Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslamda azyaşlı qızların ərə verilməsi şübhəsi

Bəzi insanlar İslam dinində azyaşlı qızların (9-10-11 yaş və s.) evliliyi barədə şübhələr yayır, bu barədə olan bir neçə rəvayəti gətirərək insanlarda çaşqınlıq yaratmaq istəyirlər. Halbuki, 14 əsr bundan öncə evlilik həddi daha aşağı idi və evliliyin ilk həddi yetkinlik yaşı sayılırdı. Bu şübhəni gətirənlər nədənsə, 1885-ci ilə qədər Amerikada rəsmi şəkildə evliliyin 10 yaşdan icazəli olduğundan danışmırlar. Dünyada isə təxminən bir əsr öncəyə kimi (bəzi yerlərdə daha az) demək olar ki, hər yerdə icazəli olan erkən evliliyin tarixi barədə danışmaq istəmirlər. Əvəzində isə 14 əsr bundan öncə hər kəsin normal qəbul etdiyi erkən evliliyi müzakirə edirlər. Bu şübhəyə cavab verməzdən öncə bəzi suallarin verilməsi zərurəti yaranır; məsələn:

● Erkən evlilik hal-hazırda müsəlmanlar arasında neçə faiz mövcuddur? Yoxsa, müsəlmanlar da dünyada yüksələn evlilik yaşına tabe olmağa üstünlük verirlər?
● Erkən evlilik hansı tarixdən etibarən pis ğhesab olunmağa başlayıb? Erkən evliliyin hansı forması pis hesab olunmalıdır?
● Hal-hazırda dünyanın hansı ölkələrində erkən evlilik yetkinlik yaşına çatmadan tətbiq olunur?
● Hətta, on dörd əsr öncə erkən evlilik yetkinlik yaşından öncə tətbiq olunurdumu? (Əlbəttə, yox).
● Erkən evliliyin dünyada on yaş olaraq təyin edilməsi yaxın bir əsrə kimi Amerikada (1885-ci il) belə mövcud olduğu halda, görəsən on dörd əsr bundan öncə olmuş evlilik məsələlərini müzakirə etmək ədalətdəndirmi?

Biz bu şübhəyə bir neçə aspektdən cavab verəcəyik;

Birincisi; Əgər Avropada bu gün də evlilik həddi aşağı olsaydı, görəsən, bu gün LGBT haqlarını müdafiə edənlər, cinsi azadlıqlar tələb edənlər bu fikirlə razılaşacaqdılarmı?

İkincisi; Tibbi cəhətdən yetkinlik yaşına çatmış (aylıq halı keçirən) bir qızla evlilikdə bir problem görülmür. Yəni, onun ana olması tibbi cəhətdən mümkündür.

Üçüncüsü; Erkən evliliyin hansı şəraitdə baş tutduğunu bilmək olduqca mühümdür;

Dördüncü; Qədim dünyada erkən evlilik və müasir dünyada evlilik yaşının artırılması tarixi barədə məlumatlar.

Beşincisi; Peyğəmbərin ﷺ zamanında erkən evlilik adi bir şey idi. Səhabələr də erkən evləndirdilər. Cahiliyyə ərəbləriylə yanaşı bütün dünya erkən evlənir və onlardan heç biri bu cür evliliklərə etiraz etmirdilər.

Altıncısı: İslam əleyhinə edilən iddiaların reallıqdan uzaq olması və iddia edənlərin iddialarında sadiq olmamaları.

● İndi isə gəlin keçək bu məsələlərin ətraflı izahına:

Birincisi: Əgər Avropada bu gün də evlilik həddi aşağı olsaydı, görəsən, bu gün LGBT haqlarını müdafiə edənlər, cinsi azadlıqlar tələb edənlər bu fikirlə razılaşacaqdılarmı? Doğurdan da maraqlıdır? Biz ateistlərin cinsi mövzulardakı sapıqlıqlarından danışsaq, mövzumuz uzanacaq, gərək bu barədə başqa bir uzun yazı yazmalı olaq.

