Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Müəyyən tərtib ilə Allahın Ən Gözəl Adlarını oxumaq
Bu cür etmək olmaz, əgər həmin insan buna etiqad edərsə, bu bidətdir.
Müyyən say və yaxud müəyyən yer və ya müəyyən zaman ilə məhdudlaşmaqla, müəyyən keyfiyyətdə şəriətdə buyurulmayan qaydada hər hansı bir zikri etmək bidətdir. Allahın Ən Gözəl Adlarına gəldikdə ibadətdə bunu istifadə etməyin qaydası Allah Azzə və Cəlləni Onun Ən Gözəl Adları çağıraraq dua etməkdir. Necə ki, Allah Təala bu barədə buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin” [əl-Əraf 7:180]. Bunları sadəcə müəyyən tərtib şəklində mücərrəd qaydada oxumaq şəriətdə buyurulan bir ibadət deyil. Ən doğrusunu Allah bilir.