Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Nuseyrilər kimlərdir və təhlükələri nələrdir?
Nuseyrilər ifratçı batini firqələrindən biridir. Liderləri künyəsi Əbu Şueyb olmuş Muhəmməd ibn Nuseyrə nisbət edilir. O, fars əsilli biri olmuşdur. Abbasilərin hökmdarlığı zamanı yaşamışdır. Doğulduğu tarix bəlli deyil. Vəfat tarixi miladi ilə 883-cü il olaraq qeyd olunur. O, on iki imam şiələrindən olmuşdur. Özünün imam Mehdi ilə arada bir "bab" (qapı) olduğunu iddia etdikdən sonra imamilərlə yolları ayrılmış və özünə yeni təriqət qurmuşdur. O özünü şiə sıralamasına görə 11-ci imam hesab edilən Həsən Əskərinin yaxın nümayəndəsi olduğunu iddia etsə də mənbələrdə Həsən Əskərinin ona qarşı şiddətli olduğu, onun küfr fikirlərinə qarşı olduğu qeyd olunur.
"Nuseyrilər cənnət və cəhənnəmi inkar edir, yenidən dirilməni inkar edir, içkini (arağı) halal hesab edir, reinkarnasiyaya inanır, aləmin qədim olduğunu deyirlər" (1).
Nuseyrilərin bəzi adları var: onlara Nuseyrilər, Nəmirilər, Ələvilər və s. də deyilir. Türklər onları keçmişdə "sürakilər" adlandırmışdılar. Mənası sürgün edilmişlər anlamını verir.
Nuseyrilər də digər batini firqələri kimi öz əqidələrini mümkün qədər gizlədirlər. Hətta qaynaqlarda təriqətin gizli sirlərini açanlara şiddətli fiziki cəza verilməsi nəql olunur(2).
Muhəmməd Fərid Vücdi nuseyrilərin əqidə sirləri haqqında Süleyman Adanalı tərəfindən yazılmış "əl-Baruka əs-Süleymaniyyə" kitabında - hansı ki onu sonradan gizlədərək məhv ediblər - xülasə olaraq bu bilgilərin olduğunu qeyd edir:
1 - Ələvi nuseyriləri imam Əlinin ilah olmasına inanırlar. Onlardan olan Şimalilər isə deyirlər ki, o aya hülul edib. Kəlazilər isə deyirlər ki, o günəşə hülul edib. Ona görə də onlar ayı, günəşi və digər ulduzları müqəddəsləşdirirlər.
2 - Reinkarnasiyaya inanırlar; onlara görə yaxşı ruhlar ulduzlara hülul edir, ona görə də imam Əlini ulduzların lideri hesab edirlər. Pis ruhlar isə mundar heyvanların cisimlərinə - donuzlara, meymunlara və s. - hülul edir.
3 - Sirli kəlmə onlara görə üç hərfdən ibarətdir. A. M. S. Yəni: Ali (Əli). Muhəmməd və Salman.
4 - Nuseyrilərin Qurandan başqa müqəddəs kitabı var ki, ona etimad edir və ona qayıdırlar. Quran onlara görə bu kitabın yanında ikinci dərəcəli bir kitabdır.
5 - Nuseyrilərin əqidələri həmahəng deyil, qədim bütpərəst inancları və radikal İslami inanclardır(3).
Ələvi qadınlar dünyanın ən savadsız qadınlarıdır. Hətta məzhəbin sirlərini belə öyrənmək onlara qadağandır. Məzhəbin kitabına görə qadının dini yoxdur, o şər qüvvələr ilə müqayisə olunur(4). Qadın bütün mühüm işlərdən uzaqlaşdırılır(5).
Dinin sirlərinə vaqif olmaq istəyən kişi isə bir çox aşağılayıcı mərhələləri keçdikdən sonra təriqət şeyxinin yanına gətirilir, ona kor-koranə bir şəkildə tabe olub ona qarşı təvazökar olması istənilir. Şeyxlərinin yanına gəldikdə lal kimi susur, danışmır, başının üstündən ayaqqabı asılır. Bu şəkildə aşağılanır. Əgər şeyxlər onun sirləri öyrənməsinə icazə versələr başının üzərindəki ayaqqabı götürülür, şeyxlərin əllərini və ayaqlarını öpür və başı üstünə ağ yırtıq parça qoyulur. Sonra ona şeyxlə tələbə arasında olan əqd oxunur(6).
