Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Axmaq rafizilərin imam Ömər barədə gülünc şübhəsinə cavab.
Şübhə: Uca Allah Ali-İmran, 91-ci ayədə belə buyurur: "Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtulmaq üçün) onu fidyə verə, yenə də bu ondan qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən tapılmaz!" Səhih əl-Buxari, 3692-ci rəvayətdə isə qeyd olunur ki, Ömər ibn Xəttab ölüm yatağında ikən belə demişdir: "Allaha and olsun ki, əgər mənim dünya dolu qızılım olsaydı, Allahın əzabını görməmək üçün onun hamısını fidyə verərdim.
Cavab: Bu şübhə imam Ömər barədə axmaq rafizilərin ortaya atdıqları gülünc bir şübhədir. Onlar bununla imam Ömərin kafir olduğunu isbat etmək istəyirlər. Halbuki ayədə deyilmir ki, kimsə ölüm yatağında ikən bunu desə, deməli, o kafirdir. Əsla! Ayədə belə bir şey qətiyyən yoxdur! Ayədə qeyd olunan budur ki, kafirlərdən kimsə belə bir şey etsə, bu ondan qəbul olunmaz. Bu o demək deyil ki, müsəlman biri belə bir şey deyə və ya edə bilməz. Əksinə, elə həmin ayəni diqqətlə oxuduqda tam aydın olur ki, belə bir şeyi hər kəs edə bilər. Yəni qəlbi Allah xofu ilə dolu hər bir mömin ölüm anında var olan dünya dolusu qədər mal-mülkünü Rəbbi yolunda sədəqə etməyə hazırdır ki, Allahın rəhmətinə məzhər olsun, eyni ilə Ömər kimi. Sadəcə olaraq, belə bir şeyi kafir etsə, yəni kafir biri ölüm anında Allahın əzabını dadmasın deyə dünya dolusu qızıl sədəqə versə, yəni bu cür saleh əməl işləsə belə, yenə də Allah bu əməlini ondan qəbul etməyəcəkdir. Çünki o kafir kimi yaşamış və kafir kimi ölmüşdür.
Hazırladı: Əbu Zeyd Həbibli
SON ƏLAVƏLƏR