Sözümüz bunda deyil. Lakin, bizə təsir edən bəzi müsəlman övladlarının öz dinlərini bilmədən Avropa “mədəniyyətindən” təsirlənmələri, onları mütləq həqiqət kimi qəbul etmələri, sonda isə öz müsəlman kimliklərini itirərək hər cür cinsi sapıqlıqları edən Qərb dünyasının “erkən evlilik” şübhəsinə aldanmalarıdır. Biz onlara sual veririk ki, görəsən bu gün transseksuallara normal baxan, geylərə, lezbianlara normal baxan, LGBT hüquqlarından ağız dolusu danışanlar əgər Avropada erkən evlilik yaşı 10 yaş olsa, bunu qəbul etməyəcəklərmi? Cavab odur ki, bəli, qəbul da edəcəklər, üstəlik normal da baxacaqlar. Bəli, qərb dünyasını qarış-qarış izləyən yeni nəsil onların bütün addımlarını sorğulamadan gözəl hesab etməyə başlayıb. Muhəmməd ﷺ peyğəmbər bu barədə buyurmuşdur: «Siz özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, arşın-arşın izləyəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr, siz də onların etdiyini edəcəksiniz. Səhabələr dedilər: Ey Allahın elçisi! Yəhudi və xristianlar? Dedi: Başqa kim ola bilər ki?» (Səhihul-Cami, 3456)

Axı nəyə görə bu gün bəziləri bilə-bilə qərblilərin yanlış və doğrularını araşdırmadan birbaşa qəbul edirlər? Görəsən bu bir məğlubiyyət təfəkküründən qaynaqlanmırmı?! Qarşıda əsil müzakirə olunması gərəkən mövzuları göstərəcəyik ki, bizdən çox yox, bir əsr öncə və daha az müddətdə Qərbdə baş vermiş bu həqiqətlər gizlədilir, əvəzində isə bizə 14 əsr öncə hər kəsin normal qəbul etdiyi, heç kimin etiraz etmədiyi məsələlər gündəmə gətirilir.

İkincisi; Tibbi cəhətdən yetkinlik yaşına çatmış (aylıq halı keçirən) bir qızla evlilikdə bir problem görülmür. Yəni, onun ana olması tibbi cəhətdən mümkündür. Bunu həkimlər təsdiqləyir və müasir elm təsdiqləyir; Lakin, bu o demək ki, hal-hazırda bunu təsdiqləyən bir müsəlman israr edir ki, mütləq bu yaşda hər kəs qızını evləndirsin. Şəkk yoxdur ki, dünyada evlilik yaşının dəyişməsinin (yüksəlməsinin) təsiri amili İslam aləmindən də yan keçməmişdir. Bir məsələni təsdiqləmək ayrı, onun mövcud reallıqda tətbiqi isə ayrı məsələdir. Qarşıda İslam aləmində evlilik yaşının dəyişməsi tarixindən də bəzi örnəklər veriləcəkdir.

Başqa vaxt “elm, elm” deyənlər, bu dəfə elmin təsdiqlədiyi həqiqəti inkar edə bilməsələr də, insanlara şübhə atmaq üçün başqa yola əl atırlar. O da son bir əsrdə dunyada evlilik yaşının yüksəlməsindən istifadə edir, üstəlik, bunu özlərinin qəbul etmədiyi “əxlaqi normalara” zidd olduğunu deyirlər. Bunlar həmin ateistlərdir ki, onların alimləri qızların evlilikdən öncə cinsi təcrübələrinin, sevgilisi deyil, hətta, "sevgililərinin olmasının gərəkdiyini", o sevgililərlə “cinsi təcrübə” toplamağın gərəkdiyini vurğulayırlar. Bu da azmış kimi, bizim bəzi televiziya kanallarında və sosial şəbəkələrdə onlar bu fikirləri səsləndirirlər. Sonra isə özləri əxlaqi normalardan insanlara “dərs keçməyə” çalışırlar.

Üçüncüsü; Erkən evliliyin hansı şəraitdə baş tutduğunu bilmək olduqca mühümdür;

a) Erkən evlilik məsələsi daha çox adətlə bağlı olan bir şeydir. İslam dini daim insanların fitrətinə uyğun olan xeyirli adətləri təsdiqləmişdir. İndiki dövrdə isə evlilik yaşının yüksəlməsi ilə əlaqədar bu cür erkən evliliklər müsəlmanların ümumunun adəti olmaqdan çıxmışdır.

b) Erkən evliliklər İslamın ilk çağlarında belə qızlar yetkinlik yaşına çatmadıqları təqdirdə baş tutmurdu; Lakin, sözlü olmaq, “filankəsi filankəslə evləndirəcəm” kimi fikirlər qohumlar arasında az yaşlılara şamil olunsa da, bu evliliklər yetkinlik yaşına çatdıqdan sonra baş tuturdu. İslam alimlərinin icmasına görə yetkinlik yaşına çatmadan evlilik olmur. Lakin, sözlü olmaq, gələcəkdə kimlərinsə evliliyini planlaşdırmaq icazəlidir. Bunda məzhəblərə görə də problem yoxdur.

c) Biz diqqətlə məsələni araşdırdıqda görürük ki, erkən evlilikdə evlənən qızın razılığı olmalıdır. Onu məcbur ərə vermək olmaz. Bu, o qızın haqqıdır. Valideynlərin təklif etdiyi namizədlərdən hər hansı birinə qızın razılığı olduğu təqdirdə isə evlilik könül xoşluğu ilə baş tutur. Ümumiyyətlə, isə Muhəmməd ﷺ peyğəmbər qadının öz icazəsi olmadan onun ərə verilməsini qadağan etmişdir.

Tirmizi və ibn Macənin rəvayət etdiyi hədisdə də Peyğəmbərin ﷺ yanına atasının məcbur edərək evləndirdiyi bir qız gəlir və Peyğəmbər ﷺ bunu bildikdə onların evliliyini ləğv edir. (Albani hədisə səhih deyib).

Eynilə, Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə də qızın öz icazəsi olmadan onun ərə verilməsini Peyğəmbər ﷺ qadağan etmişdir.

Bu cür rəvayətlər az deyil. Xülasə onu demək istəyirik ki, bəziləri bu hədisləri bilmədən İslamda qadın haqqı barədə yersiz ittihamlar edirlər.

Üstəlik də, İslam dininin adətlərə münasibəti normaldır. Xüsusən də şəriətə zidd olmayan ictimai adətlərə İslam dini pis baxmamışdır.

d) Heç bir şəkk yoxdur ki, İslam dini erkən evliliyə (yetkinlik yaşından sonra) icazə versə də, bunda əsas məqsədlərdən biri də gec evlənməyin və bunun fəsadlarından yaranan əxlaqi pozğunluqların qarşısını almaq idi. Çünki, evlilik yaşının yüksəldiyi cəmiyyətlərdə daim zinakarlıq səviyyəsi yüksək olmuşdur.

e) Həmçinin də, İslam dini evlilik üçün erkən yaşda olan qızlarla evlənməyə birbənalı şəkildə təşviq etməyib, yəni, əsas meyar erkən evlilik deyil, əsas meyar tərəflərin qarşılıqlı sevgisi olmuşdur. İslam tarixi boyunca hər kəsin mütləq şəkildə erkən evlilik etməsi məcburiyyəti olmayıb, istəyən tez evlənib, istəyən bir qədər gec evlənib. Yetkinliyə çatmaq yaşı insandan insana dəyişməklə bərabər icazə verilən evliliyin ən aşağı həddi olaraq götürülmüşdür. İslam alimləri təkcə erkən evlilik haqda danışmamış, hətta, yaşlılarla evlilik barədə də kitablar yazmış və bu cür evliliklərə fiqhi, ictimai və digər aspektlərdən yanaşmalar irəli sürmüşlər. İnsan özündən kiçik birini sevə biləcəyi kimi, özündən böyük birini də sevə bilər. Necə ki, İslam peyğəmbərinin ﷺ ilk həyat yoldaşı özündən yaşca böyük (Xədicə-radiyallahu anhə), digər həyat yoldaşı (Aişə-radiyallahu anhə) isə özündən yaşca kiçik idi.

Ona görə də evlilik və nişan barədə hədislərə baxsaq görərik ki, Peyğəmbər ﷺ əsasən evlilik namizədləri arasında sevginin, bəyənmənin hasil olmasına rəğbətləndirir.

