Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Şaban ayının 15-ci gecəsi barədə
Şeyx ibn Baz (Allah ona rəhmət etsin) “əl-Hukm əl-İhtifaal bi Leylət əl-Nusf min Şə`bən” Şabanın on beşinci gününü qeyd etməyin hökmü barəsində demişdir:
Şaban ayının on beşinci gününü namaz qılaraq və başqa şeylər edərək və yaxud bu günü oruc tutmaqla xüsusiləşdirərək qeyd etmək elm əhlinin əksəriyyətinə görə münkər bir bidətdir. Saf şəriətimizdə bunun heç bir əsası yoxdur.
Həmçinin, Allah ona rəhmət etsin, demişdir:
Şaban ayının on beşinci gecəsinə dair heç bir səhih hədis yoxdur. Bu mövzuda varid olan bütün hədislər uydurma (məvdu) və zəifdir (daif), heç bir əsası yoxdur. Bu gecənin heç bir xüsusiyyəti yoxdur. Bu gecədə nə Quran oxumaq, tək və yaxud camaatla namaz qılmaq varid olmamışdır. Bəzi üləmanın bu gecənin xüsusi olduğu barədə söylədiklərinə gəldikdə, bu zəif rəydir. Hər hansı bir şeylə bunu xüsusiləşdirmək icazəli deyil. Doğru rəy budur.
Fətəəvə İsləmiyyə, 4/511