Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Zəkat barədə

SUAL:
Zəkat nədir? Kimlərə fərz buyurulub?
CAVAB:

Zəkat Allaha ibadət qəsdi ilə yerinə yetirilməsi vacib olan maddi haqdır. Müəyyən vaxtda, xüsusi növ mallardan (nəqd pul, mal-qara və s.) çıxarılır və şəriətin təyin etdiyi insanlara verilir.

Zəkat İslamın üçüncü rüknüdür və mal ilə edilən ən əfzəl ibadətlərdəndir. Çünki zəkat ehtiyacı olanlara yardımın, zəngin və fəqirlər arasında isə sevgi və sayğının nümunəsidir. Zəkat malın artması və bərəkətli olması, habelə mal sahibinin öz nəfsini islah edərək təmizləməsi üçün bir vasitədir.

Uca Allah zəkatı əmr edərək belə buyurmuşdur: “Namaz qılın və zəkat verin!” (əl-Bəqərə: 43) Peyğəmbər r isə “İslam beş əsas üzərində qurulmuşdur, – demiş və həmin əsaslardan biri olaraq da zəkatı qeyd etmişdir.

Zəkatın hansı şərtlər əsasında kimlərə fərz buyurulduğu və kimlərə, nə formada verilməsi barədə buradan məlumat ala bilərsiz:

Zəkat nədir və kimlərə verilir?

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR