Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruclu unudaraq yemək yeyərsə

SUAL:
Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir?
CAVAB:

Bu şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər ﷺ demişdir: «Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki, onu yedirdən də, içirdən də Allahdır.» (Buxari və Muslim)