı və uyğundu?
CAVAB:

Vaaleykum salam

İlk öncə onu qeyd edək ki, "Əhli-sünnənin hansı əqidəsi" ifadəsi yanlışdır. Çünki Əhli-sünnənin əqidəsi birdir və elə o da Allah rəsulunun gətirdiyi şəriət üzərində olan əqidədir.

Əgər bu sual ilə Əhli-Sünnənin dörd fiqhi məzhəbini nəzərdə tutursuzsa, bunu etiqadla heç bir əlaqəsi yoxdur. Çünki imam Əbu Hənifə, Malik, Şafi və Əhmədin etiqadı bir olub, aralarındakı fərq isə əməllə əlaqəli fiqhi mövzularda olub ki, bu da son dərəcə təbiidir. Dörd məzhəbin, yəni fiqhi məktəbin dördüdə haqdır.

Yox, əgər bu sual ilə özlərini Əhli-sünnətə nisbət edən Maturidi və Əşariləri nəzərdə tutursansa, bilmək lazımdır ki, onlar Əhli-sünnətdən sayılmırlar və əsrlər boyunca Əhli-sünnət alimləri ilə onların arasında ciddi ədavət, düşmənçilik olub.

Bu günümüzdə həqiqi Əhli-sünnət dedikdə məhz Sələfilər, yəni Hədis əhli nəzərdə tutulur.