Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səhur haqqında

SUAL:
Salam Aleykum. Səhuru nə vaxt etmək yaxşıdır?
CAVAB:

Va aleykumussalam varahmatullahi vabarakatuhu!

(Səhabə) Zeyd ibn Sabit demişdir: «Biz Peyğəmbərlə ﷺ birgə səhur edib sonra namaz qıldıq. (Səhabə) Ənəs Zeyddən: «Namazla səhər yeməyinizin arasında olan vaxt nə qədər idi?» – deyə soruşduqda, o dedi: «Əlli ayə miqdarı qədər.» (Buxari və Muslim)

Hədisdən görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.