Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
«Əl-ilah» adında büt olubmu?
Birincisi: Biz hər bir iddia sahibindən dəlil tələb etdiyimiz kimi, ateist və qeyrilərindən də bu iddiaya dəlil tələb edirik. Elə bir dəlil ki, sırf həmin dövrə aid olsun. Yəni, ən azından yeddinci əsrdə bunu kiminsə dediyini bildirən bir dəlil. Hansısa 20 il bundan qabaq kiminsə yuxudan durub ağlına "fərziyyə" gələndə vərəqə yazdığı "fikiri" demirik. Bunu deyənlərdən ciddi dəlil tələb edirik.
İkincisi: Quranın ən qədim və mötəbər təfsir kitabı hesab olunan İbn Cərir ət-Təbərinin «Cə'miul-Bəyan» təfsir kitabında və başqa təfsir kitablarında «Lat» adlı bütün varlığından danışılsa da, «İlah» adlı bütün varlığından heç danışılmayıb. Bunun kimi də başqa qədim təfsirçilər, hətta, tarixçilər belə nə ilah adlı bütün mövcudluğundan danışmayıblar, nə də bunun ərəblərin Allahı olduğunu deməmişlər.
Lüğəvi cəhətdən: «əl-ilah» sözü ərəbcə: Haqlı və ya haqsız olaraq hər bir ibadət olunana deyilir. (əl-Məani lüğəti, əl-ilah sözünün izahı) Digər lüğətlərdə də həmin «Lat» sözünün kökü ərəbcə qadın cinsindən "əl-ləətu" (اللات) kökündəndir. Bəzi şərqşünaslar bu sözü şişirdib «Allah» sözünə bənzətməyə çalışmışlar. Həmin Lat adlı bütləşdirilən şəxs İslamdan əvvəlki təxminən əlli il əvvəl yaşayan bir insan olmuşdur. Lat adlı bu şəxs كان يلُتُّ السويق (Kə'nə yəlluttu əs-səviq) yəni, Lat Kəbə ziyarətçiləri üçün buğda və arpa əzib qarışdıraraq yemək hazırlayardı. Bir çox araşdırmaçılar Lat sözünün elə «qarışdırmaq» sözündən لَتَّ (Ləttə: sonra isə Lət və Lat - olaraq oxunmuşdur) olduğunu demişlər. Doğru olan da budur.
Həmin "Lat" sözü ərəbcə اللات olaraq yazılır, «Allah» sözünün əsli olan «əl-ilah» sözü isə belə yazılır: الإله Allah sözü isə belə yazılır: الله Göründüyü kimi fərq ortadadır. «Allah» adında bir bütün olması isə göründüyü kimi fərziyədən başqa bir şey deyil.
Ateist və qeyrilərinə xatırladırıq ki, bu şübhə ateistlərin ixtirası deyil, bəzi şərqşünasların ixtirasıdır ki, onlar sadəcə «əl-Lat» adlı bütün "t" hərfini silib "h" hərfi ilə əvəz etməklə «əl-ilah» sözünə bənzəməyə çalışmışlar. Bu isə qondarma bir bənzətmədir. Tarix kitablarında həmin dövrün bütlərinin adları keçir. Qurani-Kərimin özündə "Lat" adlı büt şiddətlə pislənilir. Əgər bu əlaqə olsaydı bu pislənmənin nə mənası qalır ki?
Üçüncüsü: Kəbədə vaxtilə bütlərin olmasına gəldikdə isə Kəbənin tarixindən məlumdur ki, Kəbədə əvvəllər bütlərə ibadət edilməyib. İbrahim peyğəmbər oranı təkallahlılıq ibadət yeri kimi Allahın əmri ilə inşa edib. Lakin, İbrahim peyğəmbərdən bir neçə əsr sonra insanlar bütpərəstlik yoluna düşdülər və Kəbəyə bütləri daxil etdilər. Əgər Muhəmməd peyğəmbərin «Allah» adlı bütü var idisə, onda niyə Kəbədə bütün bütləri dağıtdı və heç bir bütü saxlamadı?
Həmin dövrün dörd böyük bütlərini dağıtmaq üçün Muhəmməd peyğəmbər səhabələrindən; Səid ibn Zeydi «Mənat» adlı bütü dağıtmağa, Amr ibn As'ı «Suva» adlı bütü dağıtmağa, Xalid ibn Vəlidi «Üzza» adlı bütü dağıtmağa göndərmişdi. Bunlar Məkkə ətrafında olan bütlər idi. «Lat» isə Məkkə yaxınlığında yerləşən Taif şəhərində olan, Səqif oğullarına aid bir büt idi. Hicrətin 8-ci ilində bu büt də Məkkənin fəthindən sonra peyğəmbərin əmri ilə dağıdılmışdır.
Tarixdən yaxşı məlumdur ki, ərəblərin ən qədim bütü «Mənat» adlı büt olmuşdur. Bu büt onların ən möhtərəm və ən qədim bütü idi. Görəsən, ateistlərin iddiası bir az məntiqi olsaydı, onda ərəblər özlərinə seçdikləri "tanrının" adını ən qədim bütlə əlaqələndirməli deyildilərmi?
Daha bir sual: Peyğəmbər dağıdılmasını əmr etdiyi bir bütün adını niyə saxlamalı olsun ki? Axı Quran, hədislər və bütün tarixi mənbələr İslam dininin sırf bütpərəstliyə qarşı mübarizə aparmasına dəlalət edir! İslamın məqsədi təkallahlıq olmuşdur. Təkallahlıq dinləri daim bütpərəstliyə qarşı olmuşdur. Hansısa bir tək Allaha inananları böyük və yeganə yaradıcıya inandıqları üçün olmayan bir bütlə əlaqələndirmək nə dərəcədə doğru ola bilər? Təəssüflər olsun ki, ateistlərin problemi təkallahlıq inancını ümumiyyətlə millətçiliklə, irqçilik və siyasətlə qarışdırmalarıdır. O baxımdan ki, hər millətin kainatı idarə edən yeganə tanrı kimi qəbul etdikləri tanrıları belə özəl tanrı və ya büt kimi qələmə verirlər. Xatırladaq ki, söhbət bütlərdən deyil yeganə ilahi qüvvədən gedir.
Ateistlərin daha bir yanlış bilgisi isə budur: Əgər kainatı yaradan yeganə bir qüvvə varsa, məsələn, türk buna «tarnrı» deyirsə, ərəb buna «Allah» deyirsə, yəhudi «yehova» deyirsə, rus buna «boq» deyirsə, o demək deyil ki, onların hərəsi bir bütdür və s. Xeyir, bu ateistlərdən və deistlərdən bir çoxunun yanıldığı bir məsələdir.
Dördüncüsü: İslamın beynəlxalq bir din deyil, ərəblərə məxsus din olması şübhəsinə isə bu məqalədə geniş cavab verilmişdir, keçiddən daxil olub oxuya bilərsiniz:
SON ƏLAVƏLƏR