Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Məzhəbə təqlid
Vaaleykum salam va rahmatullah va bərəkətuh!
Təbii ki, İslam dinində məzhəb anlayışı var. Əhli-sünnətə mənsub haqq 4 məzhəb mövcuddur: Hənəfi, Şafi, Maliki və Hənbəli məzhəbləri. Məzhəb, yəni elmi məktəb. Bizdə, yəni Azərbaycanda sovet höküməti dağılandan, 90-cı illərdən bəri Əhli-sünnət camaatı bu 4 məzhəbdən birini tutub getmir. Əksinə, 4 məzhəbin hamısından istifadə edir və inanırlar ki, haqq bu məzhəblərin birinə xass deyil. Sualınıza da belə cavab verə bilərik ki, bəli, bu məzhəblərlə gedilməlidir, lakin biri ilə yox, hamısı ilə. Hansı biri dəlilə müvafiq olubsa, o məsələdə də məhz o məzhəbin rəyinə tabe olunur. Ona görə də, bizdə olan bu ənənəni pozmağa, əhli-sünnət camaatına müxalif olmağa və "köhnə dıvara yeni mıx vurmağ"a ehtiyac yoxdur.
Əlavə məlumat üçün aşağıdakı məqaləni oxumağınız yaxşı olardı:
Müəyyən məzhəblə getmək olarmı?