Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli Beytin Əbu Bəkr və Ömər barədə mövqeyi

SUAL:
İmam Muhəmməd Cavadın (ə) Əbu Bəkr və Ömər haqqında mövqeyi nə idi?
CAVAB:

Hər bir əhli-beyt nümayəndəsinin ayrı-ayrılıqda imam Əbu Bəkr və imam Ömər barədə fikrini bilmək nə vacib, nə də mümkün deyildir. Lakin biz müsəlmanlar ümumən əhli-beytdən təvatürən (çoxsaylı sənədlərlə) bizə nəql olunmuş rəvayətlərə əsasən bilirik ki, onlar imam Əbu Bəkri və Öməri sevmiş və bu sevgi ilə Uca Allaha yaxınlaşmışlar. Təbii olaraq da Muhəmməd Cavadın da mövqeyinin digərlərindən fərqli olabiləcəyini təsəvvür etmək ağılsızlıq olardı.

Əlavə məlumat olaraq:

ƏHLİ-BEYTİN HƏQİQİ MƏZHƏBİ