Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiəlik: İrqçilik və digər millətlərə nifrət

Şiə kitabları irqçilik və digər xalqların alçaldılması ilə doludur. Şiə kitablarında digər xalqlara, millətlərə, məzhəblərə qarşı onların dini əqidələrinə görə zülm edilməsi, onların bir-başa qətli haqqında çağırışlar mövcuddur.
Buna onların “əhli beyt” dən nəql etdikləri rəvayyətlərdə şahid olmaq mümkündür:

“İmam Sadiq (ə) dedi: “On üç şəhər və qəbilə var ki, Qaim Mehdi onlara qarşı müharibə aparacaq və onlar da ona qarşı savaşacaqlar. Məkkə, mədinə xalqı, suriyalılar, əməvilər, bəsrəlilər, dəməşqlilər, kürdlər, bədəvilər, zubba, hina, baxililər, yezidilər və Rey xalqı.”
Məclisi “Biharul Ənvar” c. 52,səh 363.
“Əbu Abdullahdan rəvayyət olunur: “Imanın şirinliyi sindlilərin, qaradərililərin, husilərin, kürdlərin qəlbinə girməyəcəkdir.”
Şeyx Səduq “Xisal” c. 1,səh 352.
“Afrikalılar ilə evlənməkdən çəkinin. Çünki, onlar təhrif olunmuş, pozulmuş məxluqlardır.”
“əl Kafi fil furu”, nigah babı, “Kürdlər, afrikalılar və qeyrilər ilə nigah bağlamağın məkruh olması” fəsli.c.5,səh 352.
“İmam Sadiq dedi: “ey Rabiyyə! Sizin onlar ilə işiniz olmasın. Kürdlər cinlərdən çıxmış bir camaat olmuşlar. Allah onlardan pərdəni qaldırdı.”
Şeyx Səduq “İlal əş şərai” c.1,2,səh 515.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Türkləri bacardığınız qədər tərk edin. Onların itləri belə çirkin və iyrəncdir.”
Şeyx Səduq “İlal əş şərai” c.2, bab 131.
Imam Sadiq dedi: “Altı qəbilə mötədil, təvazökar olmayanlardandır: “Sindlilər, qaradərililər, türklər, kürdlər, xuzistanlılar və Rey ətrafında yaşayanlar.”
Şeyx Səduq “Xisal” c. 1,səh 328.
Digər rəvayətdə isə qeyd edilir ki, hər bir nasibinin (yəni şiə olmayanların, ələlxüsus sünnilərin) canına qıymaq və mallarını qarət etmək hər bir şiəyə halaldır. (Bax! Saduq, "İləl əş-Şərai", səh.601)
Gördüyünüz kimi bu siyahıda olan rəvayyətlərin çoxu şeyx Səduqun kitabından götürülüb. Bu adam kim olub?
Əbu Cəfər Muhəmməd ibn Əli ibn Babaveyh Qummi şiələr yanında şeyx Səduq adı ilə məşhurlaşıb və onların ən böyük alimlərindən hesab olunur.
Qeyd etmək lazımdır ki, o 10 cu əsrdə İranda yaşayıb. O dövrdə İranın , İraqın bir hissəsi və bir sıra torpaqlarda Abbasilər adından İran mənşəli Buvehyilər sülaləsi hökm sürürdü.
Buvehyilər fars mədəniyyəti və ənənələrinə sahib idilər. Onlar hətta İran – ərəb titulu olan “Şahanşah əl azim malik əl mülk” / Hökmdarların əzəmətli hökmdarı, əmirlərin əmiri” titulu daşıyırdılar.
Əuzubillah. Hökmdarların hökmdarı ancaq Uca Allahdır. Allahın məxluqu olan insan belə ad daşımaq hüququna sahib deyil!
Məhz bu sülalənin dövründə fars şeyx Səduq yuxarıdakı tipli rəvayyətləri kitabına yazır ki, orada o dövrün demək olar ki, bütün müsəlman xalqları təhqir olunur: Afrikalılar, kürdlər, sindlilər, bərbərlər, şamlılar, məkkəlilər, mədinəlilər, türklər və.s
Bu rəvayyətlərdə yalnız şiə-ərəblər və farslar təhqir olunmur. Bütün bunlar Buvehyilərin şiə əqidəsinin və “əhli beyt hədislərinin” formalaşmasında və inkişafında rolunu göstərir.
Nəticə olaraq demək olar ki, şiəliyin məqsədi İran xalqının və fars irqçiliyinin diktaturası və nüfuzunun ucaldılması olub.
Təsəvvür edin, bu irqçilik o qədər ifrat dərəcəyə gəlib çatıb ki, hətta məhz fars olduğuna görə kafir Kisra belə Cənnətə girməyə haqq qazanıb.
Bu səbəbdən də öz kitablarında Əlidən (r.a) rəvayət edirlər ki, (guya) o, kafir Kisra (fars imperatoru) barəsində belə demişdir: "Həqiqətən, Allah onu cəhənnəm əzabından qurtarıb. Ona Cəhənnəm odunu haram edibdir". ("Biharul-ənvar" 41/14)
Günümüzün reallığı da fərqli deyildir. Bu gün də hər bir xalis şiənin qəlbində ərəblərə və türklərə qarşı qatı bir kin və nifrət hissi mövcuddur.
Məşhur şiə alimi iranlı ayətullah Muctəhidi Tehrani çıxışlarının birində qeyd edir ki, cəhənnəmin dili türk dilidir!
Təkcə bunu demək kifayət edər ki, fikir versəniz, görərsiniz ki, hal-hazırda da İran adlı "viran" dövlətin demək olar ki, heç bir müsəlman dövləti ilə normal əlaqəsi yoxdur.
Bir sözlə, şiəliyin İslamla əlaqəsi olmadığı kimi, İslamın da şiəliklə heç bir əlaqəsi yoxdur!

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.