Dr. Fridrix Kahn demişdir: «İnsanlar keçmiş zamanlarda erkən evliliyə daxil olurdular ki, bu da cinsi problemlərin həllində doğru seçim idi. Lakin, bu gün evlilik yaşı gecikdirilir. O ölkələr ki, erkən evliliyin asanlaşdıran qanunlar qoymaqda uğur əldə edəcəklər, həmin ölkələr çox təqdirəlayiq bir iş görmüş olacaqlar. Çünki, bununla müasir dünyamızda cinsi problemlərin həllində ən böyük həlli kəşf etmiş olacaqlar.» (Hukmu təqnin təzvic əs-Sağirat va təhdid sinniz-Zəvac, Abdur-Rahmən əl-Bərrak, səh 35; Həyətunə əl-Cinsiyyə, səh 115).

Biz bu kiçik yazıda gec evlənməyin fəsadlarından da danışmaq istərdik, lakin, uzunçuluq olmasın deyə məqalənin sonunda bəzi zərərləri qeyd edəcəyik.

Dördüncüsü: Qədim dünyada erkən evlilik və müasir dünyada evlilik yaşının artırılması tarixi barədə məlumatlar;

Deməli, erkən evliliyə qarşı şiddətlə çıxış edənlərin yəqin ki, dünyada yaxın bir əsrdə evlilik yaşının daha aşağı olduğu barədə məlumatı olduğunu hesab edirik. Buna baxmayaraq, onlar məsələn, «Amerikada 1885-ci ilə kimi evlilik yaşının 10 yaş olmasından xəbərsizdirlər. Bu vəziyyət Amerika ştatlarınin yarısından çoxunda belə idi. Hətta, Delaware ştatında evlilik yaşı yeddi yaşdan icazəli idi.» (Bax: http://www.muhaddith.org; until 1885, under common law, the age of consent was ten in over half the states, in Delaware it was seven)

1889-cu ildə isə Konqres evlilik yaşını on yaşdan on altı yaşa qaldırmaq barədə qanun çıxarır. (Bu barədə məlumat isə bu kitabda verilib: The progressive era's healthy reform movement: historical dictionary by ruth clifford engs, p 4)

Başqa bir mənbədə deyilir: «1886-cı ildə Amerika birləşmiş ştatlarının iyirmi beş ştatı İngilis qanunlarına tabe idi. Bu qanunlara əsasən evlilik yaşı on yaş hesab olunurdu. Eyni zamanda Amerikanın dörd ştatında evlilik yaşı xristan qanununa tabe idi və bu yaş on iki yaş olaraq təyin olunmuşdu. Xristan qanununa tabe olan Delaware ştatında isə evlilik yaşı yeddiyə çatırdı.

Bu da İngilis dilində orijinalı: «As of 1886, twenty-five of the Amerikan states, following earlier English law, had an age of consent of ten years; four states, following Christian Canon law on marriage, had an age of consent of twelve; Delaware, following Christian canon law on the of discretion, set it's age of consent at seven.» (Bu sözün mənbəsi: (Homosexuality and Child sexual Abuse: Science, Religion, and the Slippery Slope)

Başqa bir mənbədə isə: Amerikada bu illər ərzində on yaşdan yuxarı baş tutan evliliklərin qanun qarşısında təcavüz və ya cinayət olmaması, həmçinin, sonra isə Amerikada 1889-cu ildə evlilik yaşının on dörd yaşa qaldırılması, sonra isə 1897-ci ildə evlilik yaşının on altı yaşa kimi yüksəldilməsi, 1913-cü ildə isə Kaliforniya ştatında evlilik yaşının on altı yaşdan on səkkiz yaşa kimi yüksəldilməsi qeyd olunur. (Bax: The Crazy-Quilt of Our Age of Consent Laws, Jonathan Dolhenty. Ph.D)

Yenə bir başqa bir mənbədə deyilir ki: «Evlilik yaşının qanuni həddi müasir dövrümüzdə ən yüksək həddə qaldırılmışdır. Məsələn; on doqquzuncu əsrin ortalarına kimi qərbdə evlilik yaşı on yaşla on üç yaş arası məqbul hesab edilirdisə, iyirminci əsrin sonlarında artıq bu yaş həddi on beş on səkkiz yaş arası məqbul hesab olunurdu.»

