Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İsrail - Fələstin münaqişəsinin tarixi

Kim haqlıdır: Uşaq qatili Israil, yoxsa Həmas? Tarixi və dini baxış

Son zamanlarda gündəmdə olan və həqiqətən də narahatlıq yaradan məsələlərdən biri İsrail-Fələstin müharibəsində kimin tərəfində olduğumuz sualına cavab axtarmaqdır. Ən çox müzakirə olunan suallar isə bunlardır:

Fələstin torpaqları, xüsusilə Qüds kimə məxsusdur? Kim daha haqlıdır?
Yəhudilər bizi sevirlər, biz də onları sevməliyik?
Fələstinlilər Osmanlıya, Türklərə xəyanət ediblər?
Həmas İsrailə hücum etdiyinə görə İsrailin bu qətliamları etməyə haqqı vardır?

Mövzu çox həssas olduğuna görə bu suallara dərin araşdırma etdikdən sonra, dini, tarixi, məntiqi və digər aspektlərdən cavab verəcəyik ki, məsələ hər kəsə aydın olsun.

Fələstin torpaqları, xüsusilə, Qüds kimə məxsusdur? Kim daha haqlıdır?
Tarixə baxarkən orada kimin əvvəlcə olduğunu söyləmək çox çətindir. Ərəblər özlərini o torpaqlarda Miladdan öncə 3000 il əvvəl yaşamış Kənan xalqının davamçıları kimi görürlər.
Yəhudilərin atası Yaqub peyğəmbər Fələstində yaşasa da Yusuf surəsinin də xəbər verdiyi kimi onun 12 oğlu - əsbatlar daha sonra Yusuf Peyğəmbərin yanına, Misirə köçürlər. Musa peyğəmbərə qədər yəhudilər Misirdə yaşayıblar, Fironun əsarətinə və zülmünə məruz qalıblar. Daha sonra yəhudilər Musa peyğəmbərlə birlikdə Miladdan öncə 1400-cü illərdə Fələstinə qayıdıblar.
Sonralar Davud peyğəmbərin və oğlu Süleyman peyğəmbərin dövründə böyük və qudrətli dövlətləri olmuş, daha sonra isə öz aralarında ixtilafa düşərək parçalanmışlar. Miladdan öncə 586-cı ildə Babillilər onları sürgün etmiş, bir müddət sonra isə Fars kralı Kiros babillilərə qalib gələrək yəhudiləri oraya qaytarmışdır. Biz bu barədə artıq geniş bir məqalə araşdırmanı sizə təqdim etmişik. Daha o zamanlardan farslarla yəhudilər qardaş olmuş, tarixi fəsadlarla doldurmuşlar.
Miladdan sonra 70-ci illərdən romalılar yəhudiləri o torpaqlardan sürgün etmişlər. Onların əksəriyyəti Ərəb yarımadasına və İrana köçmüşlər. 6-cı əsrdən 20-ci əsrədək olan dövr ərzində, Osmanlı xilafətinin dağılmasına qədər Fələstin torpaqları müsəlmanların idarəsində olmuş, sakinlərinin əksəriyyəti isə müsəlman ərəblər olmuşdur. 1917-ci ildə Balfur bəyannaməsi ilə Fələstin ingilis hakimiyyəti altına keçmiş, yəhudilərin məskəni, qayıdış yeri elan edilmişdir. Birinci dünya müharibəsinin səbəblərindən biri də məhz Osmanlı dövlətini yıxmaq, İsrail dövlətinin əsasını qoymaq idi. Bu barədə qarşıda danışacağıq. Daha sonra İkinci dünya müharibəsinin bitməsi ilə Avropada yaşayan yəhudilərin Fələstinə köçü başlayır.

Videoda gördüyünüz sarı ərazilər yəhudilərin Fələstinə gəldikləri vaxtdan günümüzə qədər yerləşdiyi bölgələrdir. Fələstinli ərəblərə qarşı Amerika və Britaniyanın dəstəyi ilə böyük soyqırım və sürgün başlayır, 100 minlərlə, bəlkə də, milyonlarla fələstinli öldürülür və qaçqın edilir.
Ən azı 1500 il Fələstində yaşamış olan ərəblər bundan 2500-3000 il əvvəl mövcud olmuş dövlətlərini bərpa etmək istəyən yəhudilər tərəfindən bütün dünyanın gözü qarşısında yox edilirlər. İzləyicilərimizə sual veririk, bu doğrudurmu? Fələstinlilərmi, yəhudilərmi bu torpaqlarda yaşamağa daha layiqdirlər?
Müqayisə üçün Qərbi Azərbaycan və Qarabağda yaşayan erməni azlıqlarının eyni formada rusların və Qərbin köməyi Ermənistan dövlətini qurmasını, hətta Qarabağı ələ keçirmələrini göstərmək olar. Bayaq qeyd etdiklərimiz məsələnin tarixi tərəfidir.
Məsələnin dini və mənəvi tərəfinə gəlincə, yəhudilərin bu müqəddəs torpaqlarda yaşamağa heç bir haqları yoxdur. İlk öncə ona görə ki, bu torpaqlar mübarək torpaqlardır. Uca Allah bu torpaqları Allahı ibadətdə təkləşdirənlərin qibləgahı etmiş və insanları ancaq Allaha ibadətə, tövhidə çağıran onlarla peyğəmbər göndərmişdir.
Yəhudilər isə o peyğəmbərləri inkar etmiş, öldürmüş və onlara ifitiralar atmışlardır.
“Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?” (Bəqərə 87)
Musa aleyhissalam onları Fironun sürgünündən xilas edib bu torpaqlara gətirərkən, onlara bu torpaqlara girmələrini əmr edir. Onlar Musa və Harun peyğəmbəri tək qoyurlar, ora girməkdən boyun qaçırırlar və Peyğəmbərlərin əmrlərinə istehza edirlər. Gəlin, bu barədə olan ayələrə nəzər salaq.
O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi”.
“Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.
Onlar dedilər:
“Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq”.
O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”
Allah dedi: “Artıq ora o müqəddəs yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfsilənmə”.
(Maidə 20-26)
Başqa ayələrdə isə belə deyilir:
Bir zaman onlara deyilmişdi: “Bu kənddə sakin olun və ondan orada olan nemətlərdən bəyəndiyiniz yerlərdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan Allaha səcdə edərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq”.
Onlardan haqsızlıq edən-lər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Etdikləri haqsızlığa görə Biz onlara göydən əzab göndərdik.
(Əraf 161-162)
Müfəssirlər deyirlər ki, onlar Yuşa peyğəmbərin dövründə fəth edilən Fələstinə girərkən Allahın “Hitta - yəni bizdən günahlarımızı sil deməyi” və “səcdə ilə qapidan girin” əmrlərinə istehza edirlər və sözləri dəyişdirirlər. Hitta kəliməsinin yerinə Hinta - buğda deyirlər, başlarını Allaha təzimlə əyərək qapıdan keçmək əvəzinə yerə oturaraq arxalarının üstündə qapıdan keçirlər.
Baxın, bu da bunların bu mübarək torpaqlara olan sevgisi və təzimi.
Ona görə də Uca Allah onları bu torpaqlardan dəfələrlə sürgün edəcək güclü qövmlər göndərmiş, onları bu torpaqlardan qovdurmuşdur.
Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz” – deyə xəbər verdik.
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Yerusəlimdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik.
(İsra 4-7)
Yəhudilərin Fələstində əsas qayələri dəyişdirdikləri Tövrat və izlədikləri şeytani Kabala inancına görə, paytaxtı Müsəlmanların ilk qibləsi olan Qüds olmaqla, Nil və Fərat çayları arasında Davud pəygəmbərin dövründəki böyük krallığı qurmaqdır. Bayraqlarındakı iki mavi xətt də bu çayların simvoludur. Bu Sionizm konsepti 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Teodor Herzel tərəfindən doktrin formasına salınmışdır. Buna nail olmaq üçün böyük müharəbələr baş vermişdir və hələ də bir çox fitnə planlı olaraq törədilməkdədir. Onların batil inancına görə Qüdsü yenidən tutmaqla İsa Məsih gələcəkdir. İsa Məsihi inkar etdiklərinə görə onların gözlədiyi Məsih Dəccaldir. Dəccal isə yer üzərində böyük bir fəsad salacaq, lakin sonra məğlub olacaqdır. Müsəlmanlar sonda qalib gələcək və bu torpaqlara yenidən hakim olacaqlar, İnşəAllah. Bu haqda kanalımızda “Qiyamətin böyük və kiçik əlamətləri” adlı məqalələrimizdə danışmışıq.
Qayıdaq mövzumuza. Beləliklə, Qüds çox əhəmiyyətli bir yerdir, müsəlmanların qırmızı xəttidir. Niyə? Gəlin bir az bu barədə danışaq.

Qüdsün əhəmiyyəti nədir?
Qüds İslamda xüsusi yer və müqəddəsliyə malikdir. Qüds, həm yəhudilərin, həm xristianların qibləsi olmuşdur. İslamın isə ilk qibləsi olan Əqsa Məscidi burada yerləşir.
Məscidi Süleyman peyğəmbərin tikdiyi söylənilir. Daha düzgün olanı isə odur ki, bu məscid daha öncə tikilmiş, Süleyman aleyhissalam onu yenidən bərpa etmişdir. Səhih bir hədisə görə yer üzərində tikilən ilk məscid Kəbə, sonra isə Əqsa məscididir.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Meraca oradan yüksəlmişdir.
Qurani-Kərimdə bu barədə belə deyilir və Uca Allah həmin məscidi ətrafı mübarək edilən bir məscid deyə vəsf edir.
“Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir”. (İsra 1)
Səhih hədislərə görə Əqsa məscidi, Kəbənin ətrafındakı Haram məscidindən və Mədinədəki Peyğəmbər məscidindən sonra ən fəzilətli məsciddir. İslam dinində, xüsusi olaraq ziyarət etmək üçün ancaq bu 3 məscidə səfər edilər bilər. Hədislərdə Peyğəmbərimiz ora səfər etməyi və orada namaz qılmağı əmr etmişdir.
Bu məsciddə qılınan bir namaz (iki məscid istisna olmaqla) digər məscidlərdəki namazdan 250 dəfə fəzilətlidir. Bura ibadət niyyəti ilə namaz qılmaq üçün getmək günahlara kəffarədir, ora gedənin bağışlanmasına səbəb olur.
Hal-hazırda isə bu məsciddə namaz qılmaq ancaq yəhudilərin icazəsi ilə mümkündür və bu bütün müsəlmanları ağrıdan bir məsələdir. Dəfələrlə yəhudi əsgərləri məscidə daxil olaraq namaz qılanlara əziyyət verirlər.
Beləliklə, bu müqəddəs məscidə laqeyd qalmaq, Allahın dininə laqeyd yanaşmaqdır. Uca Allah bunun hesabını bütün müsəlmanlardan soruşacaqdır. Bu gün hər müsəlmana düşən vəzifə bu məscidin dəyərini bilmək, sevgi bağı ilə ona bağlanmaqdır. Onun toxunulmazlığını və şərəfini qorumaqdır. Ona dəstək olmaq üçün maddi və mənəvi bütün fədakarlığı etməkdir. Bu əmanətə sahib çıxmaq və onu qorumaq Fələstinli müsəlmanların olduğu kimi, digər coğrafiyalarda yaşayan müsəlmanların da vəzifəsidir.

Qüdsün qorunması və fəthi
Qüds ilk dəfə Xəlifə Ömərin (Allah ondan razı olsun) dövründə müsəlmanlar tərəfindən fəth edilmişdir. Digər məqalələrimizdə izah etdiyimiz kimi, Fatimilər dövlətinin hücumları və xəyanəti səbəbilə İslam xilafəti zəifləmiş və 1099-cu ildə Xristianların ilk səlib yürüşü zamanı işğal edilmişdir. Xristianlar Qüdsdə dəhşətli qırğınlar etmiş və çoxlu qan tökmüşdürlər.
Daha sonra fəxr hissi ilə qeyd edirik ki, 1150-ci illərdə Fələstin torpaqları Azərbaycan türkü olan əhli-sünnənin həmin dövrdə ən əzəmətli hökmdarı Atabəy Nurəddin Zəngi tərəfindən azad edilməyə başlayır və Nurəddin (Allah ona rəhmət etsin) səlibçilərin qorxusuna çevrilir. Nurəddin Zənginin işini Səlahəddin Əyyubi davam etdiririr və 1187-ci ildə Qüds azad edilir.
Bəli, biz Azərbaycanlılar fəxr ilə deyə bilərik ki, biz Fələstinin səlibçilərdən xilas etməkdə öndə gedənlərdənik.
Daha sonra Fələstin torpaqları Osmanlı xilafətinin dağılması ilə yenidən xristianların, Britaniyanın əsarətinə düşür. Britaniyanın xarici işlər üzrə katibi Artur Balfour birinci dünya müharibəsində ciddi maliyyə itkiləri ilə üzləşən Britaniya imperiyasının vəziyyətini düzəltmək üçün yəhudi maliyyəsini cəlb etməyə çalışır. Bunun üçün o, sionistlerin rəhbərlərindən olan və demək olar ki, dünyadakı bank sistemlərinə nəzarət edən Rotşildə müraciət edərək “yəhudilərin evi – Fələstin” barədə bəyannaməni məclisə təqdim etməyi tələb edir. Bu bəyannamə “Balfour” bəyannaməsi kimi tarixə düşür və Fələstin 1917-ci ildə Yəhudilərin evi kimi bəyan edilir. Bundan sonra baş verənləri əvvəldə izah etmişik. Bu 730 ildən sonra Fələstinin və Qüdsün faktiki işğalı idi.
Burada belə bir sual vermək istəyirik. Nəyə görə Nurəddin Zəngi, əcdadlarımız Qüds uğrunda mübarizə aparırdı? Çünki Qüds peyğəmbərlərin və onları izləyənlərin diyarı idi. O torpaqlara hakim olmaq müsəlmanın din və namus borcudur. Allahın dinini dəyişənlərin, Allah üçdür deyənlərin, Allahın övladı var deyənlərin, peyğəmbərlərin qatillərinin, dünyanı fəsadla, əxlaqsızlıqla, riba və zina ilə, sapıq etiqadlarla və zülmlə dolduranların o torpaqlarda heç bir haqqı yoxdur. Bu gün Nurəddin Zəngi, Səlahəddin Əyyubi sağ olsaydı, bu gün Peyğəmbərimiz (Allahın salavatı və salamı ona olsun) sağ olsaydı sionistlərə haqq qazandıranlara nə deyərdilər?


Yəhudilər bizi sevirlər, biz də onları sevməliyik?
İlk öncə qeyd edək ki, biz yəhudi millətinə yox, təhrif edilmiş Tövratı, Talmudu və Kabbalanı izləyən radikal yəhudilərə deyinirik. Çünki İslamda irqi ayrıseçkilik yoxdur. Yəhudilərin arasında çoxlu haqqı axtaran, zülmə yox deyən, İslamı qəbul edən kəslər vardır. Habelə, batil inancda olsa da, dininin təfərrüatını bilməyən, cinayətə və zülmə qarşı olan çoxlu yəhudilər var ki, biz onlar üçün Allahdan hidayət istəyirik.
İsrailə gəlincə, qeyd etməliyik ki, İsrail radikal-dindar olan bir ölkədir və əsas qanunları da məhz batil inanclarına dayanır.
İsrail ilə Azərbaycanın iqtisadi ortaqlığı vardır ki, bu da dinimizə görə icazəli bir şeydir. Allah elçisi (Allahın salavatı və salamı ona olsun) yəhudilər ilə ticarət etmiş və hətta zaman-zaman onlarla sülh əhdləri bağlamışdır.
Bir dövlətlə iqtisadı əməkdaşlıq etmək o dövlətin mütləq olaraq bizi sevməsini deməyi vacib etmir.
Onların kimi sevib-sevməmələri, qeyri-yəhudilərə münasibətləri, onların dini ilə tənzimlənir. Təəssüflə deməliyik ki, onlar bu məsələlərdə dinlərinə biz müsəlmanlardan daha sadiqdirlər.
Gəlin, yəhudilərin öz kitablarından qeyri-yəhudilərə münasibətlərini birgə öyrənək:
● İnsanlar yəhudilər üçün və onların xidmətində olmaq üçün yaranıblar;
● Cənnətə yalnız yəhudilər girəcəkdir;
● Yəhudilərin ruhu Yaradandan bir hissədir;
● Yəhudi şəhvətləri qarşısında aciz qalarsa, ona nəfsinin istədiyini etmək icazəlidir
● Yəhudilər Allah qatında mələklərdən daha yüksəkdirlər. Hər kim ki, bir yəhudini vurarsa, sanki İlahi izzətə zərbə endirmişdir;
● Başqa xalqların malları və canları yəhudilərə aiddir. Çünki həqiqətdə onların malı yəhudilərindir. Əgər (yəhudi olan bir) insan öz malını onlardan geri almaq istəyərsə, ona bir qınaq yoxdur;
● Yəhudi bir kəs yəhudi olmayanların saleh şəxsləri qətl edə bilər;
● Yəhudi olmayanların ruhu şeytani ruhlar olub heyvan ruhlarına bənzəyir;
● Yəhudi olmayanlar itlərin, uzunqulaqların misalındadır. Sadəcə insan surətində yaradılıblar ki, yəhudilərə xidmət etməyə layiq olsunlar;
● Yəhudinin yəhudi olmayana şəfqət göstərməsi, rəhmətlə davranması, nə də yardım etməsi icazəli deyil. Əksinə, görsə ki, yəhudi olmayan biri çuxura düşüb onu basdırmalıdır;
● Yəhudiyə yəhudi olmayan bir kəsin itirdiyi bir şeyi tapdıqda onu geri qaytarması haramdır;
● Yəhudi olan kimsə yəhudi olmayan bir kimsəyə borc verə bilməz, ona yalnız sələm (faiz, riba) verə bilər. İddia ediblər ki, bunu onlara Allah əmr edib;
● Yəhudi olmayanla zina etmək (istər kişi, istər qadın olsun) icazəlidir və cəzası yoxdur.
Aşağıda gördüyünüz mənbələrdə bu məsələlərin təfsilatını görə bilərsiniz.
1. Yəhudi Tarixi, Yəhudi Dini – İsrael Şahak səh 135-172
2. Dirasət fil-Ədyən: əl-yəhudiyyə vən-nəsraniyyə. Suud Xələf. səh. 124. Ər-Riyad. 2006. (ərəbcə).
3. Kənzül-Mərsud (ərəbcə). səh 66, 68, 78, 80, 83, 90,
4. Təlmudun rəzalətləri. səh. 132, 137, 146.
5. Yəhudi Tarixi, Yəhudi Dini – İsrael Şahak səh 135-172
Yəhudilərin bu etiqadını tanımaq onların Fələstinliləri zülm ilə öldürmələrinin səbəbini bizə bəyan edir. Bu radikal toplum özlərindən başqa hamının qanını halal bilir.
Müqəddəs Quranda da Allah bizə yəhudilər haqqında xəbərlər verir:
Allah ilə əhdi pozanlar, Peyğəmbərləri haqsız yerə öldürənlərdir. (Nisa 155; Maidə 70)
Yer üzündə fitnə-fəsad çıxaranlar, müharibə alovu yandıranlardır. (Maidə 64)
Yalanı və haramı sevənlər, faiz və zülm ilə insanların mallarını haqsız yerə yeyənlərdir. (Maidə 42; Nisa 161)
Paxıl, həsədçi, xain və xəyanətkarlardır. (Maidə 13; Bəqərə 109)
İnsanları imandan küfrə döndərmək istəyənlərdir. (Bəqərə 109)
Təkkəbbürlü və özlərini "üstün millət" olaraq görənlərdir. (Maidə 18)
Anlaşmaları pozan, əhdə xəyanət edənlərdir. (Ənfal 56)
Öz mənafeləri üçün hər yalana baş vuranlardır. (Maidə 41)
Axirətlərini dünyaya satanlardır. (Bəqərə 86)
Allahı qoyub insanları ilah qəbul edənlərdir. (Tövbə 31)
Tövratı təhrif edənlər, Kitabın bir hissəsinə inanıb, digər hissəsini inkar edənlərdir. (Bəqərə 75, 85)
Qorxaqdırlar. Allahdan çox Müsəlmanlardan qorxanlardır. (Həşr 13)
Allaha övlad isnad edənlərdir. (Bəqərə 116; Tövbə 30)
Allaha qarşı bilə-bilə yalan söyləyən, iftira atanlardır. (Ali İmran 75; Əraf 152)
Allah ilə əhdi pozduqlarına və küfrlərinə görə lənətlənənlərdir. (Maidə 13; Bəqərə 88)
Müsəlmanlara qarşı ən qatı düşmənlərdir. (Maidə 82)
Dinlərinə uymadıqca Müsəlmanlardan əsla razı qalmayacaq olanlardır. (Bəqərə, 120)
Allaha iftira atan bu qövm Qiyamətə qədər fitnəkarlıq törədəcəklər və müharibələrə səbəb olacaqlar.
Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!” (Maidə 64)
Quranın nazil olmasından cəmi 23 il sonra artıq yəhudilər zəifləmiş, zəlil olmuşdular. Buna baxmayaraq Quranın bir çox hissəsində onlardan bəhs edilir ki, bu ayələr Qiyamətə qədər aktualdır. Bu da Quranın Allahın kitabı olmasına qəti dəlildir. Çünki Uca Allah onların qiyamətə qədər fəsad törədənlər olacaqlarını bilirdi. Özünə müsəlman deyən birisinin yəhudilər bizim dostumuzdur, bizi sevir, biz onları sevirik deməsi necə də təəccüblüdür. Heç olmasa qoy Uca Allahın bu sözlərini oxuyub ibrət götürsünlər
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (Maidə 51)
Onlar Ermənistanla olan münaqişədə bizə dəstək oldular deyənlərə isə cavabımız budur ki, hələ Bakı-Ceyhan xətti və bizdən aldıqları neftimiz olmadığı vaxtlarda birinci Qarabağ müharibəsində niyə bizə dəstək olmadılar? Niyə əllərində olan media qurumları dəlilsiz, isbatsız yəhudi uşaqlarının başının kəsildiyi yalanlarını bütün dünyaya sırıdıqları halda, Xocalıda doğrudan da kəsilən uşaq başlarını dünyaya göstərmədilər?
Onlar bizim yox, bizin nefitimizin və dollarlarımızın dostudurlar. Yoxsa, biz də onların batil inancına görə, malı, canı onlara halal olan insan cildində heyvanlarıq. Allah zalımların bəlasını mütləq verəcəkdir.
Albert yəhudi idi, Qarabağ üçün vuruşurdu deyənlər isə məsələləri bir-birini qatırlar. Albert Bakı balası idi, bu vətəni sevirdi. Vicdanı və vətən sevgisini, doğulduğu torpağı batil inanclardan üstün tuturdu. Əgər Albertə görə biz bütün yəhudiləri təmizə çıxarırıqsa, onda Qarabağ müharibəsində Azərbaycanı qoruyan rus həmvətənlilərimizə görə bütün xristianlar, o cümlədən Rusiya bizim dostumuz olmalıdır.
Bəs milliyətcə yəhudi olan Lenin və Stalini nə edək? Milyonlarla insanın ölümünə, sürgününə və represiyasına səbəb olublar. Xalqımızın ən ziyalı təbəqəsini məhv etməyə çalışıblar.
Bəs birinci dünya müharibəsinə, ikinci dünya müharibəsinə səbəb olan, Osmanlını dağıdaraq İslam aləminin içərisinə fitnə-fəsadı, qanı salan Rotşildləri nə edək? Onlar da yəhudidir.
Bəs biz 1918-ci ildə azərbaycanlıları ermənilərin və rusların əlindən xilas etmək üçün Azərbaycana gələn Qafqaz İslam Orudusunun tərkibində bizlər üçün şəhid olmuş fələstinli, qüdslü müsəlman qardaşlarımızı nə edək? Onların qəbirləri hələ də Azərbaycandakı Şəhidlər xiyabanındadır.
Mərd insan özünə mərd dost seçər. Maddi marağına görə ona yaxşılıq edən qansız və şərəfsiz cəlladlar ona yaxşılıq etsə belə onları dost götürməz.

Fələstinlilər Osmanlıya, Türklərə xəyanət ediblər?
Biz qarşıda Həmasın və ya digər terror qruplaşmalarının məzlum bir xalqı təmsil etmədiyinə toxunacağıq. İlk öncə isə “Fələstinlilər Osmanlıya xəyanət edir, torpaqları yəhudilərə satırdılar, biz necə xainlərin tərəfini saxlayaq” deyə bir arqumentə cavab verəcəyik. Bunu deyənlərin çoxunun məsələnin məğzindən belə xəbəri yoxdur.
1896-1902-ci illərdə sionizmin qurucusu olan Teodor Herzel Osmanlı sultanı ikinci Abdulhamid xandan Osmanlının borclarını yəhudi pulları ilə bağlamağın qarşılığında Fələstində torpaq istəyir. Abdulhamid xan onların batil inanclarına və məqsədlərinin bütün Fələstini işğal etmək olduğuna bələd idi və onu əvvəl sərt, sonra isə siyasi formada rədd edir. Bunun üzərinə yəhudilər Fələstində, gizli olaraq torpaqlar almağa başlayırlar. Belə ki, bu cür torpaq alma bütün zamanlarda vardır və bunu Osmanlıya qarşı xəyanət kimi göstərmək çox da qəti bir iddia deyildir.
Lap tutaq ki, bu xəyanətdir. Görəsən, neçə faiz Fələstinli bu xəyanətdə iştirak etdilər və neçə faiz torpaq satdılar? Söhbət bir faizdən az bir hissədən gedir. Buna görə bütün xalqı xain adlandırmaq olarmı?
Yaxşı, biz bilirikmi 15-ci əsrin sonlarında İspaniya və Portuqaliyadan sürgün edilən yəhudilərə Osmanlı dövləti qucaq açdı. Həmin yəhudilərin Emanuel Karasu kimi nəticələri Abdulhamid xanı taxtdan salır və Osmanlı dövlətinin dağılması üçün gecə-gündüz çalışırlar. Bax xəyanət budur!
Bundan da ötəsi, Osmanlının dağılmasına ən çox töhfə verən əksəriyyəti elə türk olan masonların qurduğu İttihad və Tərəqqi partiyası olmuşdur. Onda biz bu xəyanətə görə Türk qardaşlarımızdan üz döndərək?
Eyni qaydada, bizdə olan xainlərə görə Qarabağın bir hissəsini itirdik. Türkiyə də bu xainlərə görə bizdən üz döndərməli və ikinci Qarabağ müharibəsində bizə dəstək olmamalı idi?
Bu arqument tam əsassızdır və Fələstindəki məzlum müsəlmanlara mənəvi dəstəyə mane olmaq üçün mənəviyyatsızlar tərəfindən ortaya atılmışdır.
“Fələstinlilər erməniləri, yəhudilər bizi dəstəkləyir, biz necə fələstinliləri dost götürək?” arqumentinə gəlincə, biz artıq yuxarıda yəhudilərin özlərindən başqa hamını dost kimi yox, xidmətçi kimi görməsini izah etmişdik. Fələstinlilərə gəlincə, İran Sepahının uzantısı olan Həmas, habelə davası din davası olmayan, vaxtilə Sovet hökuməti tərəfindən dəstəklənən sekulyar Fəth ilə məzlum fələstinli müsəlman qardaşlarımız arasında fərq qoymalıyıq.
Bizim davamız bütün müsəlmanların müqəddəs torpaqları olan Fələstin və Əqsa məscididir. Biz bu müqəddəs yerlərin işğalına qarşıyıq. Bu yerlər onlarla müxtəlif millətlərdən və müxtəlif irqlərdən olan İslam ümmətinə aiddir.
Biz bu yerləri tərk etməyən, özünü təhlukəyə ataraq Allah üçün buraları qoruyan məzlum müsəlmanların yanındayıq. Biz Fironun Musanın qövmünə etdiyindən də artıq Yəhudi zülmünə məruz qalan uşaqların, qadınların, qocaların yanındayıq. 10 illiklər boyu yəhudi (İsrailin) zülmündən boğaza yığılmış fələstinlilərin Həması və Fəthi qurtuluş savaşçıları kimi görməsi qeyri adi deyildir. Boğulan insan xilas olmaq üçün çopdən belə yapışar. Lakin bu qurumların farsdan (İrandan) və rusdan (Rusiyadan) aldığı yardıma görə ermənini (erməniləri) dəstəkləməsi bütün fələstinlilərin mövqeyi ola bilməz. Bunu bəhanə edərək bizə Qüdsü və məzlum müsəlmanların haqlarını unutdurmaq mümkün deyildir!

Həmas İsrailə hücum etdiyinə görə, İsrailin bu qətliamları etməyə haqqı vardır?
Baxın, Müqəddəs Quranda Uca Allah düşmənlərlə döyüşərkən həddi aşmamağı və edilənin mislində cavab verməyi əmr edir.
“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”. (Bəqərə 190)
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”. (Bəqərə 194)
Həmasın bir hücumuna qarşı, bir şəhəri yerlə yeksan etmək, uşaqlı, qadınlı minlərlə günahsız insanı öldürmək, 10 minə yaxın insanı yaralamaq, 2 milyon insanı qaçqın salmaq, onlara şəhəri tərk etmək üçün 24 saat vermək, susuz, ərzaqsız, işıqsız qoymaq, xəstəxanaları bombalamaq hansı insanlığa sığır? Bunlar hamısız həm müharibə cinayətidir, həm də soyqırımdır.
Azərbaycanın müzəffər şərəfli ordusu da terrorçulara qarşı əməliyyat keçirdi, bircə erməni sivilin burnu qanadımı?
Türkiyə illərlə Suriyada, İraqda terrorçularla vuruşur, bircə dənə sivilin yaralanması barədə xəbər varmı?
Yəhudilərin pulu ilə alınan Qərb, Azərbaycanı öz torpağında keçirdiyi antiterror əməliyyatına görə HAAQA məhkəməsinə çağırır. Amma yəhudilərin başqasının torpağında minlərlə günahsız insanı öldürülməsinə göz yumur.
