Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruca niyyət

SUAL:
Salam. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
CAVAB:

Va aleykumussalam!

Şərt deyil, zatən səhər yeməyinə qalxan oruc tutmaq niyyəti ilə qalxır. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.