Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ağlını itirənin oruc tutması

SUAL:
Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzinə fidyə verməlidirmi?
CAVAB:

Xeyr, bu halda ona nə namaz, nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə vermək ona vacib deyildir.