Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müəyyən bir məzhəbi təqlid etmək barədə

SUAL:
Salamun aleykum Əhli Sünnə'də təqlid vacibdirmi? Necə? nə cür və hansı Əhli sünnə aliminə təqlid etsən daha gözəl və uyğun olar?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Daha doğru olan rəyə əsasən, təqlid vacib deyil, sadəcə olaraq caizdir, yəni icazəlidir. Lakin onu da qeyd etmək lazımdır ki, bu cür təqlidə elm əhlinin, elm tələbələrinin, yəni şəriət elmləri ilə dərindən məşğul olan kəslərin baş vurmalar daha məqsədəuyğundur. Çünki şəri elm tələb edən kəslərin müəyyən bir məzhəbin üsulu üzərində şəriət əhkamlarını öyrənməsi daha münasibdir və daha asandır. Çünki fiqhi məzhəblər şəri, elmi məktəblər sayılır. Lakin bu, həmin məzhəbin hər bir məsələdə kor-koranə təqlid edilməsi anlamına gəlməli deyil. Qısa olaraq desək: Fiqhi məzhəblər məqsəd deyil, məqsədə çatdıran vasitə rolunu oynamalıdır. Məqsəd isə dinin ehkamlarını Quran və sünnət işığında doğru-düzgün şəkildə anlamaq və əməl etmək olmalıdır. Şəriət elmlərini dərindən öyrənməyən siravi müsəlmanlara gəldikdə isə, onlara vacib olan Uca Allahın "Bilmədiklərinizi zikr əhlindən soruşub öyrənin!" (ən-Nəhl, 43) əmrinə uyğun şəkildə onlara lazım olan məsələləri əlləri çatan elm əhlindən, onların dərslərindən və kitablarından öyrənmələri, bacardıqları qədər Quran və sünnətə bağlı qalmaları, bidət və xurafatlardan uzaq durmalarıdır. Doğrusunu Alllah bilir!

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR