Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cünub olan qüsl alsa sahura vaxtı çatmır.

SUAL:
Salam Aleykum. Boynunda cənabət qüslu olan kəsin, qüsl almaq sonra da səhur etməyə vaxtı çatmırsa, hansını əvvəl etməsi daha yaxşıdır?
CAVAB:

Va aleykumussalam varahmatullahi vabarakatuhu!

Səhuru etməsi daha yaxşıdır. Çünki, Peyğəmbər ﷺ demişdir:

«Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.» (Buxari və Muslim)

Qüslu azandan sonra da ala bilər.

Peyğəmbərin ﷺ həyat yoldaşları Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, «Peyğəmbər ﷺ dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.» (Buxari və Muslim)