Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə məzhəbinə əsasən cinsi dəyişməyin hökmü


تحرير الوسيلة - السيد الخميني - ج 2 - ص 626
ومنها تغيير الجنسية مسألة 1 - الظاهر عدم حرمة تغيير جنس الرجل بالمرأة بالعمل وبالعكس ، وكذا لا يحرم العمل في الخنثى ليصير ملحقا بأحد الجنسين ، وهل يجب ذلك لو رأت المرأة في نفسها تمائلات من سنخ تمائلات الرجل أو بعض آثار الرجولية أو رأس المرء في نفسه تمائلات الجنس المخالف أو بعض آثاره ؟ الظاهر عدم وجوبه إذا كان الشخص حقيقة من جنس ولكن أمكن تغيير جنسيته بما يخالفه .

Məsələ1: Cinsi dəyişmək: Güclü rəy odur ki, kişinin öz cinsini dəyişərək qadın və qadının da öz cinsini dəyişərək kişi etməsi haram deyildir. Həmçinin xunsanın da iki cinsdən birinə şamil edilməsi üçün əməliyyat olunması haram deyildir. Əgər qadın özündə kişiliyə meyillik yaxud bəzi kişilik əlamətləri görərsə və kişi də özündə əks cinsə meyillik yaxud bəzi əlamətlərini görərsə cinsini dəyişməsi vacibdirmi? Güclü rəy odur ki, əgər bir kəs həqiqətən bir cinsdəndirsə cinsini dəyişməsi vacib deyildir. Lakin cinsiyyətini əks olan cinsə dəyişməsi icazəlidir.
Mənbə: əl-Xomeyni, "Təhrirul-Vasilə" 2/626.


تحرير الوسيلة - السيد الخميني - ج 2 - ص 627 - 628
مسألة 7 - لو تغير جنس كل من الأخ والأخت بالمخالف لم ينقطع انتسابها ، بل يصير الأخ أختا وبالعكس ، وكذا في تغيير الأختين أو الأختين ، ولو تغير العم صار عمة وبالعكس ، والخال خالة وبالعكس.
Məsələ7: Əgər qardaşın və bacının cinsi dəyişərək əks cinsə keçərsə bir-birilərinə nisbət edilmələri davam edər. Beləcə qardaş bacı və bacı da qardaş sayılar. Həmçinin iki bacı və iki qardaşın da dəyişməsi bu cürdür. Əgər əmi cinsini dəyişərsə, çevrilib bibi olar. Bibi dəyişərsə, əmi olar. Dayı (dəyişərsə) xala, xala da (dəyişərsə) dayı olar.
Mənbə: əl-Xomeyni, "Təhrirul-Vasilə" 2/627.


استفتاءات - السيد السيستاني - ص 50 - 51
185 . السؤال : ما هو حكم تغيير الجنس ؟ ماذا لو تغير جنس كل من الزوج والزوجة ؟ بأن صار الرجل امرأة والمرأة رجل ؟ الجواب : يجوز في حد ذاته لو أمكن بصورة واقعية وأما مجرد تغيير بعض الظواهر فلا يعد منه ولو فرض تحقق ذلك بين الزوج والزوجة بطل العقد .
Sual 185: Cinsi dəyişməyin hökmü nədir? Əgər ər-arvadın cinsi dəyişərək kişi arvad və arvad isə kişi olarsa (evlilikləri) necə olar?
Cavab: Əgər real surətdə bunu etmək mümkün olarsa, öz-özlüyündə icazəlidir. Zahirdən bəzi şeyləri dəyişməyə gəldikdə isə o dəyişmək sayılmaz (yaxud icazəli deyildir). Əgə ər-arvad arasında cinsi dəyişmək həqiqətən baş verərsə nikah əqdi batil olar (evlilikləri pozular).
Mənbə: əs-Sistani, "İstiftəət" səh. 50.


الفقه والمسائل الطبية - الشيخ محمد آصف المحسني - ص 118
فان تم تغيير الجنس نفسا وعضوا بشكل كامل فلا اشكال في ترتب الأحكام المتعلقة بالجنس الفعلي على الفرد المذكور ويبطل زواجه السابق ، ويجوز له الزواج بالجنس المخالف بالفعل وهكذا في سائر الأحكام
Əgər cins kamil şəkildə nəfsi və üzvi cəhətdən dəyişdirilərsə əsl cinslə (həqiqi kişi ilə yaxud da həqiqi qadınla) bağlı olan hökmləri onun üzərində tətbiq etməkdə heç bir problem yoxdur. Lakin keçmiş evliliyi pozular və əks cinslə evlənməyi isə icazəlidir. Həmçinin digər hökmlərdə də belədir.
Mənbə: əl-Muhsini, "əl-Fiqh val-Məsəilut-Tıbbiyyə" səh. 118.

