Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Kitabul-Kafinin heyrətamiz sənədi:
Kuleyni Kafidə qeyd edir ki, Peyğambərin (ﷺ) Ufeyr adlı eşşəyi Peyğəmbərin vəfatından sonra intihar etmişdir. Daha sonra müəllif imam Əlidən belə bir hədis nəql edir. Əli deyir: “Bu eşşək dilə gəlib peyğambərlə danışmış və ona belə demişdir: “Atam-anam sənə fəda olsun! Atam mənə, o da öz atasından, o isə babasından, o da ulu babasından belə rəvayət etmişdir ki, Nuh ilə birlikdə gəmidə ikən, Nuh peyğəmbər yerindən qalxmış, onu (yəni həmin eşşəyin ulu babasını) sığallayaraq belə demişdir: “Bu eşşəyin nəslindən elə bir eşşək gələcəkdir ki, peyğambərlərin ağası və sonuncusu ona minəcəkdir. Mənə son peyğambərin eşşəyi olmağı nəsib edən Allaha həmd olsun”. (“əl-Kafi” 1 /237. Əli Əkbər Gifari təhqiqi ilə)
Hədisin sənədinə diqqət yetirin!
→ → → →
Ufeyr Ufeyrin atası babası dədəsi ulu babası
Bəli, budur, Kafi kitabındakı heyrətamiz hədis isnadı! Gördüyünüz kimi sənəd tam şəkildə eşşəklərdən ibarətdi. Yəni uzunqulaqlar silsiləsi! Amma insafən desək yaxşı ki, Kuleyni bu hədisi isnadla rəvayət edib! Hər bir halda hədisin isnadlı olması sənədsiz olmasından daha yaxşıdır. Amma yenədə dırnaqarası bu "isnad" hədisin səhihliyi üçün kifayət etmir. Çünki hədisdə bir çox yöndən problemlər var:
Birincisi hədisin sənədindəki ravilər məçhuldur. Biz bilmirik o uzunqulaqlar etibarlı, doğrudanışan ravilər olub ya yox! Gərək biz ilk növbədə bu uzunqulaqların tərcümeyi hallarını şiənin Rical kitablarında, yəni ravilər barədə bəhs edən əsərlərdə araşdıraq.
İkincisi gərək biz bu ravilərin kimliyini bilək. Çünki şiə məzhəbinə görə bir hədisin səhih olması üçün o hədisi rəvayət edən ravilərin şiə etiqadlı ravilər olması şərtdir. İndi isə biz haqlı olaraq soruşuruq: Görəsən bu uzunqulaqlar şiə etiqadlı ravilər olublar ya necə?
Üçüncüsü hədisin isnadından belə anlaşılır ki, sənəd tam deyil, sənəddə qopuqluq mövcuddur. Bu da rəvayəti etibarsızlaşdıran başqa bir səbəbdir. Çünki isnadda Ufeyrlə birgə 5 uzunqulaq var. İlki peyğəmbərimizin sonuncusu isə Nuhun miniyi olub. Halbuki Peyğəmbər ilə Nuh peyğəmbər arasında min illər keçmişdir. 5 uzunqulaq isə isnad baxımından bu minillikləri ehtiva edə bilməz.
Dördüncüsü nəinki hədisin isnadında, habelə mətnində yəni məzmununda da ciddi problemlər var. Fikir verin, eşşək Peyğəmbərə nə deyir: Atam-anam sənə fəda olsun! Onun ata-anası kimdir ki onları peyğambərə fəda edirsiz?!! İslam peyğəmbərinə fəda edəcək başqa birilərini tapmadız?! Sözsüz ki bu peyğambərə qarşı açıq bir təhqirdir. Bu bir ədəbsizlik və anormal bir hərəkətdirki peyğəmbərlərin ağasına hər hansısa bir eşşək “atam-anam sənə fəda olsun” desin.
Onu da qeyd edim ki, bu kitab şeyx Müfidin də dediyi kimi “şiələrin ən parlaq və ən faydalı kitabıdır!” (“Kafi” kitabının müqəddiməsi, səhifə 26.)
SON ƏLAVƏLƏR