Nuseyrilərin ibadətləri: Nuseyrilərilərin ibadətləri müsəlmanlardan tamamilə seçilir. Çünki məzhəbləri müxtəlif bütpərəst ayinləri və digər dinlərin ayinləri ilə zəngindir. Onlar cümə namazları qılmır, namazdan öncə təmizlənmirlər, məscidlərdə namaz qılmırlar, məscid inşasına qarşı olurlar. "Beş vaxt namaz onlar üçün beş adı ifadə edir: Əli, Həsən, Hüseyn, Muhsin və Fatimə" (7). Onlar müəyyən vaxtlarda və müəyyən evlərdə toplanırlar. Bu toplantıları bayram adlandırırlar, hansı ki, şeyxləri bu zaman bəzi hekayələri və xəbərləri, imamlarının möcüzəvi xurafatlarını danışır, qadın və kişi bir-birinə qarışır. Sonra isə xristianların bəzi ayinlərinə bənzər ibadətlər edirlər.
Onlara görə oruc Ramazanda yeyib içməkdən uzaq durmaq deyil. Ramazan boyunca qadınlardan uzaq durmaq oruc tutmaq sayılır. Həcc etməyi isə küfr və bütpərəstlik hesab edirlər(8).
Bayramları isə çoxdur; Aşura, Qədir-Xum, Ramazan, Qurban, İkinci Qədir günü - Mübahilə günü, Novruz, Mehrican, Xaç bayramı, Ğutas bayramı, Budaq (səaf) bayramı, Milad bayramı, Ansara bayramı və s.
Səhabələrə qarşı şiddətli nifrət edirlər, xüsusilə də Əbu Bəkr və Ömərə qarşı nifrətləri var. Onlar bəzi heyvanlara əzab verir və reinkarnasiyaya inandıqları üçün düşünürlər ki, Əbu Bəkr və Ömərin ruhu pis olduğu üçün onun ruhu pis, şərli heyvanların cismində təcəlli edir. Görərsən ki, qatır və ya uzunqulaq götürüb ona əzab verirlər. Hesab edirlər ki, onların ruhu Əbu Bəkr və Ömərin ruhuna qarışıb əzab çəkir.
Nuseyrilərin firqələrindən cəranələr, qeybilər, maxusilər və niyasiləri misal çəkmək olar(9).
Nuseyrilərin yayıldığı yerlər: Nuseyrilərin əksəriyyəti bu gün Suriyanın cənubunda və şimalında yaşayır, Türkiyənin cənubunda da nuseyrilərin yerləşmə məntəqəsi var. Livanın şimal tərəflərində, fars məntəqəsi, Rusiya Kürdüstanı və Türküstanında da yaşayanları var(10).
İslam alimləri Nuseyriləri müsəlman hesab etmirlər. İbn Teymiyyə Nuseyrilərilərin yəhudi və xristianlardan daha betər küfr içində olduğunu bildirmişdir(11).
Onların təhlükəsi də tarix boyu İslam düşmənlərinin yanında olmaları, kafirlərlə birləşib sünniləri qətl etməyi icazəli görmələri, müasir tarixdə isə zalım Bəşşər Əsədin və atasının yanında olub Suriya xalqının böyük işgəncə və qətliamlara tabe tutulmasında nuseyrilərin fəaliyyəti heç kəsə gizli deyil.
İstifadə edilmiş ədəbiyyat:
1 - Məcmuul-Fətəva. 35/145.
2 - Dəiratul-Məarif əl-Qanul-İşrin. 10/249-250. Ələvilərdən nəql. səh. 63.
3 - Öncəki mənbə.
4 - Daha ətraflı bax: əl-Ciylut-Təli. səh. 9.
5 - Firaq Muasırah Tuntəsəbu iləl-İsləm. 2/554.
6 - Öncəki mənbə. 2/555.
7 - Məcmuul-Fətəva. İbn Teymiyyə. 35/145.
8 - Taifətun-Nuseyriyyə. səh. 6.
9 - Dirasət fil-Firaq. Sabir Tueymə. səh. 54-55.
10 - əl-Ələvilər və Nuseyrilər. səh. 7.
11 - Məcmuul-Fətəva. 35/150.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR