Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əl ilə şəkil çəkmək. Grafika

SUAL:
Əssəlamu əleykum və rahmətullahu və bərəkətuh. Mən grafik dizayn sənətinə yiyələnmək yolunda irərləyirəm. İnsan və heyvan sürətlərinin əl ilə çəkilməsinin haram olduğu məlumdur. Lakin bunun tam hökmü nədir? Hansı hallarda olar və ya olmaz? Və dəqiqliklə nələr çəkmək olar? Birdə ümumiyyətlə bu mövzu haqqında detallıca yazsanız sevinərəm.
CAVAB:

Vaaleykum salam va rahmatullahi va barakətuh

Özününzdə sualda qeyd etdiyiniz kimi, ruh sahibi olan hər şeyin (insan və heyvanların) əl ilə şəkillərinin çəkilməsi alimlərin icması ilə haramdır. Fotoparat və əl telefonları ilə çəkilən şəkillərin hökmündə isə ixtilaf vardır. Lakin sualınız bu barədə deyildir. Haram olan şəkillərin hansı hallarda icazəli olmasına gəldikdə isə, zəruriyyət halı istisna, heç bir halda icazəli deyildir. Həmçinin üzdən başqa digər əzaların təsviri, xüsusən də, tək halda icazəlidir. Misal üçün əl, ayaq və s. çəkmək kimi.

Faydalı olacağı ümüdilə aşağıdakı dərsi də dinləməyi tövsiyə edirik:

İslamda şəkil niyə qadağandır