Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bəhailik Cərəyanı

Bəhailik və ya Bəhai dini, 19-cu əsrin ortalarında İranın Şiraz şəhərində meydana çıxmış yeni bir dünya dinidir. Bəhailiyin banisi Mirzə Hüseyn Əli Nuri (Bəhaullah) hesab olunur. Bu din, insanlığın vahidliyini, dinlərin birliyini və dünyəvi sülhü əsas ideya kimi qəbul edir. Özünü əvvəlki ilahi dinlərin davamı və zirvəsi kimi təqdim edir.
--------

Tarixi Mənşəyi (Babiliyin Təsiri):

Bəhailiyin mənşəyini anlamaq üçün əvvəlcə Babilik hərəkatına baxmaq lazımdır. 1844-cü ildə İranın Şiraz şəhərində Seyyid Əli Məhəmməd özünü “Bab” (yəni qapı) adlandıraraq, yeni bir dövrün başlandığını elan etdi. O, İslamın Mehdisini və ya "Vəd olunmuşunu" müjdələdiyini iddia edirdi. Babiliyə inananlar (Babilər) İranda ciddi təqiblərə məruz qaldılar və Bab özü 1850-ci ildə edam edildi.
----------

Bəhaullahın Ortaya Çıxışı:

Babın ölümündən sonra onun ardıcılları arasında liderlik böhranı yaşandı. Bu dövrdə Babın tərəfdarlarından biri olan Mirzə Hüseyn Əli Nuri, 1863-cü ildə özünün Bab tərəfindən vəd olunmuş şəxs olduğunu elan etdi və Bəhaullah (yəni Allahın Şöhrəti) adı ilə tanınmağa başladı. O, Osmanlı hökuməti tərəfindən əvvəlcə Bağdada, sonra isə Əkkaya (indiki İsrailin Akko şəhəri) sürgün edildi və ömrünün sonuna qədər orada yaşadı.
-----------

Əqidə əsasları:

Bəhailik dini müəyyən prinsiplər üzərində qurulmuşdur. Bunlar arasında ən mühümləri aşağıdakılardır:

1. Dinlərin Birliyi

Bəhaullahın təlimlərinə görə, dünya dinlərinin hamısı eyni Allah tərəfindən göndərilmişdir və fərqli zamanlarda insanlığın ehtiyaclarına uyğun şəkildə təzahür etmişdir. Musa, İsa, Məhəmməd, Buda, Zərdüşt, Krişna, və s. ilahi təzahürlər sayılır. Bəhaullah isə bu silsilənin sonuncusudur.

2. Bəşəriyyətin Birliyi

Bəhailiyin mərkəzində “bütün insanlığın bir ailə olması” ideyası dayanır. Irq, millət, cinsiyyət və sosial sinif fərqlərinin üstündə duran bir birlik anlayışı təbliğ olunur.

3. Din və Elmin Uzlaşması

Bəhaullah, din və elmin bir-birinə zidd deyil, əksinə tamamlayıcı olduğunu bildirir. Gerçək bir din heç vaxt elmlə ziddiyyət təşkil etməməlidir.

4. Ümumdünya Sülhü

Bəhailər dünya miqyasında bir hökumətin qurulması və xalqların silahsızlaşdırılması ideyasını müdafiə edirlər.

5. İslam şəriətin qüvvədən düşməsi iddiası

Bəhailik, İslam şəriətinin artıq keçmişə aid olduğunu və Bəhaullah tərəfindən yeni bir qanunvericiliyin gətirildiyini bildirir (məsələn, oruc və namaz formaları fərqlidir).
-----------

Bəhailərin Müqəddəs Mətnləri:

Bəhaullahın əsərləri Bəhailikdə əsas dini mənbə sayılır. Ən mühüm əsərlərdən biri “Kitab-i-Əqdas” (Ən Müqəddəs Kitab) adlanır. Bu kitabda Bəhaullahın qanunları, etik prinsipləri və dini ayinləri yer alır. Bundan başqa, “İqan Kitabı”, “Gizli Kəlamlar”, “Yeddi Vadi” kimi yazılar da mühüm əhəmiyyətə malikdir.
----------

İbadət və Ayinlər:

Bəhailikdə ibadət formaları digər səmavi dinlərdən fərqlidir. İbadət fərdi və ruhani inkişaf yönümlüdür:

Gündə 1 dəfə fərdi namaz (müxtəlif formaları var).

Müqəddəs mətnlərin oxunması və meditasiya.

İllik 19 gün oruc (21 fevral – 20 mart arasında).

Bayram və anım günləri – o cümlədən Bəhaullahın və Babın doğum və vəfat günləri.
-------------

Yayılma və Coğrafi Dağılım:

Bəhailik, İslam coğrafiyasından çıxmış olmasına baxmayaraq, hal-hazırda əsasən Qərb ölkələrində yayılmışdır. Əsas bəhailərin sayı aşağıdakı ölkələrdədir:

Hindistan (ən çox sayda bəhail)

ABŞ

Kanada

Braziliya

İran (lakin təqib altındadırlar)

Kenya, Zambiya, Cənubi Afrika və digər Afrika ölkələri

Bəhailərin mərkəzi və idarəedici orqanı olan Ümumdünya Ədalət Evi İsrailin Hayfa şəhərində yerləşir.
-----------

İsrail dövləti ilə rəsmi münasibətlər:

Bəhai dini İsrail dövləti tərəfindən rəsmi şəkildə tanınan və müstəsna status verilmiş nadir dinlərdəndir. İsrail hökuməti Bəhai icmasına torpaq vermiş, onların mərkəzi binalarının tikilməsinə şərait yaratmış və onların fəaliyyətinə dəstək vermişdir. Bəhai mərkəzləri İsrailə böyük sayda turist cəlb edir və buna görə iqtisadi baxımdan da İsrail üçün çox əhəmiyyətlidir.
Bəhai dini BMT-də müşahidəçi statusuna malik olan bir quruma sahibdir – Bəhai Beynəlxalq Cəmiyyəti (Bahá'í International Community).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.