Yazının uzanmaması üçün bəzi tərcümələrin ingiliscəsini və qədim cəmiyyətlərdə, məsələn; Bizans imperiyasında yeddi yaşdan evliliyə icazə verilməsi, sonradan bu yaşın on, sonra isə on iki yaşa qaldırılması ilə əlaqəli dəlilləri uzun-uzadı yazmırıq.

Bir də qızların erkən yaşda yetkinlik yaşına çatmasının zaman, məkan, mühit və irq fərqləri ilə olduğunu bilməyənlərə bu barədə olan elmi araşdırmaları oxuyub öyrənmələrini məsləhət görürük: (when little girls become women: early onset of puberty in girls).

Qaldı ki, müsəlman ölkələrində evlilik yaşının sonradan yüksəldilməsinə, bəzi müsəlman ölkələrin evlilik yaşını yüksəldilməsi ilə əlaqəli tarixi indi sizlərə təqdim edirik:

Osmanlı xilafətinin son illərində 1917-ci ildə Sultan Muhəmməd Rəşad qərar qəbul edir ki, qızlar on yeddi, oğlanlar isə on səkkiz yaşında evlənə bilərlər. (əl-Mənar jurnalı, hicri 1342 cümlədə əl-əxir, 25/63; Evlilik yaşının təyin edilməsi, Muhəmməd Əmin əl-Hüseyni)

Ərəb ölkələrində evlilik yaşının yüksəldilməsi təklifi ilə Hudə Şaravi 1923-cü ildə çıxış edir, evlilik yaşının on altı yaşa yüksəldilməsi təklif olunur. (“Hudə Şəravi” məqaləsi. Abdul-Əziz Huseyn, Dərut-Tarafeyn Taif, 1-ci nəşr, 1427 hicri)

Eyni ildə Misirdə qızların ən azı on altı, oğlanların isə on səkkiz yaşda evlənməsi qərarı qəbul edilir. (əl-Mənar jurnalı, 25/68-69; evlilik yaşının təyin edilməsi.)

Suriyada isə 1953-cü ildə qızların ən azı on yeddi, oğlanların isə on səkkiz yaşında evlənməsini rəsmiləşdirən qərar qəbul edilir.

Tunisdə isə 1956-cı ildə çoxarvadlılıq qadağan edilir, qızların evlilik yaşının isə otuz yaşa yaxın olması gərəkdiyi elan edilir. Daha betəri isə bəziləri bunu böyük bir uğur hesab edir fəxr edirdilər. (əl-Bəyan jurnalı, 203-cü nömrəli buraxılışı. 1424 hicri, Rəcəb ayı, Əhməd Fəhmi)

İordaniyada isə 1976-cı ildə evlilik yaşının təyini ilə əlaqəli hər iki tərəfin on səkkiz yaşında olmasını lazımlı olduğunu bildirən qərar qəbul edilir. (Hukmu təqnin təzvic sağiraat, AbdurRahmən Bərrak, səh 15)

Küveytdə isə 1984-cü ildə evlilik yaşının təyini ilə əlaqədar qanun qüvvəyə minərək qızların on beş, oğlanların isə on yeddi yaşından aşağı evliliyi halında rəsmi nigah sənədilə təmin olunmayacaqları qeyd olunur.

Livanda isə yaxın keçmişdə qızların evlilik yaşının on altı, oğlanların evlilik yaşı isə on səkkiz olaraq təyin edilmişdir.

Omanda isə 1995-ci ildə həm oğlanların, həm də qızların on səkkiz yaşında evlənməsini qanuniləşdirən qərar qəbul edilir.

Məğribdə isə 1999/3/19 tarixində qızların evlilik yaşının on beşdən on səkkizə yüksəldilməsi və çoxevliliyin qadağan edilməsi qərarı qəbul edilir.

2005-ci ildə də İməratda evlilik yaşı həm qız, həm oğlan tərəfi üçün on səkkiz yaş olaraq qəbul edilir.

Qətərdə isə 2006-ci ildə qəbul edilmiş qərara əsasən evlilik yaşı oğlanlar üçün on səkkiz, qızlar üçün isə on altı olaraq təyin edilir.

Bəhreyndə isə 2007-ci ildə qəbul edilən qərara əsasən evlilik yaşı oğlanlarda ən azı on səkkiz, qızlarda isə ən azı on beş yaş olaraq təyin edilir.

Bu və digər qərarların hər biri böyük ölkələrin təkidi ilə baş verir və müsəlman ölkələrində evlilik yaşı son bir əsrdə ən yüksək həddə gəlib çatır.

BMT-nin 1984-cü ildə Nayrobidə baş tutmuş beynəlxalq konfransında belə deyilirdi: «Hökumətlərə tövsiyə olunur ki, evliliyin ən aşağı həddinin təyin olunması işində dəqiq addımlar atılsın, ehtiyac varsa, evliliyin aşağı həddi lazımi qədər yüksəldilsin.» (Qadayəl-mər'ati vəl-mutəməraat əd-Duvəliyyə, 4-cü fəsil, b: 4-21, səh 29)

Evlilik yaşının ən maksimal səviyyədə yüksəldilməsi barədə beynəlxalq təşkilatların qərarlarını burada yazıb uzunçuluq etmək istəmirəm. Lakin, görünən odur ki, böyük dövlətlərin təkidi və təzyiqi ilə dünya ölkələrində evliliyin aşağı həddi ən yüksək hala gətirilir. Bu təşkilatlar yeniyetmələr arasında seks azadlığının təmin olunması barədə də xüsusi qərarlar qəbul etmişlər. Bu qərarlardan biri də BMT-də 2000-ci ildə qəbul edilmişdir.

Bütün bu qeyd olunanlardan aydın olur ki, dünyada erkən evlilik yaşının xüsusən də son əsrdə bu qədər yüksəldilməsi nəticəsində artıq insanlar qədimdə baş vermiş erkən evliliklərə “dırnaqarası” baxmağa başlamışlar. Onu da qeyd edək ki, bu qərarların qəbul edilməsi dünyada əxlaqsızlığın yayılmasına, evlilik yaşının çoxaldılması ilə evdə qalan qızların sayının artmasına, insanların evlilikdən yayınaraq başqa yollarla cinsi ehtiyaclarını ödəməsinə və s. bir çox mənfi hallara gətirib çıxarmışdır.

Beşincisi; Peyğəmbərin zamanında erkən evlilik adi bir şey idi. Səhabələr də erkən evləndirdilər.
Cahiliyyə ərəbləriylə yanaşı bütün dünya erkən evlənir və onlardan heç biri bu cür evliliklərə etiraz etmirdilər.

Peyğəmbərin ﷺ Aişə ilə, Ömərin Ümmü Gülsüm (Allah hamısından razı olsun) ilə erkən evliliyinə heç bir səhabə etiraz etməmişdi. Çünki, həmin dövrdə digər səhabələrin də erkən evləndiyini və bu cür evliliyə normal baxmaları barədə başqa faktlar da vardır;

İmam Şafii (Allah ona rəhmət etsin) demişdir: «Peyğəmbərin ﷺ səhabələrindən bəziləri qızlarını erkən (yetkinlik) yaşında ərə vermişdilər.» (Kitab əl-Umm, 9/118; hicri 1422-ci il nəşri)

İbn Ömər (Allah ondan razı olsun) də öz yeni yetkinliyə çatmış qızını Urva ibniz-Zubeyr ilə evləndirmişdi. Urva ibn Zubeyr də öz qardaşı qızını bacısının qızı ilə yenicə yetkin yaşa çatdıqları halda evləndirmişdi. Bir kişi də Abdullah ibn Həsən ilə öz yenicə yetkinliyə çatmış qızını evləndirmişdi. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) özü bu evliliyə razılıq vermişdi. İbn Məsudun (Allah ondan razı olsun) həyat yoldaşı öz yenicə yetkinlik yaşına çatmış qızını Müseyib ibn Nuxbənin oğlu ilə evləndirmişdi ki, Abdullah ibn Məsud da buna icazə vermişdi.
Göründüyü kimi səhabələr də bu cür erkən evlilikləri normal hesab edirdilər.

