Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Quran üçün 'şey' kəliməsini işlətmək doğrudur?
Vaaleykum salam va rahmatullah!
Quran barədə "şey" kəlməsini işlətmək olar. Burda bir işkəl yoxdur. Sadəcə olaraq, Quranın məxluq olduğuna inanan bidət əhli bu batil etiqadlarına Qurandan dəstək verməkdən ötrü Uca Allahın bu ayəsini dəlil gətirmişlər: "Allah hər şeyin Xaliqidir" (Zumər, 62) və demişlər ki, Quran da bir şeydir, nəticə etibari ilə deməli o da məxluqdur.
Əhli sünnətin cavabı isə belədir: Bu batil bir üslub, zəlalət dolu bir şübhədir. Quran Uca Allahın kəlamıdır. Kəlam isə Uca Allahın bir sifətidir və məxluq deyildir. "Şey" ləfzinə gəldikdə isə Uca Allah bu kəlməni hətta Özü barədə işlədib və belə buyurub:
قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةً ۖ قُلِ ٱللَّهُ ۖ
"De: Şahidlik baxımından hansı şey daha böyükdür? De ki, Allah!" (Ənam, 19).
Dəlil kimi gətirdikləri "Allah hər şeyin Xaliqidir" (Zumər, 62) ayəsinin mənası isə yəni məxluq olan hər şeyin xaliqidir, yoxsa Öz Zatının və sifətlərinin yox!