Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qocaların orucu

SUAL:
Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir?
CAVAB:

Yaşlı insan, oruc tutmağı bacarmadığı gündən etibarən orucunu tərk edir və oruc tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyurur:

«Oruc tutmağa taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.» (Bəqərə surəsi 184-cü ayə)