Altıncısı: İslam əleyhinə edilən iddiaların reallıqdan uzaq olması və iddia edənlərin iddialarında sadiq olmamaları;

2000-ci ildə BMT-nin qadınlar üçün Nyuyorkda baş tutan «21-ci əsrdə bərabərlik, inkişaf və sülh» adlı konfransında çağırış edilmişdi: «Yeniyetmə qız və oğlanların seks və cinsi azadlığına çağırış etmək və bu yaşı erkən yaşlardan icazəli etməklə yanaşı evlilik yaşını gecikdirmək» (Bəyan jurnalı, 170-ci sayı, 2002-ci il, yanvar ayı, «Qadın və ailənin ictimai qloballaşması» adlı məqalə, Fuad Abdul-Kərim, ərəbcə).

2019-cu il, 14 avqust tarixində sosial şəbəkələrdə məşhur Facebook səhifələri bir azərbaycanlı qızın bu yazısını paylaşırdılar:

"Bir qız on yeddi yaşına çatdıqdan sonra istədiyi şəxs ilə istədiyi kimi seks həyatı yaşaya bilər".

Bundan bir il əvvəl isə başqa bir azərbaycanlı ateist qız isə facebook'da təlatümə səbəb olan fikirlər səsləndirərək:

"Qardaşla bacının yetkin yaşa çatdıqdan sonra cinsi münasibətdə olmalarına normal baxdığını" qeyd edirdi. Şəkk yoxdur ki, bu misallar çirkin misallardır. Bu misalları artırmaq da olar. Sadəcə bununla demək istəyirik ki, evlilik mövzusunda İslamı tənqid və təhqir edənlərin əsas məqsədi İslamı gözdən salmaqdır. Yoxsa, onlar özləri və alimləri də əslində yetkin yaşda olan qız və oğlanın evlilik olmadan belə cinsi həyatına normal baxırlar. Bu barədə məşhur ateist alimlərinin istər heyvanlarla, istər yaxın qohumlarla cinsi münasibət qurmaq, istər də əxlaq barədə sözlərini və etiraflarını yazıb uzunçuluğa yol vermək və oxucuların ürəyini bulandırmaq istəmirik.

Bütün bunlar ona dəlalət edir ki, istər ateistlər, istər də qeyriləri İslamdakı erkən evlilik icazəsini sanki, "hər müsəlmana mütləq həmin yaşda evliliyin əmr edildiyi" kimi fikir yaradır, lakin, özləri evliliyin gecikməsinin fəsadları, bu cür ağır "seks azadlığı" problemlərinin gənclərin diliylə etiraf edilməsindən danışmırlar.

