Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranı əzbərləyib unudan kəsin hökmü

SUAL:
"Rəsulullah ﷺ belə buyurdu: "Qur'an-ı Kərim oxuyan bir kəs daha sonra onu ududarsa, Qıyamət günü cüzamlı olaraq Allahın önünə çıxacaqdır” Əbu Davud, Vitr 21,1474. Bu hədis səhihdirmi və şərhi nədir???
CAVAB:

Əbu Davudun Sünənində Quranı əzbərləyib sonra unudanın Qiyamət günü Allahın qarşısına cüzam olaraq çıxması barədə olan hədis zəifdir.

Lakin bir çox alim Quranı əzbərləyib, sonra onu tərk etməsinə görə unutmağı böyük günah görüblər. Günah olmasaydı belə, Allahın bu neməti ondan alması Allahın razı olmamasının əlamətidir. Bir çox alimlər bunun ancaq günahlar səbəbi ilə baş verməsini deyir.

Allah ən düzünü bilir.

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR