Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hüseyn ibn Əlinin imam Əbu Bəkr və imam Ömər haqda mövqeyi

SUAL:
Siz bir çox videonuzda əhli beytin Əbu Bəkr və Ömər haqda mövqeyini bildiribsiniz. Allah əcrinizi versin. Bəs İmam Hüseynin Əbu Bəkr və Ömər haqda mövqeyi nə idi?
CAVAB:

Əslində, sualın bu formada, yəni Hüseynin digər əhli-beyt nümayəndələrindən ayrılaraq qoyulması düzgün deyildir. Hüseyn ibn Əli də əhli-beytin bir nümayəndəsidir və onun etiqadı da səhabə və əhli-beytin etiqadının eynisidir.

Sadəcə olaraq, əlavə fayda kimi, onu da qeyd edə bilərik ki, Hüseyn övladlarından birinin adını Ömər qoymuşdur və o, atası Hüseynlə birgə Kəbəlada şəhid olanlardan biridir.

Əli və onun övladlarının sevdiyi adlar

Həmçinin rəvayət olunur ki, bir dəfə bəziləri Əbu Bəkr, Ömər və Osman barədə artır-əksik danışdıqda imam Hüseynin oğlu Zeynulabidin onlara belə demişdi: “Siz bunlarımı nəzərdə tutursunuz?“Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır.” (əl-Həşr surəsi, 8) Onlar: “Xeyr” – deyə cavab verdilər. İmam yenə soruşdu: “Bəlkə bunları nəzərdə tutursunuz? “Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.”  (əl-Həşr surəsi, 9). Onlar yenə də: “Xeyr” – deyə cavab verdilər. Bu zaman imam buyurdu: “Elə isə mən şahidlik edirəm ki, siz İzzət və Cəlal Sahibi olan Allahın barələrində:Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bi-zim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən olduqca şəfqətlisən, rəhmlisən!” (əl-Həşr, 10) – dediyi kimsələrdən deyilsiniz. Çıxın çölə, Allah sizin bəlanızı versin!”
Əbu Hazim əl-Mədəni demişdir: “Mən Haşimilərdən Əli ibn Hüseyn kimi savadlı birisini görmədim. Bir dəfə ona belə bir sual vermişdilər: “Əbu Bəkrlə Ömər Peyğəmbərin ﷺyanında hansı məqama sahib idilər?” O, əli ilə onların məzarlarına işarə edərək dedi: “Hal-hazırda burada hansı məqamdadırlarsa, elə (Çünki  Peyğəmbərin ﷺ, Əbu Bəkrin və Ömərin məzarları yanaşıdır)” (“Siyər Əlam ən-Nubələ” əsəri, 4/394).

Bax budur Zeynulabidinin atası Hüseyndən aldığı tərbiyə!!!