Üstəlik də, onlar nədənsə, 14 əsr öncə bütün dünyanın normal qəbul etdiyi və tətbiq etdiyi erkən evliliyin "dərdini çəkir", lakin, Azərbaycan cəmiyyətində olan öz oğlan övladlarının və qohumlarında və ümumilikdə cəmiyyətdəki oğlanlanların 17 yaşına kimi əksəriyyətinin gizli "zina ocaqlarını" ziyarət etmələrinin dərdini çəkmirlər. Hələ mənim indiyə kimi xatirimdədir ki, mən orta məktəbdə oxuyanda namaz qılırdım. 18 yaşında məktəbi bitirdim və sinif yoldaşlarımdan bəziləri ilə görüşüb söhbət edəsi oldum. Onlar mənim 18 yaşına kimi" zina etmədiyimi" öyrəndikdə əlləri ağızlarında qaldı, çox təəccübləndilər və özlərinin artıq neçə il öncə zina etdiklərini etiraf etdilər və vaxtilə bizimlə bir sinifdə oxuyan oğlanlardan hər birinin 18 yaşdan öncə zina etdiyini, bəzilərinin 14 və 15 yaşlarında ikən zina etdiklərini etiraf etdilər. Bu hadisə 2006-cı ildə baş verib, indi təsəvvür edin 14 il öncə vəziyyət bu idisə, görün indi vəziyyət necə acınacaqlıdır? Bu zina edənlərin heç biri dindar deyildilər. Ola bilsin aralarında sonradan tövbə edib dindar olanlar da olsun. Lakin, cəmiyyətimizdə erkən evlilik dönəmində əksər oğlanlar el arasında deyildiyi kimi əgər "bazlığa gedirlərsə", görəsən nəyə görə ateistlər bu problemin dərdini çəkmirlər? Görəsən bu azyaşlı oğlanların zina etdiklərinin əksəriyyəti əxlaqsız qadınlardırmı? Nəyə görə hər vəchlə İslamı ittiham edən şəxslər cəmiyyətimizdə on üç, on dörd və on beş yaşlarında qızlığını və həyasını itirmiş insanların taleyindən bu qədər narahat olmurlar? Görəsən, öz şəhvətinə hakim olmayan və zinakarlıq yoluna düşən insanları valideynləri nəzarət edib vaxtında evləndirsəydilər, bu gün cəmiyyətimizdə bu qədər zinakarlıq baş alıb gedərdimi? Maraqlısı budur ki, Azərbaycan cəmiyyətində erkən evlilik deyildikdə çox vaxt 16-18 yaş arası evliliklər nəzərdə tutulur ki, bu da dindar kütlə arasında heç 2 faiz-ə də çatmır. Lakin, Azərbaycanda oğlan uşaqlarının 16-18 yaş arası zinakar qadınlara müraciət etmələri artıq katastrofik hala gəlib çatıb ki, heç bundan danışan yoxdur. Hələ 14 və 16 yaşlı yeniyetmə oğlanlardan zinakar qadınlara müraciət edənlərin sayı da az deyil. Universitet imtahanlarında bəzi illərdə gənclərimizin 100 ballıq nəticəni kütləvi şəkildə keçə bilməmələri də bir daha gənclərimizin beyninin elmin nuru ilə deyil, şəhvət və ehtirasların dumanı ilə çirkləndiyinə dəlalət edir. Sonra da həmin gənclərdən bəziləri etdikləri əməllərə bəraət qazandırmaq üçün və evlilik müddətini gecikdirmək üçün zina etməyə davam edir və Allahın halal etdiyi evliliyi haram etdiyi zinaya dəyişirlər.

Allahın yetkinlik yaşa çatmış şəxslərin evlənməyə icazə verməsi evlilik yaşının bu vaxtda vacib deyil, icazəli olmasını, bəzi hallarda isə bəyənilən olmasına, evlilik hökmünün şəxsdən şəxsə dəyişməsinə dəlalət edir. Unutmaq lazım deyil ki, yetkinlik yaşına çatmış zinakar oğlan və qızların sayı ildən-ilə artır və bu da dünyada LGBT (lesbian, gey, biseksual, transseksual və s.) üzvlərinin çoxalmasına səbəb olur. Halbuki, bu yola düşənlərin vaxtında evləndirilməsi ilə bu cinsi sapıqlıqlara düşməsinin qarşısını almaq mümkün idi. İslamdakı evlilik həddinə qarşı müharibə və mübarizə aparanların başında duranlar bunu insan haqqından çox əslində seks azadlığı və normal evlilikdən öncə yeniyetmələrin rahat şəkildə bir neçə şəxslə azad seks ilə məşğul olmalarını təmin etmək üçün edirlər. Ölkəmizdə femenistlərin bu yaxınlarda qaldırdıqları biabırçı şüarlar da bir daha bunu göstərir. Həmin şüarları bura yazmağa sadəcə insan həya edir. Həmçinin, ölkəmizdəki məşhur ateistlərin yeniyetmə qızların nigahdan kənar azad sekslə məşğul olub "cinsi təcrübə" topladıqları zaman ata və qardaşlarının onlara maneə olmasının o qızların "azadlıqlarının pozulması kimi" qələmə verən ateistlərin TV-lərdəki biabırçı bəyanatları da yadımızdan çıxmayıb.

Allah cəmiyyətimizi islah etsin və zinadan qorusun! Əsl fəxr olunası iş evlənənə kimi zina etməmək, evləndikdən sonra da həyat yoldaşına xəyanət etməməkdir. Allahdan istəyirik ki, bizim cəmiyyətimizdə zina etdiyi üçün fəxr edənləri deyil, zinadan uzaq olduğu üçün fəxr olunası insanların sayını çox etsin!

Yazdı: Sahib Əsədov