Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Zəkat haqqında

SUAL:
Salam aleykum, Bilirik ki, 595 qram gümüş və ya 85 qram qızıl miqdarından çox olarsa zəkat düşür. Pul ilə deyə bilərsinizmi nə qədər edir? Həmçinin evdə qalan pul ilə evdə olan qızıl birlikdə hesablanır? Yoxsa qızıl ayrı 85 qramı keçməlidir, pul da həmçinin?
CAVAB:

Vaaleykum salam

Təbii ki, zəkatın pul ilə olan nisab miqdarı zamana və məkana görə dəyişir. Çünki gümüş və ya qızılın qiyməti hər zaman və ya hər yerdə eyni olmur.

Hesablanma qaydasına gəldikdə isə, gümüş və ya qızılın nisab miqdarını pula çevirməklə olur. Yəni misal üçün 1 qram qızılın dəyəri 30 azn.dirsə, 85x30=2.550 azn.

Əgər evdə olan qızıl pul əvəzi olaraq saxlanılırsa, bəli, bu halda qızıl və əldə olan nəğd pul bir yerdə hesablanmalıdır. Lakin qadının taxdığı qızıl əşyaları bura daxil deyildir. Yəni ona zəkat düşmür.

Əlavə məlumat üçün:

Zəkatın əhkamları

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR