Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli-sünnənin 4 məzhəbi bir-birindən fərqlidir, biz hansına inanaq?

SUAL:
Salam Aleykum Əhli-Sünnə Hənbəli, Maliki, Şafii və Hənəfi olmaqla 4 yerə ayrılır bəs əhli sünnə düzgün yoldursa, biz onda bunlardan hansına inanaq axı bəzi məqamlarda bir-birlərindən çox fərqlənirlər
CAVAB:

Vaaleykum salam 

İlk öncə onu bilmək lazımdır ki, Əhli-sünnənin etiqadı birdir. Yəni imam Əbu Hənifə, Şafi, Malik və Əhməd eyni etiqad üzərində olublar. Onların arasında olan ixtilaf yalnız fiqhi məsələlərdə olub.

Fiqhi mövzularda fikir ayrılığı isə son dərəcə təbii bir şeydir və bu hətta səhabələr zamanında da mövcud idi. Hansısa bir alim bir ayəni və ya hədisi bir cür, digəri isə başqa cür anlaya bilər və nəticədə fərqli içtihadlar ortaya çıxa bilər. Bundan təbii nə ola bilər ki?! Yəni fiqhi mövzulardakı fikir ayrılığı Əhli-sünnətin 4 yerə parçalanmağı demək deyil. Dörd məzhəbin hamısı haqqdır. Bunun eynisi və hətta artığı digər məzhəblərdə də mövcuddur. Məsələn şiə məzhəbini ələ alaq. Məgər Xomeyni ilə Xamaneyinin və ya Sistani ilə Lənkarinin (siyahını çox uzatmaq olar) risalələri və fiqhi baxışları eynidir? Əlbətdəki, xeyr! Etiqadları eyni olsa da gör fiqhi məsələlərdə nə qədər yerə bölünüblər.

Düşünürəm ki, sualın cavabı üçün bu qədər də kifayətdir.