هنالك من يقوم بتحويل جنسه من ذكر إلى أنثى أو العكس؛ لمجرد شعور ميله للجنس الآخر, علماً أن كامل أعضائه الجنسية طبيعية, فيقوم بعملية جراحية لتغيير أعضائه التناسلية وحقن نفسه بالهرمونات. فما هو الحكم في هذه الحالة؟
التاريخ : 12/08/2012 ، الزيارات : 911
لا مانع من تغيير الجنس إلى جنس آخر بحيث يكون بعد التغيير جنساً مخالفاً ، هذا فيما لو أحرز عدم حرمة المقدمات وكذا عدم انتهاك كرامته بهذا التغيير، كما هو – أي: الانتهاك- حاصل في البلاد المسلمة.

Sual: Bəzi insanlar vardır ki, adicə digər cinsə meyilliyinə görə öz cinsini kişilikdən qadınlığa yaxud da əks olaraq dəyişirlər. Halbu ki, bütün cinsi üzvləri normaldır. Cərrahiyyə əməliyyatı edərək tənasül üzvlərini dəyişir və hormonlar vurdururlar. Bu halda dəyişiklik etməyin hökmü nədir?
Kamal əl-Heydəri: Cinsin digər bir cinsə dəyişdirilməsinə bir maneə yoxdur. Belə ki, dəyişiklikdən sonra əks bir cins olar. O vaxt icazəlidir ki, bu dəyişikliklə haram başlıqlardan və ona (cinsini dəyişənə) hörmətsizlikdən uzaq olunsun. Necə ki, o hörmətsizlik İslam ölkələrində baş verməkdədir.
Mənbə: http://alhaydari.com/ar/2012/08/30500/
Fətvanın tarixi: 12/08/2012.

Əhli sünnət olaraq bizim mövqeyimiz:
Sözsüz ki, İslam əxlaqına və insaniyyata zidd olan bu qəribə fətvaların şəriətdə heç bir sübutu və əlaqəsi yoxdur. Lakin biz məsləhət görürük ki, heç olmazsa, öz kitablarında qeyd olunan aşağıdakı hədisi dəlil kimi gətirsinlər ki, həmişə olduğu kimi bu fətvalarında da güclü bir sübuta dayanmış olduqları ortaya çıxsın...

مناقب آل أبي طالب - ابن شهر آشوب - ج 3 - ص 175 - 176
محمد الفتال النيسابوري في مؤنس الحزين بالاسناد عن عيسى بن الحسن عن الصادق قال بعضهم للحسن بن علي في احتماله الشدائد عن معاوية ، فقال ( ع ) كلاما معناه : لو دعوت الله تعالى لجعل العراق شاما والشام عراقا وجعل المرأة رجلا والرجل امرأة فقال الشامي : ومن يقدر على ذلك ؟ فقال ( ع ) : انهضي ألا تستحين أن تقعدي بين الرجال ، فوجد الرجل نفسه امرأة ، ثم قال : وصارت عيالك رجلا وتقاربك وتحمل ‹ صفحة 176 › عنها وتلد ولدا خنثى ، فكان كما قال ( ع ) ، ثم إنها تابا وجاءا إليه فدعا الله تعالى فعادا إلى الحالة الأولى .

Muhəmməd əl-Fəttəl "Munisul-Həzin" kitabında Sadiqdən (a) rəvayət edir ki, bəziləri Həsən ibn Əliyə (a) Muaviyə ilə olan söhbətlər zamanı şiddətli səbr etdiyi vaxtlarda bu mənada olan söz dedilər: "Allaha dua et ki, İraqı Şam, Şamı da İraq etsin. Qadını kişi, kişini də qadın etsin". Şamlı bir kişi dedi: "Bunu etməyi kim bacarar ki?" (İmam o kişiyə) dedi: "Dur ayağa! Utanmırsan kişilərin içində oturursan?!" (Bu an həqiqətən də) kişi özünün qadın olduğunu gördü. Sonra İmam (a) dedi: "Hələ arvadın da kişi olmuşdur. Səninlə yaxınlıq edəcək və ondan hamilə qalaraq xunsə (cinsi bilinməyən) doğacaqsan". Həqiqətən də (İmam) dediyi kimi olur. Sonra isə onlar ikisi də tövbə edərək İmamın yanına gəlirlər və İmam da Allah-Təalaya dua etdikdən sonra əvvəlki vəziyyətlərinə qayıdırlar.
Mənbə: İbn Şəhr Aşub, "Mənəqibu Əli Əbi Talib" 3/175-176, əl-Məclisi, "Bihərul-Ənvar" 43/327.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.