Yəhudilər öz batil inanclarına görə fələstinliləri məhv etmək və müsəlmanların yaşadığı müqəddəs yerləri işğal etmək istəyirlər. Həmasın hücumu isə əvvəlcədən planlaşdırılmış bir bəhanə idi. Bəs bu bəhanəni verən Həması görəsən kim meydana çıxarmışdır? Dəhşətli faktları eşitməyə hazır olun.
1964-cü ildə qurulan Fələstin Azadlıq Təşkilatı – Fəth, dini yox, millətçi və sekyular bir təşkilat idi. Onların rəhbəri Yassir Ərəfat isə sülhə çağıran, dünyada populyar olan bir rəhbər idi. Fələstinlilərin bir rəhbər ətrafında birləşməsi və sülh yolu ilə öz hüquqlarını tələb etmələri, Mossadın planlarına uyğun gəlmirdi. Buna görə də Qazza zonasında Fəth müxalif olacaq Həmas təşkilatı 1987-ci ilə qurulur. Həmasın İslam davası etməsi və sərt üslubu, həm fələstinliləri bölməyə, Fəthi gözdən salmağa, İslama qarşı Qərbi İsraillə birləşdirməyə, həm də İsrailə fələstinlilərə güc tətbiq edə bilmələri üçün bəhanə tapmağa xidmət edirdi. (Şərh hissəsində bu barədə məqalənin keçidi vardır.)

How and Why Israel helped create Hamas? | SOTN: Alternative News, Analysis & Commentary (stateofthenation.co)
Həmasın qurulmasına rəhbərliyi isə Mossad agenti Yitzakh Segev edirdi. Bu ad sizə tanış gəlirmi? Bəli, Xomeyninin hakimiyyətə gətirilməsi barədə məqaləmiz araşdırmamız yadınızdadırsa, orada bu şəxsin İranda İslam inqilabının təşkilatçılarından olmasını və inqilabdan sonra İrana gələn Xomeyninin qorunmasına rəhbərlik etməsini qeyd etmişdik. Eyni adam Həmasın da qurulmasında iştirak etmişdir. Həması isə hal-hazırda İran idarə edir. Təsadufdürmü? Xeyr.
Həmas, Sepah, Hizbullah müsəlmanların yaxın şərqdə qırılmasına bəhanə yaradan, müharibə ocaqları yaradan təşkilatlardır.
Maraqlısı orasındadır ki, İranın rəhbəri Xamenei Həmasın İslam qaydalarına uyğun olmayan hücumuna görə xoşbəxtlik hissi keçirdiyini bildirir, lakin İsrailin məzlum müsəlmanları qırmasına qarşı ancaq sözdə bəyanatlarla kifayətlənir. Həmas bu addımı SEPAH-la birgə planlaşdırıbmış. Bəs görəsən İran, İsrailin cavab olaraq məzlum müsəlmanları qıracağını bilmirdimi? Axı baş verən olaylara görə cavabdeh olmalıydılar. Həmasın nəzarətində olan Qazzaya İsrailin girməsi İranın qırmızı xətti deyilmi?
Yox, onların qırmızı xətləri ancaq xristian ermənilərin sərhədləri ilə Azərbaycana və Türkiyəyə bağlıdır. Qüdsə Bakıdan keçərək getmək istəyən İran niyə fəxr etdiyi uzaq mənzilli raketləri ilə İsraili başa salmır? İroniya ondan ibarətdir ki, Fələstində baş verən bu son olaylar ərəfəsində Sepah müsəlman Azərbaycanı və Birləşmiş Ərəb Əmirliklərini öz hədəfi kimi göstərən xəritə paylaşımı edir.
Bəlli olur ki, İranın və onunla əlaqəsi olan təşkilatların İsraillə əlaqələri vardır. Peyğəmbərimiz (Allahın salavatı və salamı ona olsun) xəbər vermişdir ki, Qiyamətə yaxın Dəccal İrandan çıxacaq və onun ordusu yəhudilərdən ibarət olacaq. Bizim İsrail-İran gizli əlaqələri, şiələrin Mehdisinin yəhudilərin Dəccalı ilə eyni şəxs olması barədə, Papa və Sistani qardaşlığı barədə məqaləmizə mütləq oxumağızı tövsiyə edirik.
Tarixdə olduğu kimi farslar xaçpərəstlərin və yəhudilərin yanındadır. İsrail və İran yer üzərində növbəti fəsad törətməyə hazırlaşırlar. Uca Allah isə fitnəkarlar və zalımlara möhlət verər, onları yaxaladıqda isə aman verməz!


Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.